Yol bir nəfəs
"Öz dibinə kölgə salmaz şam ağacı",
Dərd
gözünü zilləyər,
Sevinc baxar qıyğacı.
Ömür yolun ölçər
zaman -
Həyat adlı.
Bir gün gəlib keçmək bilmir,
İllər isə yel qanadlı.
Uzaq gəlir, hər şey uzaq,
Ümid əsir, arzu əbəs.
Bu dünyadan o dünyaya
Uzaq deyil, yol bir nəfəs.
Təbiətin bəstəsi
Budağıyla vidalaşan
Xəzəllərin xışıltısı
Təbiətin bəstəsidi.
Aynabəndi döyəcləyən
Sərçələrin civiltisi
Payız zümzüməsidi.
Noyabrın bir qucaqlıq darıxmağı
Gəlib qoynuna sığınar.
Anlayarsan,
Hamı hər kəsin heç kəsidi.
Gəl, sahib çıx ömrümə...
Saat yenə səni gözlədiyim vaxtdadır,
Əqrəblərdi zamanın başına dolanan...
Qürub
çağı... şəfəq
vaxtı..,
Günlər növbələşir yalandan.
Fəsillər tez dəyişir
zamanından,
Hər fəsil bir az payız
qəribliyində...
Ömrün bir küncünə
sığışdırılmış
kimiyəm,
Sevmədiyim mahnılar belə dilimdə dolaşır.
Mürvətsiz arzuların ürəkdə
duracağı yox,
Gəl,
sahib çıx ömrümə...
Bu eşqin
Qəlbindən başqa sığınacağı
yox...
lll
Hilalın əksi düşür
dənizə
Zülmətin yarıb gecənin.
Sanki almış şəhəri
qoynuna
layla çalır.
Göy üzü yaxın gəlir,
yerə ulduz səpilir,
Bir baxışdan min baxışa
özgə bir nəzər salır.
Sığal çəkir dalğalar
xəfifdən narın
qumlara
Dəniz
coşub daşdığı
sahilin
könlün alır.
lll
Bütün olmaz nə var cəm olmuş
məndə,
Bütün olmazlara oldu deyən mən.
Baxdım
ki, ortada bir mən qalmamış,
Bütün olmazlara oldu deyəndən.
Qırılmış ruhumun qolu-qanadı,
Məndə mənə aid arzu, dilək yox.
Əlimi
qoydum sinəm üstünə,
Duyğuyla yaşayan həzin ürək yox.
Hanı
dünyanı qurtaran
o qız,
Xəyalı göylərdə pənbə
buludlu.
Kim aldı qəlbimdən o qəhrəmanı
Bu qız o saf qızı harda unutdu?
Aysel NƏSİRZADƏ
525-ci qəzet.- 2022.- 29 dekabr.- S.15.