Ümidsiz ölmək də istəmir adam
"Bir ağılın budağından yapışıb,
Neçə-neçə ağlıdayaz yaşayır".
M.Araz
Ağılın budağı kəsilib,
şair,
Dəniz də boy vermir ağlıdayaza.
Biz öz əlimizlə gor qaza-qaza,
Ümid bağlamışıq olar-olmaza.
Yenə
köhnə mərəz,
köhnə vərdişlər,
Din-məzhəb hamısı
itib ortada.
Yenə
köhnə oyun, köhnə gərdişlər,
Təzə oyunçular bitib ortada.
Yenə
cığır itib, yollar dolaşıb,
Yenə də qarışıb ağıllı başlar.
Yenə
gədiklərdə qurdlar
ulaşır,
Yenə
iç davası salıb qardaşlar.
Oba bölük-bölük, el bölük-bölük,
Kimin kimə
borcu qalıb bilmirəm.
İrsi
xəstəlikdir üzüdönüklük,
Belə dərdin əlacını
görmürəm.
Dərd
çəkən çoxalıb,
yaman çoxdur, çox,
Bu da xəstəlikdir, yoluxur adam.
Xəstə çoxdur, amma
təbib yoxdur, yox,
Ümidsiz ölmək də
istəmir adam.
Bəlkə göyərə...
Yenə
fikirlərim ilişib
daşa,
Xəyalım dünyanı dolanır mənim.
Yenə
qasırğayla girib savaşa
Fırtına qoynunda "buzqıran"
gəmim.
Çarpışır, döyüşür,
dalğalar yarır,
Di gəl ki, dənizlə bacara bilmir.
Nə tufan gəmini alıb aparır,
Nə də o, tufandan bac ala bilmir.
Beləcə, bir ömür
yol gəlib gəmi,
Macal tapmayıb ki, dincəlsin bir az...
Onu uyudacaq torpağın nəmi,
Qasırğa, fırtına qəti qorxutmaz.
"Son mənzil limanı", aç qapıları,
Ömrü döyüşlərdə keçən
gəmiyə.
Yaralı
əsgərdir, qarşıla
barı,
Torpağa basdır ki, bəlkə göyərə...
Böyüklük
Qorxma böyüklərin böyüklüyündən,
Qorxulu olanlar qorxaq olurlar.
Qorxsan, qorx onların dönüklüyündən,
Çox zaman dostları peşman olurlar.
Böyüklük sərvətdə, dövlətdə
deyil,
Şüurda, əxlaqda, canda olmalı.
Böyüklük ad-sanda, şöhrətdə
deyil,
Ananın
südündə, qanda
olmalı...
Böyüklük nisbidir, görünmür
gözə,
Gözə soxulanlar yekəpər olur.
O elə böyükdür,
yerləşmir sözə,
Ağılla, idrakla hər iş həll olur.
Böyüklər çox sadə,
səmimi olur,
Şan-şöhrət naminə yarışmaz heç vaxt.
Böyüklər anadan böyük
doğulur,
Balaca işlərə
qarışmaz heç
vaxt.
O günah səninkidir
Düşmənlərlə dostluq edən sadəlövhlərə
Düşmənin dili qarmaq,
Sən də ki, qızıl
balıq...
Qalır
tilovu atmaq,
Yaxın
getmə, ay yazıq!
O tülkü, sən bildirçin,
Darı aldadar səni.
Pusqu qurub ov üçün,
Tutsa parçalar
səni.
Fürsət versən, sancacaq,
Əfi ilan kimidir.
Günahkar deyil ancaq,
Hər günah
səninkidir.
Görüşərsiz
Göylə əlləşənlərə zarafatla
Qəlbi
sıxıb, fikri daraltmayın ki,
Onsuz da bu dünya bizə
dar gəlir.
Hər gün yerdən göyə daş atmayın ki,
Bir gün də desinlər, göydən daş gəlir.
Göylərdən şikayət, göyə şikayət,
Bu işin axırı harda bitəcək?
Göylərin yağışı yerə bərəkət,
Gileydən, güzardan nə göyərəcək?
Yerdə durub göyləri az fəth edin,
Mələklərin qələminə düşərsiz.
Bu dünyada insanlarla yol gedin,
O dünyada mələklə görüşərsiz...
Zeynalabdin Novruzoğlu
Naxçıvan Muxtar
Respublikası,
Kəngərli rayonu, Xok kəndi
525-ci qəzet.- 2022.- 12 fevral.- S.23.