Azərbaycan təbiətinin bəzəyi
və neməti: sitrus bitkiləri
Sitrus meyvələri
zəngin kimyəvi tərkibi, yüksək qidalılığı, diyetik
və aromatik xüsusiyyətinə görə
çox qiymətlidir. Vitaminlərlə zənginliyi, efir yağlarına malik olması, saxlanma və emal zamanı
tərkibin nisbətən
sabit saxlanması bu bitkilərin tibbi əhəmiyyətini
də artırır.
Sitrus bitkiləri sədovkimilər
fəsiləsinə, narınc
və ya qızılmeyvəlilər yarımfəsiləsinə
aiddir.
Onların təsnifatı ilə, Linneydən sonra, Rokosburq, Quker, Brandis, Enqler, Tanaka və görkəmli sovet sitrusoloqu A.İ. Luss məşğul olublar.
Dahi Azərbaycan
şairi Nizami Gəncəvi "İsgəndərnamə"
əsərində (1197) Azərbaycanda
hələ o vaxtlar, sitrus bitkilərinin becərildiyini göstərib.
Limon sitrus meyvə
bitkiləri içərisində
xüsusilə qiymətli
bitkidir. Limon ilk dəfə
Çində eramızdan
500 il əvvəl
Su-Kinq tərəfindən
təsvir olunub. Lakin eramızın XII əsrinə
qədər məşhur
olmayıb. Çünki çinlilər və Asiyada yaşayan digər millətlər şirin meyvələrə
üstünlük verirdilər.
XII əsrin ortalarına
aid yazılı məlumatlarda
limonun mənşə
etibarı ilə Hind çayı hövzəsində
meydana gəldiyi qeyd edilir. Ərəblər o vaxtlar limonu Aralıq dənizi zonasına gətirib və oradan Avropaya yayıblar. "Limun" farslardan
yayılma sözdür,
əslində isə öz növbəsində
qədim hind dilində
səslənən "Limunq"
sözündən götürülüb.
Ölkəmizdə limon sitrus meyvə bitkiləri arasında, naringidən sonra ikinci, dünyada
isə üçüncü
yerdə durur. Yunanların limonu "Midiya alması" adlandırmaları
bu meyvənin qədimdən Azərbaycanda
becərilməsi faktına
bir işarədir.
Azərbaycan rayonlarında
becərilən limondan
fərqli olaraq Naxçıvan Muxtar Respublikasının Ordubad
rayonunda becərilən
limon tamam
başqa tərkibdə,
başqa dadda olmaqla, xüsusi aromatik iyə malikdir. Kimyəvi tərkibinə gorə
Ordubad limonu Lənkəranda və digər yerlərdə becərilən limonlardan
2-3 dəfə üstündür.
Tərkibində C vitamini daha
çoxdur. Ordubad limonunun
1 ədədi bazarlarda
xeyli baha satılır.
Limonun yetişdiyi ərazinin torpaq-iqlim xüsusiyyətlərinə
görə tərkibində
3,5-8 faiz üzvü turşular, 2-3 faiz şəkər və çox əhəmiyyətli
miqdarda C, B1, B2 vitaminləri
var və qabığı da qiymətlidir. Məsələn, qabığında
C vitamini 2,5 dəfə çoxdur, nəinki lətində. Qabığında yağ və mineral maddələr də vardır. Onun qabığından alınan efir yağları ətriyyat istehsalında istifadə edilir. Ordubad rayonu ərazisində becərilən limonun tərkibində 3,8-11 faiz üzvü turşular, 4-7 faiz şəkər və
12-18 mq faiz C vitamin vardır. Limonun botaniki adı
Sitrus Limon Burm-dur.
3-5 metr hündürlüyündə
koltipli ağac bitkisi olub, yalnız
mədəni halda rast gəlinir. Güman olunur ki, limon
sitronun mutasiya dəyişkənliyindən yaranıb.
Yüksək qidalılıq,
dietik və müalicəvi əhəmiyyətə
malik limon
meyvələri tibbdə
çox qədimdən
istifadə edilib. Meyvələrdən sınqa, nəfəs
yollarının xəstəliyi,
mədə-bağırsaq xəstəlikləri,
podaqra, əzələ
ağrıları, revmatizm,
angina zamanı geniş
istifadə edilir.
Həmçinin südəmər körpələrdə həzm
pozğunluğu və
bir sıra başqa xəstəliklərə
yüksək müalicəvi
təsir edir.
Naringinin (mandarinin) vətəni Himalay dağlarının
cənub ətəkləri,
Hindistanın şimal
əyalətləri sayılır. Mədəni halda becərilməsi tarixi məlum deyil. Güman edilir ki, naringi
Şərqi Asiya ölkələrində və
ilk növbədə Hindistanda
eramızdan bir neçə min il
əvvəl mədəni
bitkilərdən biri olub. Buradan Çinə,
Yaponiyaya yayılıb.
Avropa və Amerikada naringi çox gec, XIX əsrin əvvəllərində becərilməyə
başlanıb.
Azərbaycanda naringi Lənkəran düzənliyində yetişir
və ölkəmizdə
becərilən əsas
sitrus meyvələrindən
biridir. Bu bitki
bizə Cənub-Şərqi
Asiyadan, Azərbaycanda
becərilən naringinin
yetkin ağaclarından
160-220 kq-a qədər
məhsul yığılır.
Naringinin yerləşmə zonasından,
torpaq-iqlim şəraitindən,
sortlarından asılı
olaraq kimyəvi tərkibi müxtəlifdir. Bu qrup sortlar yüksək
şəkərliliyi, digərləri
isə tərkibində
çoxlu üzvü
turşuların olması
ilə fərqlənir.
Eyni zamanda bütün sortlar yüksək vitaminlidir. Bu meyvənin insan səhhəti üçün
böyük xeyiri şübhəsizdir. Mandarin C, B1 və B2, P, K, D vitaminləri,
A provitamini, efir yağları, üzvi turşularlarla zəngindir. Bundan əlavə mandarində
kalsium, maqnezium, kalium kimi insan
orqanizmi üçün
çox vacib olan mikroelementlər var. İndiki zamanda orqanizmin C vitamininə olan tələbi ödəmək üçün
gündə 1 ədəd
naringi yemək çox faydalıdır.
Naringi sitrus bitkiləri içərisində
geniş yayılan meyvələrdən biridir. Naringi "Citrus retikulata Blanco" adlanır.
Bu növ daha
çox torlu naringi adlanır. 2-3 m hündürlükdə olub, seyrək və dağınıq çətirə malik koltipli ağacdır.
Naringi meyvələrinin
kimyəvi tərkibi çox zəngindir. Bu da insan orqanizmi
üçün çox
faydalıdır. Bütün sitrus
meyvələri kimi,
mandarin da hətta uzun müddət saxlandıqda belə öz faydalı xüsusiyyətlərini itirmir.
Mandarin maddələr mübadiləsi proseslərini
yaxşılaşdırır, iştahanı və immuniteti artırır, qan damarların divarlarını möhkəmləndirir,
ateroskleroz xəstəliyi
ilə mübarizədə
kömək edir.
Müasir Azərbaycan xalq təbabətində naringi
meyvəsinin şirəsindən
qaraciyər, böyrək,
öd daşları, şəkər və başqa xəstəliklərdə
geniş istifadə olunur və yaxşı nəticə əldə edilir. Naringinin
tərkibində çoxlu
C vitamini və limon turşusu
mövcuddur. Qabığının
0,6-2,5 faizini ətirli efir yağı təşkil edir.
Portağal dünya üzrə sitruslar içərisində
ən geniş yayılan növdür. Zəngin kimyəvi
tərkibə, ətirli-şirəli
meyvələrə malik
portağal yer kürəsinin əksər
rayonlarında tanınır.
Sitrus meyvə bitkiləri içərisində şəkərliliyinə
görə birinci yerdə durur. Portağalın vətəni dəqiq
məlum deyil və ona yabanı
halda rast gəlinmir. Lakin N.V.Vavilova görə,
portağalın vətəni
Hindistan və Çindir. X əsrdə
ərəblər portağalı
şirə çəkmək
üçün istifadə
edirdilər. XI əsrdən Aralıq dənizi ölkələrində
tanınıb. Portağal Cənubi
Avropa ölkələrinə,
ilk dəfə XV əsrdə
İrandan gətirilib.
Buraya isə Hindistandan keçib. İlk portağal əkinləri
1577-ci ildə Cənubi
Karolinada aparılıb.
Dahi Nizaminin
"İsgəndərnamə" əsərində Azərbaycanda
(Bərdədə) portağal
olduğu qeyd edilib. Azərbaycanda portağal əkinləri
ilbəil genişlənir,
fermerlər bu sahəyə xüsusi diqqət yetirərək portağal istehsalını
artırırlar. Ölkəmizdə portağal Lənkəran-Astara
zonasında becərilir.
Portağalın tərkibi şəkərlər,
turşular, zülallar,
pektin maddələr,
C vitamini və bir çox vitaminlərlə zəngindir.
Portağalın tərkibindəki pektin maddələri, efir yağları və mineral maddələr
insan orqanizmi üçün çox lazımlıdır. Şirin portağal
koltipli ağac bitkisidir.
Portağalın kimyəvi tərkibi çox zəngindir. Ondan bir
çox xəstəliklərin
müalicəsində istifadə
edilir. Orta əsrlərdə portağal
başqa sitrus meyvələrindən daha
az istifadə
edilirdi. Portağalın kal meyvələri
və yarpaqları iştaha gətirir, həzmə kömək edir və spazmalitik
təsirə malikdir.
Portağal şirəsində xeyli şəkər və C vitamini mövcuddur, buna görə də o, orqanizm üçün əsas enerji mənbəyi hesab edilir. Onu profilaktik məqsədlə
və qanazlığında
içmək fayda verir. Müxtəlif xəstəliklərdən sonra orqanizmin bərpasını tezləşdirir.
Portağal şirəsi C vitamini ilə zəngin olduğuna görə soyuqlama və avitaminoz xəstəliklərinin
profilaktikası və
müalicəsi zamanı
ilin soyuq vaxtlarında sadəcə
əvəzolunmazdır. O, tonusu
qaldırır, yorğunluğu
aradan götürür
və qan damarlarını möhkəmləndirir,
bakteriyaları öldürür,
immuniteti yüksəldir,
orqanizmdən xolesterinin
çıxmasına kömək
edir. Həmçinin, bağırsaqların işini normallaşdırır,
uşaqlarda anadangəlmə
qüsurların yaranması
riskini azaldır, bir çox xərçəng formalarından
müdafiə edir.
Həkimlər ateroskleroz və
hipertoniya zamanı, həmçinin qaraciyər
xəstəlikləri zamanı
portağal şirəsi
içməyi məsləhət
görür. Hər birimiz
portağalın bol miqdarda C vitamini ilə zəngin olduğunu bilirik. Portağalın özü kimi,
qabığı da çox faydalıdır.
Lakin portagal şirəsi və yaxud portağal
qabığınının çayı mədə yarası və qastrit olan xəstələr
üçün içilməsi
məsləhət deyildir.
O, mədə yarasını
aça bilər və qanaxmaya səbəb olar. Ona görədə həmin xəstələrin portağal
şirəsindən istifadə
etməmələri məsləhət
görülür.
Loğman BAYRAMOV
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı,
dosent
525-ci qəzet.- 2022.- 8 fevral.- S.12.