Universitetdə Psixoloji Xidmət Mərkəzi: UNEC-in daha bir faydalı təşəbbüsü

 

 Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi Şuranın qərarı ilə bu ilin sentyabrından Psixoloji Xidmət Mərkəzi yaradılıb. UNEC- belə bir mərkəzin yaradılmasında əsas məqsəd təhsilalanların akademik nailiyyətlərinin artırılması, müsbət davranış modelinin formalaşdırılması, universitetdə təhlükəsiz sağlam mühitin yaradılması, əməkdaş tələbələrin mənəvi-psixoloji sağlamlığının dəstəklənməsidir. Əməkdaş tələbələrin psixoloji müdafiəsinin təmin edilməsi, yarana biləcək emosional psixi böhranların, imtahanqabağı stresin qarşısının alınması da Mərkəzin əsas fəaliyyət istiqamətlərini təşkil edir. Eyni zamanda, Mərkəzdə psixoloji müayinə çərçivəsində təhsilalanların fərdi-psixoloji xüsusiyyətlərinin, potensial imkanlarının, meyl maraqlarının öyrənilməsi, sosiallaşmada yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi üzrə sistemli tədbirlər həyata keçiriləcək. Universitetdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması sabit saxlanılması, tədris-tərbiyə prosesinin səmərəli təşkili istiqamətində ehtiyacların daim öyrənilməsi, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində pedaqoji heyətlə birlikdə müvafiq işlər aparılır.

Mərkəzin direktoru Şəfahət Abdullayevanın sözlərinə görə, dünyada gedən proseslər intensiv sürətlə dəyişir dəyişməkdədir. Bu dəyişikliklərə adaptasiya olmaq böyük psixoloji güc, düzgün analiz tələb edir. Gündən-günə artan informasiya seli müxtəlifliyində müasir insan özünü itirir belə halda müəyyən dəstəyə, psixoloji köməyə ehtiyac duyur. Psixoloji biliklər, onların praktik tətbiqi bacarığı, psixoloji mədəniyyət, stresə davamlılıq bu gün bəlkə heç vaxt olmadığı qədər aktualdır. Bütün insanlar, xüsusilə hələ formalaşmaqda olan gənclər vaxtında psixoloji dəstək almalı bununla da psixoloji sağlamlıqlarını qorumağı bacarmalıdırlar. Psixoloji xidmət insanların sosial-psixoloji səriştəsini artırmaq məqsədilə həm fərdi, həm qruplara psixoloji yardım göstərməyə yönəlmiş psixologiyanın praktiki tətbiq sahəsidir.  Bu, şəxsiyyətlərarası münasibətlərdə çətinliklərlə əlaqəli müxtəlif növ psixoloji problemlərin, eləcə dərin şəxsi problemlərin həllinə yönəlmiş insanlarla birbaşa işdir: "Dünyanın bir çox aparıcı universitetlərində tələbələr işçilər üçün psixoloji yardım mərkəzləri vardır. Onlar tələbələrin təhsil mühitinə uyğunlaşmalarını daha rahat əlverişli edirlər. Belə mərkəzlərə ona görə ehtiyas var ki, tələbələr universitetin divarları arasında ödənişsiz psixoloji xidmət ala bilsinlər, bu dəstəyi başqa yerdə axtarmasınlar. Psixoloji xidmətin hər kəsə əlçatan olmadığını nəzərə alaraq, universitet daxilində təhsilalanlara əməkdaşlara ödənişsiz xidmət göstərən belə bir Mərkəzin yaradılması son dərəcə təqdirəlayiqdir. Mərkəzin yaradılmasının məqsədi UNEC- təhlükəsiz sağlam mühitin yaradılmasına, əməkdaş tələbələrin mənəvi-psixoloji sağlamlığının dəstəklənməsinə, yarana biləcək emosional psixi böhranların, imtahanqabağı streslərin qarşısının alınmasına xidmət etməkdir. Düşünürəm ki, Mərkəzimizin bu istiqamətdə fəaliyyəti uğurlu olacaq, peşəkar psixoloqlarımızla gənclərimizin akademik nailiyyətlərinin artırılmasına, universitetdə daha sağlam mühitin yaradılmasına dəstək olacağıq".

Şəfahət Abdullayeva bildirib ki, Mərkəzdə psixoloji müayinə çərçivəsində tələbələrin fərdi-psixoloji xüsusiyyətlərinin, potensial imkanlarının, meyl maraqlarının öyrənilməsi, sosiallaşmada yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi üzrə sistemli tədbirlər həyata keçirilir: "Məlumat üçün bildirim ki, universitetdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması sabit saxlanılması, tədris-tərbiyə prosesinin səmərəli təşkili istiqamətində ehtiyacların daim öyrənilməsi, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində pedaqoji heyətlə birlikdə müvafiq işlər aparılır. Stresə davamlılığı yüksəltmək, qarşılıqlı münasibətlərdə psixoloji mədəniyyəti yüksəltmək, kollektivdə qarşılıqlı anlama hörmət, konfliktlərin aradan qaldırılması əlverişli mikromühit yaratmaq, tələbələrdə yarana biləcək psixoloji böhranın əvvəlcədən qarşısının alınması, hər hansı dəyişikliyə zamanında adaptasiya olunmasına yardım göstərmək Mərkəzimizin qarşısında duran əsas vəzifələrdəndir. Azərbaycan Dövlət İqtisad Universitetində  təhsil alan bakalavr, magistr, doktorantlar, müəllimlər əməkdaşlar, bir sözlə, Universitetdə təmsil olunan hər kəs xidmətimizdən yararlana bilərlər. Mərkəzimiz UNEC-in əsas tədris binasında 327-ci otaqda fəaliyyət göstərir. Hələlik məsləhət saatlarına mənim mobil nömrəmə zəng edərək yazılmaq mümkündür. Qısa zamanda isə unec.edu.az saytı üzərindən qeydiyyat bölməsi yaradılacaq. Qəbul, eləcə qəbula yazılmaq I-V günlər, saat 09:00-17:30-a dəkdir".

Mərkəz direktorunun dediyinə görə, mərkəzdən seanslar fərdi qrup şəklində təşkil olunur: "Fərdi şəkildə görüşdən sonra fərdi seanslar təyin edilir lazım olduqda seanslar qrup şəklində təşkil olunur. Bir seansın müddəti 50 dəqiqədir. İlk görüşdə psixodiaqnostik testlər proyektiv metodika vasitəsilə söhbətdə şəxsin psixoloji problemi müəyyənləşdirilir. Bəzən bir neçə görüşdən sonra psixoloji problemi müəyyənləşdirmək mümkün olur. İlkin psixoloji müayinədən sonra əldə edilən nəticələrə uyğun olaraq, müraciət edən şəxsə psixoloji məsləhət  proqramı təklif olunur.  Proqramlar da fərdi qrup formasında təşkil edilir. Müraciət edən şəxsə təklif olunan psixoloji məsləhət proqramı bitdikdən sonra təkrar müayinələr keçirilir nəticələri dəyərləndirilir. Bəli, müraciət edənlər var, hətta deyərdim ki, seanslarımız doludur. Gənclərin problemləri əsasən, ünsiyyət çətinlikləri, valideynləri ilə münasibətlərindəki anlaşılmazlıq, özgüvənsizlik, keçmişdə yaşadıqları travmalar, panik ataklardır. Daha yaşlı insanlarda, xüsusən, müəllim əməkdaşlarda ailə zəminində olan problemlər, sabahkı günə inamsızlıq digər səbəblərlə bağlıdır. Yüksək həyəcan, təşviş, aşağı özünüqiymətləndirmə, özgüvənsizlik, ətrafdakılarla münasibət qurulmasında çətinlik, ailədə, valideynlərlə, dostlarla problemlər yarandıqda, eləcə daxili psixoloji gərgin hallar yaşadıqda tərəddüd etmədən Mərkəzimizə müraciət edə bilərlər. Mərkəzimizdə məxfilik prinsiplərinə ciddi əməl olunur. Mərkəzə müraciət edən hər kəsin kimliyi məxfi saxlanılır. O baxımdan müraciət edənlər rahatlıqla bizə güvənə sərbəst şəkildə mərkəzimizə müraciət edə bilərlər".

Əməkdar elm xadimi professor Şahlar Əsgərov bildirib ki, universitetin əməkdaş tələbələrin psixoloji müdafiəsinin təmin edilməsi, müsbət davranış modelinin formalaşdırılması, universitetdə təhlükəsiz sağlam mühitin yaradılması, mənəvi-psixoloji sağlamlığın dəstəklənməsi məqsədilə UNEC- Psixoloji xidmət mərkəzinin yaradılması mühüm məsələdir: "Hesab edirəm ki, gənc nəslə həm mənəvi, həm ruhdan düşməmək üçün psixoloji dəstəyin verilməsi vacibdir. Mərkəz həmçinin,  tələbələrin imtahanlara psixoloji hazırlanmasına kömək göstərəcək. Bu da çox vacib işdir. Eyni zamanda Mərkəzdə psixoloji müayinə çərçivəsində təhsilalanların fərdi-psixoloji xüsusiyyətlərinin, potensial imkanlarının, meyl maraqlarının öyrənilməsi, sosiallaşmada yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi üzrə sistemli tədbirlər həyata keçiriləcək. Hesab edirəm ki, belə tədbirlərin həyata keçirilməsi zəruridir.  Universitetdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması sabit saxlanılması, tədris-tərbiyə prosesinin səmərəli təşkili istiqamətində ehtiyacların daim öyrənilməsi, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində pedaqoji heyətlə birlikdə müvafiq işlərin aparılması təqdirəlayiqdir. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin yüksək səviyyəli təhsil alması üçün hər bir şərait yaradılıb. Həm universitetin elmi tədqiqat mərkəzinə çevrilməsində, həm tələbə məmnuniyyətinin önə çəkilməsində UNEC- mütəmadi olaraq müsbət halları müşahidə etməkdəyik bu, qürurvericidir. Tələbələrə isə yalnız oxumaq, öyrənmək, axtarmaq, yeni bilik bacarıqlara yiyələnmək lazımdır".

 

 Sevinc QARAYEVA

525-ci qəzet.- 2022.- 29 dekabr.- S.12.