Ümidsiz ölmək
də istəmir adam
EY VƏTƏN !
Ömrümün
mənası, dünya gözəli,
Sənsən
həyatımın ilki, əzəli.
Sənə
həsr edirəm seiri, qəzəli,
Hüsnün,
camalındır məni ram edən,
Ey Vətən!
Sənsiz
neyləyirəm dünya mülkünü?
Vətənsiz
xoş keçməz insanın günü.
Yazma
həyatıma belə sürgünü,
Candan
ayrı düşsə yaşamaz bədən,
Ey Vətən!
Sən
nəhəng dünyada doğma məkanım,
Andım, inanc yerim, əhdim,
ehkamım.
Səni
yaşatmağa çatar
imkanım,
Boylanmaz
uzaqdan, ötmərəm
gendən,
Ey Vətən!
Qürurum, vüqarım sənə
bağlıdır,
Kədərin, niskilin məni ağladır.
Gör nələr çəkmisən,
sinən dağlıdır,
Tarixin yelləri əsibdir səndən,
Ey Vətən!
Dünyaya səs salan ordun var bu
gün,
Düşmənə dünyanı edib dar bu gün.
Taleyin olubdur sənə yar bu gün,
Sənə diş qıcamaz
daha hər yetən,
Ey Vətən!
İndi
sən çatmısan
halal payına,
İgid övladların gəlib hayına.
Artıq
oturmuşuq düşman
vayına,
Olmaz bəd niyyətlə qoynundan ötən,
Ey Vətən!
ŞƏHİDLİK ZİRVƏSİ
Çoxdur yer üzündə
zirvə adları,
Hər insan üz tutar zirvəyə
sarı.
Yüksəklik, ucalıq rəmzidir
zirvə,
Yüksəlmək, ucalmaq əzmidir zirvə.
Ən yüksək məqamdır
zirvə dağlarda,
Bu məqam tapılmaz
aşağılarda.
Dağların zirvəsi daim qar olur,
Oraya aparan yollar dar olur.
Əzabdır zirvənin sonuna
çıxmaq,
Fərəhdir zirvədən dünyaya baxmaq.
Fəqət ucalardan uca zirvə var,
O zirvə uğrunda verilir canlar.
Şəhidlik zirvəsi adlanır
ora,
Acizi, qorxağı
yad sanır ora.
Oranın
yolları ölümdən
keçir,
Neçə iztirabdan, zülümdən
keçir.
Hər insan o yolun yolçusu
olmaz,
Mərd insan o yoldan geriyə qalmaz.
O zirvə millətə, xalqa örnəkdir,
Şəhidlik əbədi zirvə deməkdir.
TƏBİƏT LÖVHƏLƏRİ
O dağ sənin, bu dağ mənim,
gəl gəzək,
Yamaclardan yovşan dərək, gül üzək.
Qayalarda
dırnaq tökək,
diz əzək,
Dolam-dolam
dağ belinə haylanaq,
Dolaylardan zirvələrə boylanaq.
Ana südü, dağ çiçəyi məlhəmdir,
Buz bulaqlar "zəm-zəm"
suyla bahəmdir,
Əzəl gündən dağla
insan məhrəmdir,
Qorxutmasın səni yalçın
qayalar,
Hamarlanıb bizə pillə olarlar.
Qayalar boz, sərt üzüdür dağların,
Zirvələrdə əvəzi yoxdur qarın.
Qayğı istər, bu halı var bağların,
Baxımsız bağ bir gün dönüb dağ olar,
Bar da verməz, üzümüzə ağ olar.
Çox
vaxt isti, qızmar olar aranlar,
Ancaq yayda sərinlikdir ormanlar.
Təbiəti duyan, bilən anlayar,
Yaylağı da, qışlağı
da bizimdir,
Sinəsində cığır açan izindir.
SÖZ
Söz var, eşidəndə avazı xoşdur,
Söz var, könüllərə dəyən
bir daşdır.
Söz var, mənasızdır, əbəsdir, boşdur,
Söz də var, hikmətlə
bəzər cahanı,
Başıuca eylər deyən insanı.
Söz var, sahibini verər
güdaza,
Söz var, zərər vurar, yığar boğaza.
Söz var, tezcə düşər dilə-ağıza,
Söz də, var itirər
dini, imanı,
Haram, əyri
yola salar insanı.
Söz var, sevgi dolu
nəğməyə dönər,
Söz var, nəğmə kimi gəzər könüllər.
Söz var, yerdə qalar, verilməz dəyər
Söz də var, ram edər qorxunc ilanı,
Bir anda bilinər düzü, yalanı.
Söz var dildən qaçar, ziyan gətirər,
Söz var toxumları tikan bitirər.
Söz var, ehtiramı salıb itirər,
Söz də var, adildir,
qurar divanı,
Qoruyar haqsızdan
haqlı olanı.
Söz var ki, ucaldar
ali ünvana,
Söz var ki, saldırar qara zindana.
Söz var, bu dünyanı
qərq edər qana,
Söz də var, zinətdir,
bəzər dünyanı,
Çünki elə sözdür dünyanın canı.
MƏN BİR ŞAİR
DOĞULMUŞAM
Təbim
coşdu, daşdım
yenə,
Söz səddimi aşdım yenə,
Elə bilmə çaşdım
yenə,
Söz odunda qovrulmuşam,
Mən bir şair doğulmuşam.
Dinlə
məni, sözümə
bax,
Sən sözümdə
düzümə bax.
Sevgi dolu gözümə bax,
Sənə çoxdan vurulmuşam,
Mən bir şair doğulmuşam.
Məni
sözlə bələyiblər,
Ruhuma söz çiləyiblər.
Bir az narın
ələyiblər,
Zərrə-zərə yoğrulmuşam,
Mən bir şair doğulmuşam.
Sinəm
sözlər diyarıdır,
Söz ömrümün
meyarıdır.
Hələ ömrüm tən
yarıdır,
Zənn
eləmə yorulmuşam,
Mən bir şair doğulmuşam.
Söz çıxardıb başa
məni,
Sözlə gətir cuşa
məni,
Salma dağa-daşa məni,
O yerlərdə çox olmuşam,
Mən bir şair doğulmuşam.
Qoyma təbim, odum sönə,
Aç çöhrəni, göstər
mənə.
Sözdən çələng hörüm
sənə,
Vəsfin
üçün çağrılmışam,
Mən bir şair doğulmuşam.
Zakir
BAYRAMLI
525-ci qəzet.- 2022.- 12 fevral.- S.23.