Azərbaycanda niyə də Arxeologiya Muzeyi olmasın?

 

 

"Biz öz tariximizi sevməliyik, onu dərindən öyrənməliyik və beynəlxalq ictimaiyyətə təqdim etməliyik".

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Xarici ölkələrə səfərlər zamanı mən həmkarlarımın ilk ziyarət etmək istəyində olduğumuz ünvanlardan birincisi həmin şəhərin ya ölkənin arxeologiya muzeyi olur. Elə bir neçə il öncə Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində olarkən ilk olaraq oradakı arxeologiya muzeyi ilə tanış olduq. Bir neçə mərtəbədən ibarət möhtəşəm bir muzeydir. Bələdçilərin dediyinə görə, bu yeni muzeyi alman mütəxəssislər qurub. Bu yaxınlarda Almaniyada olarkən ilk yollandığımız ünvanlardan biri Frankfurt şəhərinin arxeologiya muzeyi oldu. Hiss olunur ki, çox-çox illər öncə yaradılmış bir muzeydir. Fondunun zənginliyi ekspozisiyasının mükəmməlliyi adamı heyran edir. Demək olar ki, bütün gün ərzində, yəni səhərdən axşam çağlarınadək muzeyə insan axını müşahidə olunur. Biz orada olarkən bir neçə məktəbli qrupun şagirdlərinin növbəti tarix dərslərini orada keçdiklərinin şahidi olduq. İstər şagirdlər, istərsə müxtəlif yaş qrupundan olan insanlardan hər biri az qala saatlarla böyük maraq hissilə bu muzeyin şöbələrini gəzir, eksponatlar barədə məlumat əldə edir, fotolar çəkdirir s. Əlbəttə, cəmisi bir milyona yaxın əhalisi olan şəhərin belə muzeyinin olması həqiqətən təqdirə layiq haldır. Bu cür nümunələri gördükdə adam istər-istəməz düşünür ki, axı doğma Azərbaycanımızda, üç milyondan artıq əhalisi olan paytaxt Bakımızda nədən belə bir arxelogiya muzeyi olmasın?! Axı, Azərbaycan da dünyanın ən qədim ölkələrindən biridir. Burada insanın erkən məskunlaşma tarixi 1,5-2 milyon ilə bərabərdir. Ölkə ərazisindəki arxeoloji abidələr artıq yüz ildir ki, davamlı olaraq öyrənilməkdədir. Hansı ki, bu tədqiqatlar nəticəsində ulu əcdadlarımızın həyat mübarizəsindən xəbər verən on minlərlə nadir eksponat aşkar edilib. Arxeoloji axtarışlarla yanaşı, təmir, tikinti, quruculuq, abadlıq digər təsərrüfat işləri aparılarkən, habelə təbiət hadisələri (yer sürüşmələri, çayların sel sularının əmələ gətirdiyi yarğanlar s.) nəticəsində təsadüfən üzə çıxan çoxsaylı maddi mədəniyyət nümunələrini bu siyahıya əlavə etmək lazımdır. Elə təkcə Bakının tarixi ilə bağlı ayrı-ayrı muzeylərdə fondlarda pərakəndə sistemsiz şəkildə saxlanan qədər nadir arxeoloji tapıntı var?! Hansı ki, bütün bunlar xalqımızın dövlətçilik tariximizin daha dərindən hərtərəfli öyrənilməsi baxımından son dərəcə mühüm elmi dəyəri olan maddi mənbələrdir. İndi gəlin görək, bu qiymətli elmi xəzinə harada, necə hansı şəraitdə mühafizə olunur?! Onlar harada dərəcədə nümayiş etdirilir?! Bu tapıntılarla tanış olmaq, onlarla işləmək cəmiyyət üçün, lap elə elmi ictimaiyyət üçün dərəcədə əlçatandır?! Əfsuslar olsun ki, real mənzərəni dərindən bilən arxeoloq alim kimi mən bu suallara tam, dolğun rahat cavab verə bilmirəm. Vəziyyət həqiqətən ürəkaçan deyil. Doğrudur, son illər ölkə rəhbərliyinin diqqət qayğısı sayəsində respublikanın bir çox şəhər rayonlarında yeni-yeni tarix-diyarşünaslıq muzeyləri tikilib, mövcud muzey binalarının demək olar ki, əksəriyyəti əsaslı şəkildə təmir olunaraq yenidən qurulub. Bunlar çox yaxşı!

Bəs yaxşı vəziyyətdə olan o muzeylərdə uzun müddətdir ki, saxlanan o yaxşı tapıntılar dərəcədə bərpa konservasiya edilib?! Onlar sərgilənirmi?! Tapıntıların elektron kataloqu mövcuddurmu?! Həmin tapıntılara aid hansısa bir albom-kataloq tərtib olunubmu?! Məgər nadir tapıntıları fond adı altında muzey anbarlarına doldurub ağzına qıfıl vurmaqla bitir?!

Əfsuslar olsun ki, paytaxtımızın muzey fondlarındakı arxeoloji materialların da mühafizəsi təqdimatı ürəkaçan vəziyyətdə deyildir. Arxeoloji tapıntıların əsas saxlanc yeri olan AMEA Arxeologiya, Etnoqrafiya Antropologiya İnstitutunun arxeoloji fondu ötən onilliklər ərzində 5 dəfə müxtəlif ünvanlara köçürülüb. Onlardan da 4-ü müxtəlif ünvanlarda yerləşən binaların zirzəmiləridir. Fondun sonuncu ünvanı da elə Akademiya binasının zirzəmisi oldu. Hansı ki, zirzəmi tipli binalar rütubətin çoxluğu işıqlandırmanın qənaətbəxş olmaması üzündən ümumiyyətlə arxeoloji materialların saxnalınması üçün münasib yer hesab edilə bilməz. Bu səbəbdəndir ki, AMEA-nın arxeoloji fondunda bu tip digər fondlardakı arxeoloji materiallarda sürətlə kiflənmə eroziya müşahidə edilməkdədir.

Arxeoloji fondların yerinin tez-tez dəyişdirilməsi ciddi fəsadlar törədir. Kim qarantiya verə bilər ki, çoxsaylı fraqmentlərdən ibarət olan mütəxəssislər tərəfindən çox çətinliklə bərpa edilmiş şüşə, keramika, metal ya sümük əşyalar təkrar-təkrar qutulara yığılarkən, başqa ünvanlara daşınarkən, orada yenidən rəflərə vitrinlərə yerləşdirilərkən sındırılaraq məhv edilməyəcək?! Belə hallar məgər az olub?! Elə isə əlimizdə olanları da sındıra-sındıra, dağıda-dağıda, məhv edə-edə hara gedirik?!

Ölkəmizdə arxeoloji tapıntıların cəm olduğu ən mötəbər muzey Milli Azərbaycan Tarixi muzeyidir. Etiraf edək ki, görkəmli xeyriyəçi H.Z.Tağıyevin evində yerləşən bu muzey artıq çoxdandır ki, orada toplanan zəngin arxeoloji fond üçün darısqallıq edir. Ölkənin baş muzeyinin fondunun illərdir ki, zirzəmi şəraitində olması da narahatçılıq doğurmaya bilməz.

Arxeoloji fondların pərakəndəliyi şəraitinin qeyri-münasibliyi bir çox əlavə problemlər yaradır. Hansı tapıntının harada saxlandığını müəyyən etmək onları elmi dövriyəyə cəlb etmək hətta biz mütəxəssislər üçün bəzən problemə çevrilir. Məsələn, bir il öncə institutumuzun arxeoloji fondunda araşdırma apararkən mən 1981-1983-cü illərdə tədqiqində bilavasitə iştirakçı olduğum Uzunboylar Qırlartəpə arxeoloji ekspedisiyalarının materiallarının xeyli qismini orada tapa bilmədim. Arayış üçün bildirim ki, Alban dövrünün yadigarı olan həmin abidələrdən aşkar etdiyimiz çoxsaylı silah nümunələri, bəzək əşyaları keramika nümunələri ilkin olaraq öyrəndikdən sonra səliqə ilə qutulara yığılaraq AMEA-nın arxeoloji fonduna təhvil verilmişdi. Hansı ki, indi həmin qutulardakı materialların xeyli qisminin kimə verildiyi harada olduğu heç kəsə məlum deyil. Digər arxeoloji ekspedisiyaların materialları barədə eyni sözləri demək olar. Bu isə muzey fondlarda saxlanılan materialların qeydiyyat-uçot işinin qaydasında olmadığından xəbər verir.

Respublikanın ayrı-ayrı rayon şəhərlərində tarix-diyarşünaslıq muzeylərinin olması təqdir olunası haldır. Amma mənim bildiyimdən Bakı şəhərində nəinki Arxeologiya muzeyi, heç tarix-diyarşünaslıq muzeyiyoxdur. Birki, tarix-diyarşünaslıq muzeyləri ilə arxeologiya muzeyləri fərqli-fərqli təsisatlardır.

Azərbaycan hökumətinin, Heydər Əliyev Fondunun, şəxsən möhtərəm cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı sayəsində Bakı şəhəri günü-gündən böyüyür, inkişaf edir, daha da cazibədar görkəm alır. Mübaliğəsiz deyə bilərik ki, Bakı bu gün təkcə Cənubi Qafqazın deyil, bütövlükdə müasir dünyamızın mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bakı hər il çoxsaylı mötəbər beynəlxalq forumlaraidman tədbirlərinə ev sahibliyi edir. Gələn rəsmi qonaqlar və turistlər də sözsüz ki, şəhərimizin tarixi yerlərinə olduqca böyük maraq göstərirlər. Hansı ki, bu ünvanlar içərisndə arxeologiya muzeyininyeri görünür. Fərq etməz ya Bakı şəhərinin arxeologiya muzeyi olsun, yaxud da Azərbaycan arxeologiya muzeyi. Heç olmazsa, ikisindən biri olsun. İnanın səmimiyyətimə, bu hər kəsin ürəyindən olar.

 

Qafar CƏBİYEV

AMEA Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor

525-ci qəzet.- 2022.- 23 dekabr.- S.9.