"...Unutsaq, el-oba qınayar bizi!"  

 

AHISKALI ŞAİR VƏ MÜƏLLİM ALLAHVERDİ PİRİYEV HƏR ZAMAN EHTİRAMLA XATIRLANACAQ

 

 

Ahıska türklərinin tanınmış ziyalısı, təhsil işçisi, publisist şair Allahverdi Hüseyn oğlu Piriyev 1934-cü ildə Aspindza bölgəsinin Qoyundərə kəndində anadan olub ana dilində məktəbə gedib. 1944-cü ildə soydaşları kimi, on yaşlı Allahverdi ailəliklə Qazaxıstana sürgün edilib. On yaşlı Allahverdinin yaddaşına bu milli faciə əbədi həkk olunub. Bir vaxtlar Xaçmazdakı evində söhbətlərimizdə sürgünün qəfil baş verdiyini, sovet əsgərlərinin onları hərbi təlimlə əlaqədər bir-iki günə qırağa çıxardıqlarını bildirərək, çox əşya paltar götürməmələrini tələb etdiklərini ürək yanğısı ilə söyləyirdi. Məhz buna görə qırıq-sökük yük vaqonlarında qışın qəhr edən şaxtalarında ataları, qardaşları, ərləri, oğulları müharibədə sovet dövləti uğrunda döyüşən, sovet hökumətinə əsgər əmanəti olan xeyli sayda qadın, qoca, uşağın tələf olduğunu kövrələrək danışırdı. Sonradan özünün həmyaşıdlarının sürgün xatirələrini - keçmiş Rus dili Ədəbiyyatı İnstitutunda - tələbəm olmuş qızı Sevillə birlikdə yazdıqları kitablarıında dərc etdirdi.

 

Allahverdi müəllim onu da deyirdi ki, soydaşları 1944-1956-cı illərdə bütün vətəndaş hüquqlarından məhrum edilərək xüsusi komendant rejimində yaşamışlar. Lakin repressiv rejim onların milli ruhunu, vətən eşqini sarsıda bilməyib. Xalqın öndərləri sürgünün ilk günlərindən vətən mücadiləsinə başlayıb, cavanlar təhsil alıb, bilik peşələrə yiyələnib, əhali mənəvi birliyini, dil mədəniyyətini qoruyub. Allahverdi orta təhsilini sürgündə qazax dilində tamamlayıb. 1956-cı ildə Qazaxıstanda Pedaqoji Texnikumu bitirib, 1963-cü ildə Çimkənd Pedaqoji İnstitutunun Filologiya fakültəsində qazax dili ədəbiyyatı müəllimi ixtisasına yiyələnib əmək fəaliyyətinə başlayıb. Allahverdi müəllim elə məzun olduğu 1963-cü ildə Qazaxıstanın Jdanov kənd orta məktəbinin direktoru təyin edilib 1966-cı ilə qədər bu vəzifədə çalışıb. 1966-1975-ci illərdə Kaytpas kəndində ümumtəhsil məktəbində qazax dili ədəbiyyatından dərs deyib, 1974-1986-cı illərdə həm bu məktəbin direktoru vəzifəsində işləyib. 1980-1990-cı illərdə Qazaxıstan Təhsil Nazirliyi Müəllimləri Təkmilləşdirmə İnstitutunda qazaxıstanlı müəllimlərə qazax dili ədəbiyyatından dərs deyib.

1963-cü ildən fasiləsiz olaraq Qazaxıstanda müəllim, məktəb direktoru işləmiş Allahverdi Piriyev qəlbində qövr edən Vətən sevdasına tabe olaraq, doğma yurduna coğrafi mənəvi cəhətdən daha yaxın olan Azərbaycana köçmək qərarına gəlir 1991-ci ildə ailəsi ilə Azərbaycana gəlib Xaçmaz rayonunda yerləşir. 1991-ci ildən 2005-ci ilə qədər Xaçmaz rayonu Müşkür kənd məktəbində Azərbaycan dili ədəbiyyatından dərs deyir həm məktəb direktorunun müavini vəzifəsində işləyir.

 

 

 

Bütövlükdə 50 ildən çox pedaqoji stajı olan Allahverdi müəllim 20 ilə qədər təhsil sistemində rəhbər vəzifələrdə çalışıb, hər yerdə hörmət sahibi olub. Lakin bu illər ərzində vətən nisgili onu rahat buraxmayıb, xüsusən ahıl vaxtlarında əsas amalı doğma yurda getmək, vətəni görmək olmuşdur. Qazaxıstanda bir müddət xəstə yatdığı zaman yazdığı şeirində Allahdan məhz vətəni görmək üçün möhlət istəyib:

 

İlahi, aman ver, alma canımı,

Türkümün toprağın dolanem gəlem.

 

Görəm ana-babam gəzən yerləri,

Taşna-çamuruna bulanıp gəlem...

 

2003-cü ildə bir dəvət əsasında İstanbulu ziyarət edir, lakin dədələri dolaşan doğma Çildır-Ərdəhan bölgəsini, anası Sayad Hocanın dini təhsil aldığı Qars şəhərini görə bilmədiyinə çox təəssüflənir. 2008-ci ildə Məkkə-Mədinə ziyarətində yurdunu görmək üçün dua edir nəhayət 2012-ci ildə, 68 illik ayrılıqdan sonra ana yurdu Qoyundərə köyünə getmək, ata-baba məzarlarını ziyarət etmək Allahverdi Hocaya nəsib olur...

 

Müdrik  insan olan Allahverdi müəllim vətən borcunun yalnız yurd ziyarətindən deyil, ilk növbədə gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsindən, xalqın tarixi yaddaşının milli şüurunun qorunmasından ibarət olduğunu yaxşı anlayıb bu yolda əzmlə çalışıb. Bu məqsədlə sürgün şahidlərinin xatirələrinin toplanmasını, bu mövzuda publisistik bədii əsərlərin, tədqiqatların yazılmasını vacib hesab edib. Məhz buna görə, qazax dilinin tədrisinə dair bir neçə rəsmi dərsliyin müəllifi olan  Allahverdi müəllim Azərbaycana köçdükdən sonra qələmini sürgün qürbət mövzularına, vətənpərvərlik tərbiyəsinə tuşladı. Az bir müddətdə Allahverdi müəllimin öz qızı, tarix elmləri üzrə fəlsəfə doktoru Sevil Piriyeva ilə həmmüəlliflikdə Bakıda bir neçə irihəcmli kitabı dərc olundu. 

 

Yüzlərlə insanın xatirələrindən, şərhlərdən ibarət bu kitabları Ahıska türklərinin canlı tarixi, milli  yaddaşın salnaməsi hesab edə bilərik. El ağsaqqalı, sürgünü şəxsən yaşamış Mərdalı Məhəmməd oğlunun xatirələrindən aşağıdakı fraqmentin Allahverdi müəllim Sevil xanımın kitablarının əhəmiyyəti haqqında müəyyən təsəvvür yaratdığını düşünürük: "1941-1945-ci sənələr yaşı çatan əsgərə getdi, əsgərə yaşı çatmayan arxa cəbhədə çalışdı. Kimi kolxozda əkin-biçində, kimisi Borjomda dəmiryol çəkməyə getdi. Məni dəmiryola işə getməyə yazdılar. Ona mən çox sevindim. Sevindim ona görə ki, Ahıskaya dəmiryol çəkiləcək. Gələcəkdə biz rahat qatarla Tiflisə-Bakıya gedib gələcəyik. İkincisi, sevindik ona görə ki, arxa cəbhədə biz belə bir böyük görürük... Bu yolda işləyənlərin əksəriyyəti 15-16 yaşındakı yeniyetmələr qadınlar idik. Bir az qocalar da var idi. İş qədər ağır olsa da, biz ona dözürdük. Çünki qatara minmə günləri göz qabağımızda idi. Sevinirdik... 15 yaşımda dəmiryola işə getmişəm. Elə bil ki, millətimə xəyanət etmişəm. Bilsəydim dəmiryola işə getməzdim. Özüm-özümə dərd-bəla etməzdim. Səhər saat 8-də işə gedirdik. Axşam saat 10-da işdən gəlirdik. Yorulmaq bilməzdik, sevinirdik-gülürdük. Arxa cəbhədə Vətənə xidmət edirdik. Lazut xəşili, yeməyin paşası - xörəyimiz, 400 qram gündə qara çörəyimiz... Sevincimiz tərsinə oldu. Qatara öz xoşumuza, sevinə-sevinə yox, zorla, ağlaya-ağlaya mindik..."

 

Şairlik təbi olan Allahverdi Piriyev öz duyğu düşüncələrini həm lirik əsərləri ilə ifadə edir. Şeirlərində xalqını tarixi keçmişə yönəldir, ana yurda səsləyir:

 

Neçədir, bilinməz yurdumun yaşı,

Qoca Kürdür Ahıskanın qardaşı.

Gedib-gələnlərdən salamlar deyir,

Gəzdiyim yerlərin torpağı-daşı.

 

Allahverdi müəllim xalqın əzəli qüdrətini, şan-şöhrətini xatırladaraq, gəncləri öz kökünü bilməyə, vətən hissini qorumağa, damarındakı saf qandan qüvvət almağa çağırır:

 

Türk soyu, aləmdə sənin adın var,

Hər diyarda şöhrətin var, şanın var.

Damarında peyğəmbərin qanı var,

Bil kökünü, Ahıskalım, nerdəsən?

 

Lakin sürgün xiffətinin uzanması, ağsaqqalların dünyadan getməsi şairi bədbinləşdirir, poeziyamızın ənənəvi motivi olan "gəlib gedən sonalar" vətən həsrətini bəlirləyir:

 

Gəlib keçdi neçə-neçə sənələr,

Göldən uçub getdi çoxlu sonalar.

Yurdsuz qaldı çocuqlar həp analar.

Səndə kama çatan atalar hanı?

 

"Töküldü, dağıldı türkü dilimiz... Hara səpələndi millətimiz?.. Yurdsuz qaldı çocuqlaranalar... Atalar fikirdən alışdı, yandı... Sel kimi tökdülər analar yaşı... Məlul qaldı ocağımız, külümüz" deyən şair bu faciənin unudulmayacağını bildirir:

 

Unuda bilmərik gördüyümüzü,

Qırx-əlli sənədə çəkdiyimizi.

Ana naləsini, bacı ahını,

Unutsaq, el-oba qınayar bizi!

 

Şair Allahverdi bu bədbin məqamda məyusluğa qapılmır, "Şükür, indi bir-birimizi tapmışıq... Ahıska yaxındır, Azərbaycan da vətəndir" deyərək, qardaş dəstəyini dilə gətirir, doğma yurda qovuşacaqlarına əminliyini bildirir:

 

Qoy bu yolda Allah bizə yar olsun!

Üçrəngli bayrağım öndə var olsun!

Millətim sevinib bəxtiyar olsun!

Toplan, birləş, Ahıskalım, nerdəsən?

 

2016-cı ildə Qazaxıstanda rəhmətə gedən Allahverdi Piriyev xalqın sevgisini qazanmış, bir çox rəsmi mükafatlar almışdı. Lakin Allahverdi müəllimin ruhunu şad edəcək ən böyük mükafatı, əlbəttə ki, soydaşlarının doğma yurda dönüşü olacaq. 

 

 

Asif HACILI

 

525-ci qəzet.- 2022.- 3 fevral.- S.14.