Naxçıvan Muxtar Respublikasında ekoloji təhsil və maarifləndirmə

 

 

 

 

"Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir..."          

 

Ümummilli lider Heydər Əliyev

 

 

 

Ətraf mühitlə insanlar arasındakı münasibətləri nizama salmaq üçün ekoloji tərbiyə, ekoloji təhsil, ekoloji təfəkkür problemlərinin həlli indi - XXI əsrdə cəmiyyətin qarşısında həmişəkindən daha kəskin durur bu, keçən əsrin 60-cı illərinə qədər "ekologiya" termini yalnız bioloqlara məlum idi. Hazırda "sosial ekologiya", "insan ekologiyası", "ekoloji təhsil", "ekoloji fiziolojiya", "kənd təsərrüfatı ekologiyası", "şəhərlərin ekologiyası", "mühəndis ekologiyası", "ekoloji müharibə" s. terminlər meydana çıxmışdır.

 

Ekoloji təhsilin quruluşu 80-ci illərdə bu sahə üzrə görkəmli alim ictimai xadimlər - H.Ə.Əliyev, Ş.Q.Qlazacov tərəfindən ifadə edilmiş metodoloji prinsiplərə əsaslanır. Ekoloji təhsil dedikdə, ümumi ekoloji mədəniyyətin, ekoloji məsuliyyətin formalaşmasına yönəlmiş fasiləsiz təhsil, tərbiyə, inkişaf prosesi hər bir sakinin ekoloji məsuliyyəti başa düşülür. Ona görə ekoloji təhsil, təkcə təhsil sisteminə daxil olmamalı, onun əsas hissəsinə çevrilməlidir. 1990-cı illərin əvvəllərində təbiətə məsuliyyətli münasibətin formalaşması ekoloji təfəkkürün təşəkkülü ön plana çəkildi. Hazırda ekoloji təhsilin məqsədi ekoloji mədəniyyətin (dünyagöruşü, əxlaq hüquq normaları, insanların ünsiyyət formaları üsulları, biliyi, vərdişləri daxil olmaqla) ətraf mühitə öz sağlamlığına qarşı məsuliyyətli münasibətin yaradılmasından ibarətdir.

 

Ekoloji təhsil - bütün təhsil sisteminin həm keyfiyyətini artıran, yalnız təbiətə deyil, həm cəmiyyətə, insana (ekohumanizm) başqa münasibəti formalaşdıran təbii hissəsidir.

 

Ekoloji mövzuların müntəzəm genişlənməsi, o cümlədən, ali təhsil sistemində onların sosial bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir. Ekoloji təhsilin nəzəri praktiki sahəsində aparılan elmi tədqiqatların həcmi xeyli artıb. Ekoloji təhsilin ali məktəblərdə kifayət qədər inkişaf etməməsi "Müəllim-ekologiya üzrə mütəxəssis" ixtisası üzrə kadr hazırlığı hələ başlanğıc mərhələsindədir. Ekoloji təhsil ilə bağlı problemlərin həlli, onun elmi əsasları bütöv strukturunun formalaşmasına kömək edir. Mütəxəssislərin rəyinə görə, belə struktur bir sıra elementlərdən ibarət olmalıdır: pedaqoji ali məktəb tələbəsinin ekoloji təhsili, onun ümumi mədəniyyətinin təbii elementi kimi; ekoloji mədəniyyətin inkişaf etməsinin şərti kimi ali məktəbdə humanist mühitin formalaşması; təhsilin peşəkar hazırlığı səviyyəsində dərs demək üçün müəllim-ekoloqların hazırlanması.

 

Ekoloji təhlükədən xilas olmaq üçün dünyada son 50 ildə müxtəlif konfranslar, konqres-simpoziumlar keçirilir. Bu gün cəmiyyətimiz təbiəti, təbii sərvətləri qorumaq, onlardan qənaətlə səmərəli istifadə etmək üçün ilk növbədə ekoloji təfəkkürə yiyələnməlidir. Ekoloji tərbiyə maariflənmə uzun müddətli, ardıcıl, planlı, məqsədyönlü aparılan təhsil-tədris təbliğatından asılıdır. Ekoloji kamillik hamı üçün vacibdir.

 

Müasir elmi-texniki tərəqqi dövründə cəmiyyətin inkişafı bir çox mürəkkəb məsələlərin həllini tələb edir. İnsanların fəallığını artırmaqla, onları iqtisadi təfəkkür ruhunda, təbii ehtiyatlara məhəbbət ruhunda tərbiyələndirmək bioloq ekoloqların birinci dərəcəli vəzifələrindəndir. Təbii ehtiyatlar bizim milli sərvətimizdir, onu qoruyub gələcək nəsillərə çatdırmaq üçün əlimizdən gələni əsirgəməməliyik. İnsanla ətraf mühit arasındakı münasibətləri nizama salmaq üçün ekoloji tərbiyə, ekoloji təhsil ekoloji təfəkkür probleminin həlli indi həmişəkindən daha da kəskin qarşıda durur. Gənclərdə insani hissləri aşılamaq, onlarda ekoloji tərbiyə dünyagörüşü formalaşdırmaq isə ən mühüm problemlərdən biridir.

 

Məktəblilərdə ekoloji mədəniyyətin formalaşdırılmasında əsas məqsəd gənc nəsildə ekoloji düşüncə tərzi tərbiyə etmək, ekoloji mədəniyyətin ən yüksək mədəniyyət olduğunu onlara çatdırmaq, təbiəti qorumağın, öyrənməyin, zənginləşdirməyin vacib məsələ olduğunu başa salmaqdır. Təbiət yaratdığı canlılara özünə qarşı məhəbbət hissi bəxş edir. Məktəblilər bilməlidirlər ki, planetimizin təbii sərvətləri gələcək nəsillərə yararlı halda ötürülməlidir. Çünki təbiət hamı üçündür, bütün canlıların yaşadığı məkandır.

 

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ekoloji problemlərə xüsusi diqqət yetirmiş ekoloji vəziyyətin yaxşılaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi ətraf mühitin mühafizəsi üçün bir çox qərarlar sərəncamlar vermişdir. Bunlar torpaq, su, meşə, yeraltı yerüstü sərvətlərin istifadəsi haqqında qanunlardır. Bütün bu qanunların qəbulu dövlətin ətraf mühitin yaxşılaşmasına, insanların sağlamlığına, onların sağlam şəraitdə yaşamasına xidmət edir.

 

Azərbaycan Respublikasının Milli Məclisi Əhalinin Ekoloji Təhsili Maarifləndirilməsi haqqında 10 dekabr 2002-ci il tarixdə qanun qəbul edilmiş 29 yanvar 2003-cü il tarixindən Heydər Əliyev tərəfindən tətbiqi üçün imzalanmışdır. Qanun 5 fəsil 14 maddədən ibarət olmaqla, əhalinin ekoloji təhsili maarifləndirilməsi ilə bağlı dövlət siyasətinin hüquqi, iqtisadi təşkilatı əsaslarını müəyyən edir.

 

Əsası Ulu öndər tərəfindən qoyulan ekoloji maariflənmə işi bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" sərəncamına əsasən, ətraf mühitin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. "Azərbaycanda təbiətin qorunması bizim gələcəyimizlə bağlı məsələdir. Azərbaycanın çox gözəl təbiəti, iqlimi vardır. Biz hamımız bu təbiəti qorumalıyıq" - deyən cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə "Ekologiya İli" elan edilmişdi.

 

Məlumdur ki, 1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması nəticəsində təbii qazın kəsilməsi, elektrik enerjisi nəqli dayandırılması yanacaq çatışmazlığına səbəb oldu. Bunun da nəticəsində ağacların kütləvi qırılması baş verdi Muxtar Respublikanın ekologiyasına ciddi ziyan dəydi. Respublikamıza dəyən bu ziyanı aradan qaldırılması üçün Ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işləyərkən 1993-cü il aprel ayının 2-də qəbul etdiyi qərarla hər il "Yaşıllaşdırma aylığının" keçirilməsi məsələsini irəli sürdü.

 

Ümummilli liderin müəyyənləşdirdiyi bu xətt Muxtar Respublikada bu günuğurla davam edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun "Yaşıllaşdırma, təmizlik abadlıq" aylığının keçirilməsi haqqında 01 mart 2001-ci il sərəncamına əsasən, hər ilin yaz və payız mövsümündə iməciliklər keçirilir. Hər həftənin şənbə günü keçirilən iməciliklər Muxtar Respublikanın ətraf mühitinin mühafizəsində, yaşıllıqların qorunmasında böyük önəm daşıyır. Keçirilən bu tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır. Qeyd edək ki, 1990-cı illərdə Muxtar Respublikada yaşıl örtük sahəsi ümumi ərazinin 0,5 faizini təşkil edirdi. Lakin ötən dövrdə həyata keçirilən yaşıllaşdırma tədbirlərinin nəticəsidir ki, bu gün yaşıllıqlar Muxtar Respublika ərazisinin 20 faizindən çox hissəsini təşkil edir. Bununla yanaşı, Muxtar Respublika ərazisinin 27 faizi xüsusi mühafizə olunur, nadir ağacbitki növləri qorunur, mütəmadi yaşıllaşdırma tədbirləri həyata keçirilir.

 

Naxçıvan Muxtar Respublikasında ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirilir. Ali təhsil müəssisələrində təhsil alan tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədilə tələbə və müəllim kollektivi ilə görüşlər keçirilib. Bu görüşlərdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılaraq, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılıb.

 

Ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu vardır. Ona görə də Naxçıvan Muxtar Respublikada insanların ətraf mühitekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması daim diqqət mərkəzində saxlanılır, bu məqsədlə də ardıcıl tədbirlər görülür.

 

Təbiətimizə, sərvətlərimzə biganə münasibəti aradan qaldırmaq üçün əhalinin ekoloji cəhətdən maarifləndirilməsi, tərbiyəsi üçün ilk növbədə kamil, savadlı mütəxəssislər tərəfindən, asan başa düşülən tərzdə dərs vəsaitləri, izahatlı populyar kitablar, foto-bukletlər çap olunmalı, ekoloji təhsil-tərbiyə məqsədyönlü aparılmalıdır.

 

İnsanları ekoloji cəhətdən tərbiyələndirmək üçün Muxtar Respublikada kütləvi informasiya vasitələrinin rolu olduqca böyükdür. Bu məqsədlə, xüsusən radioteleviziya vastəsilə ekoloji problemlərə, ekologiya elminə, onun hissə və şöbələrinə aid, ixtisaslı mütəxəssislər tərəfindən verilişlər təşkil olunur. Belə verilişlər cəmiyyətin ekoloji maariflənməsinə müsbət təsir göstərir.

 

 

Zülfiyyə SALAYEVA,

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı, Biologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2022.- 9 fevral.- S.22.