Rəngarəng qobelen dünyası  

 

TAMİLLA ABDULLAYEVANIN FƏRDİ SƏRGİSİ HAQQINDA QEYDLƏR

 

 

İncəsənət tarixində qobelen sənətinin tarixi xüsusi əhəmiyyətə malikdir. Bəşəriyyət tarixinin ən qədim təcrübələrindən olan toxuculuqdan doğuran qobelen hələ qədim dövrdə utilitar, məişət təyinatından uzaqlaşaraq dekorativ mahiyyətini sərgiləyib. Texniki baxımdan milli sənətimizdə mövcud olan kilimlərə yaxınlıq qobelenin şərq mənşəyini açıqlayan amillərdəndir. Qobelenin daim Şərq-Qərb kontekstində incələnməsi onun inkişaf dinamikasını müəyyən edib. Ellinistik Misirdə yunan Yaxın Şərq ənənəsini birləşdirən, Səlib yürüşlərindən sonra Avropaya gələn burada rəngkarlıqdan bəhrələnən, onun süjetlərini təkrarlayan, II Dünya müharibəsindən sonra isə yeni çiçəklənmə dövrünü yaşayan qobelen müasir mərhələdə fərqli istiqamətlərdə inkişaf edir. Bu sabitliyin, davamlılığın əsas səbəbi qobelenin spesifik psixoloji effektindədir: mövcud olduğu məkanda isti, qüvəniləcək ab-hava formalaşdırmaq, iplər, ilmələrlə mühitə bağlanmaq, yeni, yerli bədii formalara, rənglərə ritmlərə uyğunlaşır.

 

Tamilla Abdullayevanın Milli Xalça Muzeyində təqdim etdiyi əsərlər qobelenin Azərbaycan bədii zəminində keçdiyi yolu eyni zamanda qobelenə dair müəllif pozisiyasının nümayişidir. Rəssamın  yaradıcılığında qobelen bədii toxuculuq kontekstində spesifik seçim məntiqinə malilkdir. Tamilla xanım qeyd olunan sahənin yaşadığı zamana məkana müfaviq olaraq, bütün mövcud mərhələlərini keçib. 1955-ci ildə Tiflisdə anadan olan Tamilla Abdullayeva ilk bədii təhsilini elə həmin şəhərdə, 1972-1975-ci M.Toidze adına Rəssamlıq məktəbində (hazırda Tiflis Rəssamlıq Akademiyası), Bədii tekstil ixtisası üzrə alıb. Məktəb qeyd olunan illərdə çiçəklənmə dövrünü yaşayırdı, geniş texniki imkanlara malik idi.

 

"Yeni tekstil dalğası", - Qobelenə marağın artması, onun yeni müstəvilərdə təqdimatı, yerli məktəblərin formalaşması qeyd olunan mərhələdə Sovet sənəti üçün səciyyəvi idi. Fransada, Jan Lürsanın Obüsson məktəbi ilə İntibahını yaşamağa başlayan qobelenin unikal xüsusiyyəti, monumental-dekorativ mahiyyəti, 1960-cı illərdən SSRİ- latviyalı rəssam Rudolf Heymrats, estoniyalı Eym, Reemets, litvalı Balçikonis, Qedrimene tərəfindən yenidən dəyərləndirilir. Ənənəvi qobelen yeni formatda "Tapiseriya" termini daxilində dərk edilir, onun interyerlə əlaqəsi, dekorativlıyi, innovativ süjetlərə açıqlığı getdikcə digər amilləri üstəliyir. Tez zamanda Moldova, Ukrayna, Moskva Leninqradda (Sankt-Peretburq) qobelen bədii ali təhsil müəssisələrin aparıcı istiqamətinə çevrilir.

 

Tiflis Rəssamlıq Məktəbi məhz belə mərkəzlərdən idi. T.Abdullayevaya sahənin məşhur siması, gürcü Çin qobelen sənətinin banisi, rəssam, keramist Qivi Kandarellinin emalatxanasında təhsil almışdır. T.Abdullayeva üçün qobelen texnikası yeni deyildi. Milli xovsuz xalça texnikalarına bələd olan rəssam, rahat tərzdə Kanderellinin innovasiyalarını mənimsəyə bilmişdir onun tövsiyəsi ilə bir müddət "Solani" Tiflis Yaradıcılıq Birliyində rəssam-tərtibatçı qusmində çalışır.

 

Vətənə qayıdan rəssam həm təhsilini, həm yaradıcılıq fəaliyyətinə davam edir. 1978-ci ildən o,  Azərbaycan Xalça Dekorativ sənətlər Müzeyində işləyir, 1979-1984-cü illərdə isə Dövlət İncəsənət İnstitutunun "Dekorativ-tətbiqi sənət" ixtisası üzrə təhsil alır. Bu illər ərzində Tamilla Abdullayevanın yaradıcılıq üslubunun formalaşması, bədii sintezə, ənənənin canlandırılmasına meylləri inkişaf edir. Rəssamın Tiflis məktəbi vasitəsi ilə Avropa qobelenin xüsusiyyətlərini milli  xalçaçılıq sistemində ənənəvi strukturun mənimsəməsi Tamilla xanımın fərdi bədii ifasını müəyyən etmişdi. Bu yolda onun müəllimi, rəhbəri dahi Lətif Kərimov oldu. İnstitut illərində peşəkar xalçaçı-rəssam kimi formalaşan T.Abdullayevanın diplom işi "İslimi-bəndi" kompozisiya ustadını bəlli edir. Onlarda sərgidə iştirak, uzun müddətli elmi (T.Abdullayeva 30 il AMEA-nın Memarlıq İncəsənət Universitetində çalışıb) pedaqoji fəaliyyətin (2004-cü ildən ADMİU-nun müəllimidir) nəticəsi rəssamın bir neçə nəsl tələbələrinin formalaşmasıdır.

 

 

 

2015-ci ildə ilk fərdi sərgisini təqdim edən Tamilla Abdullayeva, hazırkı "Rəngarəng qobelen dünyası"nın əsərlərini əsasən pandemiya dövründə yaratdı. Milli Xalça Muzeyində keçirilən sərginin konsepti rəssamın əsərlərinin retrospektiv nümayişini nəzərə alıb. Bu üsulla T.Abdullayevanın bədii axtarışlarının təkəmülü, obraz süjetlərin seçim meyarları, ifadə dilinin zənginliyi aydın şəkildə ziyarətçiyə açıqlanır. T.Abdullayevanın dünyası aram tərzdə, əsərdən əsərə keçərək aydınlaşır. Yaradıcılığında təbiət ümumiyyətlə, həyat, yaşam ideyası əsas motiv qismində izah edən rəssam onun ən uyğun ifadə materialını qobelendə görür. Abdullayeva qobelenlərinin müəllifi icraçısıdır (xalçadan fərqli olaraq, bütün prosesi özü icra edir), eskizin, hər ilmənin müəllifi özüdür. Sərginin isti işıqlı ovqatını formalaşdıran yumşaq qobelenlərın mövzusu rəssam tərəfindən "güllər", "kəpənəklər", "ağaclar", "abstraksiyalar" kimi tərif edilir. Fiqurativlik rəssam tərəfindən  fərqli səviyyədə tənzimlənir: T.Abdullayeva formaları bəzən stilizasiya edir, bəzən isə deformasiyaya qədər dəyişdirir ya tamamən predmetsiz abstrakt-dekorativ meyllərini nümayış edir. Əsərlərdə süjet xətti adətən izlənmir, lakin daxili məkan daim dinamikdir, rəssam burada öz dramaturgiyasını qurur.

 

Tamilla xanımın yaratdığı yeganə portret əsəri müəllimi, Lətif Kərimovun 2007-ci ildə işlənmiş obrazıdır.

 

Qobelençi rəssamın təmiz rənglərə marağı, vizual motivin tamamən dekorativ vəhdətə tabe olması, impressionistik postimpresionizm formalarının fərdi intepretasiyaları "Güllər" silsilələrində bəlli olur. Maraqlıdır ki, T.Abdullayevanın bu mövzuya ilk müraciətlərində ("Günəbaxan", "Nar") kompozisiyalar daha formal ruhda həll olunur, lakin son illərdə yaratdığı əsərlərdə ("Çəməndə qüllər", 2020, "Limon" 2020, "Xurma", 2020, “Şəhidlərin xatirəsinə", 2021) detallara meyllər artır, rəngkarlıq plastikası mürəkkəbləşir, fərdi vurğular güclənir. Çiçəklərin müstəvi üzərində harmonik səpələnməsi, modulların düzgün yerləşdirilməsi Ustadın materialın mövzunun bilicisi kimi çıxış etməsini göstərir. Çiçək motivləri məşhur "mille fleur" (min çiçək) kompozisiyalarına reministentsiya ötürsə , müəllif onları tamamən müstəqil, fərdi üslubda verib.

 

T.Abdullayeva üçün səciyyəvi olan obraz Həyat ağacıdır. Onun simvolikası real, təbiət olsa da, müəllif getdikcə ağacın əbədiliyini, mücərrədliyini vurğulayır. Simvolizmə meyilliyin məntiqi inkişafı hazırkı mərhələdə rəssam üçün aparıcıdır. Pandemiya dövründə yaradılan "Maral", "Maral. Qədim Azərbaycan rəmzləri", "Kompozisiya" əsərlərində milli simvolika, tanınan mədəni irs nümunələri müəllif interpretasiyasında təqdim olunur. Qeyd olunan əsərlərin toxunmamış qobelen texnikasına işlənməsi rəssam üçün yeni addımdır.

 

Ekspozisiyada Abdullayevanın xalça nümunələri ənənəvi motivlərin sxemlərin fərdi interpretasiyalarını təqdim edir. Onun "İslimi-bəndi", "Əfşan", "Saxsıda güllər" kompozisiyaları ikonoqrafik sxemlər üzərində qurulur, lakin T.Abdullayeva kolorit seçimində ritmlərin oyununda, bəzən isə modulların nisbətlərində təcrübə yaradıcılıq cəsarətindən təkan alaraq çıxış edir. Rəng duyumununa güvənən rəssamın yaradıcılıq potensialı sərgidə təqdim olunan xalça eskizlərində bəlli olur. İncə pastel tonlu "Ornamental kompozisiya"larda mərkəzi göllərin inkişaf motivləri çiçəklərlə verilir, haşiyələrdə monolit həll üstünlük təşkil edir.

 

Sərginin nisbətən uzunmüddətli olması ziyarətçi auditoriyasının geniş və fərqli olmasına ümidlər verir. Milli Xalça Muzeyinin təcrübəsinə və hər zamankı peşəkarlığına əsaslanaraq böyük paralel proqramlar da nəzərdə tutulub. Fevral ayının sonunadək Muzeydə mühazirələr, ustad dərsləri, rəssamla görüşlər, kurator və müəllif ekskursiyaları ünvanlı şəkildə təşkil olunub. Sərginin bu formatda təşkili görkəmli rəssamımızın yaradıcılığına maraqla yanaşı, qobelenxalça sənətimizin əhəmiyyətinə də marağın artmasına mühümümidverici təkandır.  

 

 

Sevil KƏRİMOVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2022.- 5 fevral.- S.15.