Yüz dərdlər dəvasıdır
ol qarə tellərin,
Etməz
nədən bu dərdimə bir çarə tellərin.
Aşiqlərin edirdi pərişan halətin,
Hərdəm düşəndə arizi-gülnarə tellərin.
Badi-səba əsəndə gülüstani-hüsnünə,
Sinəmdə yarə üzrə vurar yarə tellərin.
Uymuşdu könlümü o zaman bəndə zülfdə,
Rəhm etmədi o zarü giriftarə tellərin.
Miqrazi naz ilə onu
islah etgilən,
Versin cəzayi-aşiqə
kəffarə tellərin.
Rəhm
eylədin o zalisə tədib etmədin,
Mənsur var çəkdi məni darə tellərin.
Daruqə
çəkməz əl
belə həblülmətindən,
Gər şanə
tək edə onu sədparə tellərin.
lll
Müjgan
oxu ilə sinəmi et parə-parə
sən,
Etmə bu kari-xeyrdə heç istixarə sən.
Birəhm
olma, aşiqinəm, rəhm qıl mana,
Qıl bir nəzarə, köksüm ara
ahu-zarə sən.
Ta sübh olunca dərdü-qəmin pasibanıyam,
Rəhm etgilən bu dideyi-əncümşümarə sən.
Gəl alma canımı dedim oğrun nigahilə,
Çox şaiqəm ki, öldürəsən aşikarə
sən.
Qurtar məni, o zülfə əsirəm, dedim, dedi:
Get, get ki, yoxdu çarə
sənə, bəxtiqarəsən.
Daruğəni səgi-səri-kuyin hesab
qıl,
Tanrı rizasına onu salma kənarə sən.
lll
Kuyi daşına vurub başımı əlvan etdim,
Canımı şövqilə cananıma
qurban etdim.
Zülfünü badi-səba munca
pərişan etmiş,
Ahilə cəmiyyəti-xəlqi pərişan
etdim.
O, mənim eşqimi məşhur elədi aləmdə,
Mən onun dərdi-qəmin sinədə
pünhan etdim.
Yetməsin daməninə kim dedim əğyarın əli,
Gözlərimi səri-rahində pigəvan
etdim.
Aparıb
könlümü bilməm
hara pünhan etdi,
Tapmadım, şanəsifət zülfünü
hər yan etdim.
Bulmadım dərdimə dərman
ətibbadə dəxi,
Yoğurub dərdi-qəmin, dərdimə
dərman etdim.
Yetmədi dərdimə ol
dadrəsim kuyində,
Bunca Daruğəsifət
naləvü əfqan
etdim.
TEATRDA
Olmaz olasan həbsdə sən, mən teatrda,
Ey kaş,
olam həbsdə mən, sən teatrda.
Bunlar məni təklif elədi, getmədim əsla,
Gördüm düşəsən yadıma
birdən teatrda.
Bir
"ah" çəkim, od tuta, aləm yan yeksər,
Qan ağlaya
əhvalıma düşmən
teatrda.
Əzbəski xəyalımda mücəssəmdi
cəmalın,
Görməzdi gözüm gül
ola xidmən
teatrda.
Sənanə de kim Tiflisə gəl, bağlama zünnar,
Eşq elmini Daruğədən öyrən
teatrda.
İsmayıl bəy Mirzə Abdulla oğlu( Daruğə)
525-ci qəzet.- 2022.- 23 dekabr.- S.14.