Müəllim ömrü, alim şəxsiyyəti

 

Müəllimlikdə bir-biri ilə vəhdət təşkil edən üç əsas cəhət diqqəti cəlb edir. Bunlar pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət müəllimin şəxsiyyətindən ibarətdir. Təbii ki, pedaqoji fəaliyyəti, pedaqoji ünsiyyəti müəllim şəxsiyyətindən kənarda nəzərdən keçirmək mümkün deyil. Müəllimin pedaqoji fəaliyyəti çətin olmaqla bərabər, həm şərəfli xeyirxah fəaliyyətdir. Hər şeydən əvvəl, müəllim öz yetirmələrinə müvafiq bilik, bacarıq, vərdişləri aşılayır, onların dünyagörüşünü, əqidə inamlarını artırır. Bu dəyərli peşənin adı böyük hərflərlə yazılan simalarından biri Azərbaycan Dillər Universitetinin İngilis dilinin qrammatikası kafedrasının dosenti Edison Hacıyevdir.

Biz ilk olaraq hörmətli ziyalımız Edison Hacıyevin keçdiyi həyat yoluna qısa nəzər yetirək, sonra isə əldə etdiyi nailiyyətləri elmi yeniliklərilə tanış olaq.

Edison Hacıyev 4 fevral 1941-ci ildə Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə başa vurub, 1959-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Qərbi Avropa Dilləri fakültəsinin İngilis-Azərbaycan dilləri şöbəsinə daxil olub (hazırkı Azərbaycan Dillər Universiteti). 1964-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib, İnstitutun Elmi Şurasının qərarı ilə İngilis dilinin qramatikası kafedrasında müəllim saxlanılıb. 1964-1965-ci illərdə hərbi xidmət keçib, tərxis olunduqdan sonra yenidən institutda işinə davam edib.

Edison müəllim 1971-ci ildə kafedranın baş müəllim vəzifəsinə seçilib, 1987-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində namizədlik dissertasiyasını uğurla müdafiə edib. 1989-cu ildən kafedranın dosentidir. O, uzun müddət ADU-nun İngilis dilinin qrammatikası kafedrasına rəhbərlik edib. Həmçinin, İngilis dili fakültəsinin dekanı vəzifəsini yerinə yetirib.

Edison müəllimin həmmüəllifi olduğu İngilis dilinin praktik qrammatikası dərsliyi bu gün ölkəmizin bütün ali təhsil ocaqlarında istifadə olunur. Onun qrammatika üzrə iki kitabı, 60-dan çox tezis məqalələri çap edilib. Əsərləri, məqalə tezisləri təkcə respublikamızda deyil, həm ABŞ-da, Böyük Britaniyada, İranda, Rusiyada, Ukraynada, Belarusiyada, Gürcüstanda nəşr olunub mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. O, İngilis dilində nəşr olunan "Heydər Əliyev Milli Konstitusiyamızın yaradıcısı banisidir" kitabının redaktorudur.

Edison Hacıyev müəllimliklə bərabər, tərcüməçilik peşəsinə mükəmməl yiyələnib. O, keçmiş SSRİ dövründə xarici ölkələrdə - İranda, Suriyada tərcüməçi kimi çalışıb. Həmçinin, ölkəmizdə Milli Məclisdə, Xarici İşlər Nazirliyində, Ədliyyə Nazirliyində bir çox dövlət müəssisələrində tərcüməçi kimi fəaliyyət göstərib.

ADU-nun İngilis dilinin leksikologiyası üslubiyyatı kafedrasının müdiri, dosent Amil Cəfərov: "Edison Hacıyev çalışdığı kollektiv tərəfindən qəbul edilən insanlardandır. O, yaxşı müəllim, tərcüməçi olmaqla yanaşı, gözəl kafedra müdiri, dekan olub. Onun dərs dediyi tələbələr məzunlar Edison müəllim haqqında yalnız xoş sözlər işlədirlər, "Qrammatikanı sizə kim deyib" - deyə soruşanda qürurla Edison müəllimin adını çəkirlər. Bu hisslər yalnız müəllim-tələbə arasında öz tamlığını tapanda insana ötürülür. Edison Hacıyev sözün əsl mənasında böyük müəllim, dəyərli alimdir".

ADU-nun İngilis dilinin qrammatikası kafedrasının müdiri professor Arif Hüseynov: "Müəllim öz peşəsinin mükəmməllik səviyyəsinə çatmaq üçün üç əsas amili daima özündə formalaşdırmalıdır - tədris etdiyi fənnini mükəmməl bilməli, həmin biliyi tələbələrə düzgün, səlis çatdırmalı və ən əsası onları düzgün qiymətləndirməyi bacarmalıdır. Bu üç amil öyrədənlə öyrənən arasında ən vacib prosesdir. Edison Hacıyev bu keyfiyyətləri öz üzərində formalaşdıran müəllimlərdəndir. Onun rəhbərlik keyfiyyətləri, audtoriyada dərs keçmə və idarəetmə üslubu hər kəs üçün örnək sayla bilər".

ADU-nun dosenti Səadət Nuriyeva: "Edison müəllim mənə universitetdə dərs deyib. Mən bu gün onun auditoriyaya necə daxil olduğunu, dərsi necə başlayıb, necə qurtardığını, yekunda qiymətləndirmə aparmasını öz üzərimdə hiss edirəm. Edison müəllim peşəsinə həsəd aparılası müəllimlərdəndir. Onun jurnal yazma qaydası, hətta xətti bizlər üçün bir məktəb olub. Tələbələrə təkcə müəllim kimi deyil, həm bir valideyn kimi yanaşması, çətin durumda köməklik göstərməsi, bizim bu peşəni sevərək davam etdirməyimizə gətirib çıxarıb. Edison Hacıyevin müəllimliyi tərcüməçiliyi bütün gənclər üçün bir məktəb kimi formalaşıb bizlər daim ondan yararlanırıq".

Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Müəllim isə bu "qiymətli sərvəti" pedaqoji fəaliyyət prosesində yetişdirir, cəmiyyət üçün, millət üçün yararlı vətəndaş kimi formalaşdırır. Ona görə gənclərimizi şəxsiyyət kimi formalaşdıran müəllimin öz şəxsiyyəti yüksək olmalıdır. Bütün bu keyfiyyətləri özündə ehtiva edən şəxsiyyətlərdən biri dəyərli müəllimimiz Edison Hacıyevdir.

Biz bu gün əminliklə deyə bilərik ki, müəllimlər müəllimi Edison Hacıyevin yetirmələri respublikamızın müxtəlif ali təhsil ocaqlarında, kolleclərdə, liseylərdə eləcə orta ümumtəhsil məktəblərində ingilis dilini uğurla tədris edirlər. Dəyərli alimimiz Edison Hacıyevə şəxsi həyatında, gələcək yaradıcılığında, eləcə elmimizin inkişafında uğurlar arzulayırıq.

 

Əzim ƏLİYEV

Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti

 

525-ci qəzet.- 2022.- 12 fevral.- S.18.