"Orfey"
Çarlz Jalabert 25 dekabr 1818-ci ildə dünyaya göz açıb. Bəzi mənbələrə
görə, o, yanvarın
1-i 1819-cu ildə doğulub
.Bu haqda tam dəqiq məlumat yoxdur.
Gənc Çarlz rəssam olmaq istəyirdi və bu səbəblə
də yerli rəsm məktəbində
təhsil almağa başladı. Ondan fərqli olaraq
atası düşünürdü
ki, oğlu üçün kommersiya karyerası daha qazanclı olar. Bu məqsədlə onu Parisə oxumağa göndərdi.
Buna baxmayaraq, Çarlz
Parisə gedir və orada rəssamlıq
təhsilini davam etdirir.
Parisdə Paul Delarokonun sənət studiyasına daxil olur. Məhz buna görə
də rəssam Delarokı sonradan özünün əsas müəllimi hesab etmiş və uzun illər onunla dostluq münasibətləri saxlamışdı.
1847-ci ildə Fransaya qayıdan Çarlz Parisdə uğur qazanır, tezliklə Parisin yüksək cəmiyyətində
tanınan bir rəssama çevrilir və tez-tez Madam Sabatierin qalereyasına baş çəkirdi.
Bir çox rəsmləri dini və tarixi
mövzulara həsr olunsa da, o, həm
də portretçi rəssam kimi çalışmışdı.
Çarlz Jalabert 8 mart 1901-ci ildə
Parisdəki evində vəfat edib.
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Fatimə
Əlizadədir. Onunla məşhur rəssam
Çarlz Jalabertin
"Orfey" əsərindən
danışmışıq.
- Fatimə xanım, əsərdə gördüyümüz
mifoloji detallar tablonun bir hekayəsinin
olduğunu bizə deyir. Nədir bu hekayə?
- Çarlz Jalabertin
bu rəsmində tənha musiqiçi Orfeyin musiqilərini eşitmək üçün
toplaşan pərilərin
izdihamı təsvir edilir. Əfsanəvi obraz nə zaman mahnı oxusa, yaradılışdakı
hər şey (canlı və cansız, fani və ilahi) onun yaratdığı musiqidən heyrətlənməyə
bilmirdi. Rəsm əsəri
1855-ci ildə çəkilib.
- Orfey kim idi?
- Qədim yunan mifologiyasının musiqiçisi
kimi Orfey həm insan, həm də mifoloji obraz sayılırdı. Orfey Evridika
adlı bir meşə pərisinə
(nimfa) vurulur və onunla evlənir. Onların toylarından çox
keçmədən Evridikanı
ilan ayağından sancır və o, faciəvi şəkildə
ölür. Beləliklə, yeraltı dünyaya gedir. Onun ölümündən sonra pərişan olan Orfey Evridikanı
xilas etmək ümidi ilə daha gözəl musiqilər ifa edərək tanrıların
diqqətini çəkməyə
çalışır. Uzun müddət sonra o, yeraltının allahı Hadesin diqqətini çəkməyi bacarır
və ölülər
ölkəsinə yollanır.
Hades Orfeyin musiqi
şücaətindən təsirlənir
və o, Orfeyə Evridikanı geri qaytaracağını bildirir.
Sadəcə bir şərtlə: Orfey evlərinə çatana qədər geri dönüb arvadına baxmamalı idi. Onlar bu şərtlə razılaşırlar, amma
Orfey Evridikanin yeraltı dünyadan onu izlədiyinə əmin olmaq üçün bir göz atmaqdan çəkinə bilmir.
O, doğrudan da, onun arxasında idi, lakin Orfey
erkən nəzər salaraq qaydaları pozur və beləcə,
Evridikanin cəhənnəm
səltənətinə geri
çəkilməsini travmatik
şəkildə izləməli
olur. Arvadını ikinci dəfə
itirdikdən sonra Orfey bütün dünyavi zövqlərdən
imtina edir. Etdiyi tək şey isə yeni musiqilər
ifa etmək olur.
- Əsərin rəng
koloriti necədir?
- Əsərdəki rənglərə
nəzər salsaq, həm isti, həm soyuq rəng çalarlarını
görə bilərik. Bu da rəsmə ayrı gözəllik verir. Rəsmdəki sarı tonlar
onun istiliyini, mavi və yaşıl
tonlar isə soyuq tonları rəsmdə balanslaşdırır.
- Bəs əsərin kompozisiyası necədir?
- Rəsmdə tarazlıq pozulmayıb, diqqət yetirsək, əsas obraz arxa fonda verilib, bu isə hekayə
ilə bağlıdır.
Ön tərəfdə olan nimfalar daha parlaq
rənglərlə təsvir
edilir ki, bu da həyatın,
yaşamın nişanəsidir.
Orfeyin daha tend rəngdə və arxa fonda
təsvir edilməsi isə onun artıq
hərşeydən imtina
etməsini və ruh halını göstərir.
- Bu rəsm bizə nə deyir?
- Rəsm əsərinin mövzusu mifologiyadan götürülmüş hekayə
əsasında təsvir
edilib. Bir çox rəssamlar
bu mövzuya müraciət edib və fərqli yanaşmalarla Orfeyi təsvir ediblər. Musiqi aləti olan arfanın adı da məhz Orfeylə
bağlıdır.
Rəsmə ümumi nəzər salsaq, gözümüzə
ilk olaraq Nimfalar (meşə pəriləri)
çarpacaq. Rəssam əsas obrazı - Orfeyi arxa fonda təsvir edib. Burada Orfeyin
Evridikanı itirdiyi an göstərilir.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 28 dekabr.- S.16.