Azərbaycan kitabçılığı haqqında dəyərli nəşr

 

 

Tarix üzrə elmlər doktoru, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimi Tahirə Həsənzadə bir sıra dəyərli kitabların müəllifidir. Fədakar alim 1994-cü ildə "Marağalı Məhəmmədhəsən xanın ictimai-siyasi fəaliyyəti" mövzusunda namizədlik, 2015-ci ildə Mehdi Bamdadın "Tarixi-ricali-İran" əsəri əsasında yazdığı "XVIII-XIX əsrlərdə İranda yaşamış azərbaycanlı ictimai-siyasi xadimlər" adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Onun istedad zəhmətinin məhsulu olan "Marağalı Məhəmmədhəsən xan Etimadüs-səltənənin əsərlərində Azərbaycan tarixi məsələləri", "XVIII-XIX əsrlərdə İranda yaşamış azərbaycanlı ictimai-siyasi xadimlər", "Qacarlar dövrünün titulları", "XVIII-XIX əsrlərdə Əfşarlar Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri" digər nəşrlər qiymətli nümunələrdir.

 

T.Həsənzadə Marağalı Məhəmmədhəsən xan Etimadüs-səltənənin "Xeyrati-hesan"(Gözəllər sərvəti) kitabını fars dilindən tərcümə edərək, Məmməd Səid Ordubadinin "İstanbul səhnələrində Dursunəli Ballıbadı" komediyasını, A.Lukyanovanın 1926-cı ildə çapdan çıxan, M.Ə.Sabir haqqında ilk tədqiqat işi olan "Sabir yaradıcılığının əsasi nöqtələri" adlı kitabları müasir əlifbaya transfoneliterasiya edərək ön sözlə birlikdə nəşr etdirib.

 

Onun, Əlyazmalar İnstitutunda mühafizə edilən materiallar əsasında nəşrə hazırladığı "Azərbaycan kitabı" adlı kataloq "Elm təhsil" nəşriyyatında çap olunub. Kitabın baş elmi məsləhətçisi akademik Teymur Kərimli, redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovdur.

 

Tahirə Həsənzadə kitaba yazdığı "Ön söz"də Azərbaycanda kitab nəşrinin XIX əsrin 30-cu illərinə təsadüf etdiyini, lakin Azərbaycan kitabının nəşri tarixinin 1440-cı ildən başladığını xüsusi vurğulayaraq, qədim çaplar haqqında məlumat vermişdir. Əlyazmalar İnstitutuna keçid alan müəllif buradakı daşbasma kitablardan, xüsusilə nadir çap kitablarından bəhs etmişdir. 1920-ci ilə qədərki dövrü əhatə edən "Azərbaycan kitabı" adlı biblioqrafik kitaba düşməyən bu nadir kitabların dəyərindən söz açan tədqiqatçı yazır: "Azərbaycan EA müxbir üzvü Əziz Mirəhmədov "Azərbaycan kitabı"na (1963) geniş müqəddimə yazmış, Azərbaycan kitabının bütün nümunələrinin əldə edilmədiyini, biblioqrafiyaya düşmədiyi üçün aparılan təhlil zaman keçdikcə ciddi dəyişikliyə, təshihə uğrayacağını göstərmişdir. Uzaqgörənliklə deyilmiş bu sözlər həqiqətən özünü doğrultdu. Əlyazmalar İnstitutunda sonralar aşkar edilmiş yüzlərlə kitab "Kitablar aləmində" "Zəka" məcmuələri səhifələrində yerini almışdır. Bu kitablar təsvir edilmiş, "AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mövcud olan çap kitabı"nın kataloquna əlavə edilmişdir. Kataloqda ən qədim nəşr tarixli Azərbaycan kitabı Abbasqulu ağa Bakıxanovun 1831-ci ildə Tiflisdə nəşr olunmuş, fars dilinin qrammatikasından bəhs edən "qanuni-Qüdsi", M.F.Axundovun Tiflisdə 1859-cu ildə nəşr olunmuş "Təmsilat"ıdır. Kataloqda 873 adda əski çap kitabının qısa təsviri verilmiş, sonda əsər adına görə göstərici əlavə olunmuşdur".

 

 

 

"Azərbaycan kitabı"nda klassik şeir nümunələrinin, o cümlədən, Füzulinin, Acizin, Şüai Dərbəndinin, Dilsuzun, Fənanın "Divan"larının, Dəxilin "Külliyyat"ının, Saib Təbrizinin, Seyid Əzim Şirvaninin, Mirzə Məhəmmədtəqi Qumrinin, Əbülqasim Nəbatinin, Növrəs Qarabağinin, Mirzə Əli Dilxunun, Məşədi Əsgər Dilrişin, Pürğəmin, Əbülhəsən Racının, Mirzə Ələkbər Sabirin, Məhəmməd Hadinin, Şükuhinin, Məhəmmədbağır Xalxalinin, Mir Mehdi Xəzaninin, Əliabbas Müznibin, Abdulla Şaiqin, Abbas Səhhətin, Əlipaşa Səburun, Səlim Səyyahın, Balaqardaş Mürşidin, Mişkatın, Müştaqın b. kitablarının, görkəmli nasir dramaturqlardan Nəcəf bəy Vəzirovun, Hüseyn Cavidin, Üzeyir vəy Hacıbəyovun", Zülfüqar bəy Hacıbəyovun, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun, Mir Möhsün Nəvvabın, Məmməd Səid Ordubadinin, Cəlil Məmmədquluzadənin, Rəşid bəy Əfəndizadənin, Əhməd bəy Cavanşirin, Yusif Vəzir Çəmənzəminlinin, Mirzə Məhəmməd Axundovun, Cəfər Bünyadzadənin, Soltanməcid Qənizadənin, Əhməd Qəmərlinskinin kitablarının başqa nəşrlərin təsviri verilib.

 

Kataloqa bir sıra alimlərin elmi əsərləri , o cümlədən, Bəkir Çobanzadənin, Firudin bəy Köçərlinin, Həsən bəy Zərdabinin, Salman Mümtazın, Fərhad Ağazadənin, İsmayıl Hikmətin, Əbdürrəhim Hadizadənin, Əbdüssəlam Axundzadənin, Əli Badkubinin, Məhəmmədhəsən Baharlının, Mirzə Həsən Əlqədarinin, Ömər Faiq Nemanzadənin b. kitablarının, həmçinin adsız elmi, dini, tarixi kitabların təsviri daxildir.  

 

 

 

Kitabda xarici ölkə yazıçılarının kitablarının təsvirinə rast gəlinir ki, bunlardan Firdovsinin, Şekspirin, Cek Londonun, Viktor Hüqonun, Tolstoyun, Corci Zeydanın, Maksim Qorkinin, Çexovun, Çernyayevskinin başqa kitablarını göstərmək olar.

 

"Azərbaycan kitabı"nda bir sıra mahnıların, növhələrin, folklor nümunələrinin toplandığı kitabların da təsviri təqdim edilib.

 

Kitab alimlər mütəxəssislər üçün dəyərli vəsaitdir. Tahirə xanımı təbrik edir, ona yeni-yeni kitablar arzulayırıq.

 

Tarix üzrə elmlər doktoru, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimi Tahirə Həsənzadə bir sıra dəyərli kitabların müəllifidir. Fədakar alim 1994-cü ildə "Marağalı Məhəmmədhəsən xanın ictimai-siyasi fəaliyyəti" mövzusunda namizədlik, 2015-ci ildə Mehdi Bamdadın "Tarixi-ricali-İran" əsəri əsasında yazdığı "XVIII-XIX əsrlərdə İranda yaşamış azərbaycanlı ictimai-siyasi xadimlər" adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Onun istedad zəhmətinin məhsulu olan "Marağalı Məhəmmədhəsən xan Etimadüs-səltənənin əsərlərində Azərbaycan tarixi məsələləri", "XVIII-XIX əsrlərdə İranda yaşamış azərbaycanlı ictimai-siyasi xadimlər", "Qacarlar dövrünün titulları", "XVIII-XIX əsrlərdə Əfşarlar Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri" digər nəşrlər qiymətli nümunələrdir.

 

T.Həsənzadə Marağalı Məhəmmədhəsən xan Etimadüs-səltənənin "Xeyrati-hesan"(Gözəllər sərvəti) kitabını fars dilindən tərcümə edərək, Məmməd Səid Ordubadinin "İstanbul səhnələrində Dursunəli Ballıbadı" komediyasını, A.Lukyanovanın 1926-cı ildə çapdan çıxan, M.Ə.Sabir haqqında ilk tədqiqat işi olan "Sabir yaradıcılığının əsasi nöqtələri" adlı kitabları müasir əlifbaya transfoneliterasiya edərək ön sözlə birlikdə nəşr etdirib.

 

Onun, Əlyazmalar İnstitutunda mühafizə edilən materiallar əsasında nəşrə hazırladığı "Azərbaycan kitabı" adlı kataloq "Elm təhsil" nəşriyyatında çap olunub. Kitabın baş elmi məsləhətçisi akademik Teymur Kərimli, redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovdur.

 

Tahirə Həsənzadə kitaba yazdığı "Ön söz"də Azərbaycanda kitab nəşrinin XIX əsrin 30-cu illərinə təsadüf etdiyini, lakin Azərbaycan kitabının nəşri tarixinin 1440-cı ildən başladığını xüsusi vurğulayaraq, qədim çaplar haqqında məlumat vermişdir. Əlyazmalar İnstitutuna keçid alan müəllif buradakı daşbasma kitablardan, xüsusilə nadir çap kitablarından bəhs etmişdir. 1920-ci ilə qədərki dövrü əhatə edən "Azərbaycan kitabı" adlı biblioqrafik kitaba düşməyən bu nadir kitabların dəyərindən söz açan tədqiqatçı yazır: "Azərbaycan EA müxbir üzvü Əziz Mirəhmədov "Azərbaycan kitabı"na (1963) geniş müqəddimə yazmış, Azərbaycan kitabının bütün nümunələrinin əldə edilmədiyini, biblioqrafiyaya düşmədiyi üçün aparılan təhlil zaman keçdikcə ciddi dəyişikliyə, təshihə uğrayacağını göstərmişdir. Uzaqgörənliklə deyilmiş bu sözlər həqiqətən özünü doğrultdu. Əlyazmalar İnstitutunda sonralar aşkar edilmiş yüzlərlə kitab "Kitablar aləmində" "Zəka" məcmuələri səhifələrində yerini almışdır. Bu kitablar təsvir edilmiş, "AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mövcud olan çap kitabı"nın kataloquna əlavə edilmişdir. Kataloqda ən qədim nəşr tarixli Azərbaycan kitabı Abbasqulu ağa Bakıxanovun 1831-ci ildə Tiflisdə nəşr olunmuş, fars dilinin qrammatikasından bəhs edən "qanuni-Qüdsi", M.F.Axundovun Tiflisdə 1859-cu ildə nəşr olunmuş "Təmsilat"ıdır. Kataloqda 873 adda əski çap kitabının qısa təsviri verilmiş, sonda əsər adına görə göstərici əlavə olunmuşdur".

 

"Azərbaycan kitabı"nda klassik şeir nümunələrinin, o cümlədən, Füzulinin, Acizin, Şüai Dərbəndinin, Dilsuzun, Fənanın "Divan"larının, Dəxilin "Külliyyat"ının, Saib Təbrizinin, Seyid Əzim Şirvaninin, Mirzə Məhəmmədtəqi Qumrinin, Əbülqasim Nəbatinin, Növrəs Qarabağinin, Mirzə Əli Dilxunun, Məşədi Əsgər Dilrişin, Pürğəmin, Əbülhəsən Racının, Mirzə Ələkbər Sabirin, Məhəmməd Hadinin, Şükuhinin, Məhəmmədbağır Xalxalinin, Mir Mehdi Xəzaninin, Əliabbas Müznibin, Abdulla Şaiqin, Abbas Səhhətin, Əlipaşa Səburun, Səlim Səyyahın, Balaqardaş Mürşidin, Mişkatın, Müştaqın və b. kitablarının, görkəmli nasirdramaturqlardan Nəcəf bəy Vəzirovun, Hüseyn Cavidin, Üzeyir vəy Hacıbəyovun", Zülfüqar bəy Hacıbəyovun, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun, Mir Möhsün Nəvvabın, Məmməd Səid Ordubadinin, Cəlil Məmmədquluzadənin, Rəşid bəy Əfəndizadənin, Əhməd bəy Cavanşirin, Yusif Vəzir Çəmənzəminlinin, Mirzə Məhəmməd Axundovun, Cəfər Bünyadzadənin, Soltanməcid Qənizadənin, Əhməd Qəmərlinskinin kitablarının və başqa nəşrlərin təsviri verilib.

 

Kataloqa bir sıra alimlərin elmi əsərləri də, o cümlədən, Bəkir Çobanzadənin, Firudin bəy Köçərlinin, Həsən bəy Zərdabinin, Salman Mümtazın, Fərhad Ağazadənin, İsmayıl Hikmətin, Əbdürrəhim Hadizadənin, Əbdüssəlam Axundzadənin, Əli Badkubinin, Məhəmmədhəsən Baharlının, Mirzə Həsən Əlqədarinin, Ömər Faiq Nemanzadənin və b. kitablarının, həmçinin adsız elmi, dini, tarixi kitabların təsviri də daxildir.  

 

Kitabda xarici ölkə yazıçılarının kitablarının təsvirinə də rast gəlinir ki, bunlardan Firdovsinin, Şekspirin, Cek Londonun, Viktor Hüqonun, Tolstoyun, Corci Zeydanın, Maksim Qorkinin, Çexovun, Çernyayevskininbaşqa kitablarını göstərmək olar.

 

"Azərbaycan kitabı"nda bir sıra mahnıların, növhələrin, folklor nümunələrinin toplandığı kitabların da təsviri təqdim edilib.

 

Kitab alimlər və mütəxəssislər üçün dəyərli vəsaitdir. Tahirə xanımı təbrik edir, ona yeni-yeni kitablar arzulayırıq.

 

 

Sona XƏYAL

 

525-ci qəzet.- 2022.- 8 fevral.- S.13.