Vətən etibarlı əllərdədir
Qədim
tarixi, müqəddəs
adət-ənənələri, zəngin mədəniyyəti,
qəhrəmanlıqlarla dolu
keçmişi olan
Azərbaycan xalqı hər zaman olduğu kimi bu gün də
vətənini yad ellərdən qorumaq əzmindədir. Müdriklərimiz
demişkən: "Gələcəyə
ümidlə baxan xalq heç vaxt yenilməz". Hər kəs bilməlidir ki, bizim gücümüz
birliyimizdədir. Tarixin bütün
sınaqlarından başıuca,
üzüağ çıxan,
Türk dünyasının
sağlam budaqlarından
biri olan Azərbaycan xalqı 2020-ci
ildə yeni və şərəfli bir tarixi uğura
imza atdı. Bu parlaq uğurun
müəllifi Azərbaycan
Respublikasının Prezidenti,
müzəffər Ali Baş
Komandanımız cənab
İlham Əliyev və qalib Azərbaycan
ordusudur. Dünyanın məkrli qüvvələri
qarşısında, həmişə
olduğu kimi, prinsipiallıq nümayiş
etdirən Azərbaycan
dövləti və xalqı ulularının yolunu seçərək sentyabrın 27-də işğal
olunmuş torpaqlarımız
uğrunda mübarizəyə
başladı.
Azərbaycan xalqı illərdir ki, ümidlə yaşayırdı. Elə bilirdik ki, Avropa Şurası, BMT,
Minsk Qrupu və başqa qurumların iştirakı sayəsində
Qarabağ məsələsi
sülh yolu ilə həll olunacaq. Ermənistanın təcavüzkar siyasətinə
cavab olaraq, 44 gün davam edən savaşda Prezidentimizin müdrikliyi, ordumuzun qəhrəmanlığı
sayəsində Qarabağ
işğaldan azad olundu. Müharibənin gedişatı parlaq
qələbədən xəbər
verirdi. Nəhayət, Ali Baş Komandan
cənab İlham Əliyev noyabrın 10-da Qələbə xəbəri
ilə xalqımızı
sevindirdi. Bu qələbə İlham Əliyev nüfuzunun, müdrikliyinin və uzaqgörənliyinin məntiqi
nəticəsidir.
Ali Baş Komandan İlham Əliyevin gecə-gündüz bilmədən
savaşa birbaşa rəhbərlik etməsi, Azərbaycan əsgər və zabitlərinə qüdrətli dayaq olması Vətən oğullarına tükənməz
güc verdi.
Müzəffər ordumuzun döyüşçüləri
Ali Baş Komandanın
"Qarabağ Azərbaycandır!"
şüarından ruhlanaraq
daha da əzmlə
mübarizə apardılar.
Gənclərimiz bilməlidirlər ki, işğal olunmuş torpaqlarımızdakı qədim
tarixi abidələrimizin
dağıdılması, xarabalığa
çevrilməsi ermənilərinin
barbarlığından irəli
gələn, tarixi cəhətdən nifrətlə
qarşılanan bir hadisədir. Təəssüf
ki, real həyatda ermənilər tərəfindən
törədilmiş eybəcərliklər,
heç bir qanuna söykənməyən
hadisələrin əsl
səbəbi çox
zaman qəsdən təhrif olunur...
Biz yaxşı bilirik
ki, tarix bizi sınağa çəkir. Biz tarixi
keçmişimizlə fəxr
edən bir xalq kimi bu
sınaqdan da üzüağ çıxacağıq.
Prezident İlham Əliyevin bu savaşda ordumuza dahiyanə rəhbərliyi, heç bir təhlükəyə
məhəl qoymadan Azərbaycan torpaqlarını
azad etməsi, bayrağımızı o yerlərdə
şəxsən özünün
ucaltması xalqın yaddaşından heç vaxt silinməyəcək.
Hörmətli Prezidentimiz qazanılan
qələbənin tarixi
əhəmiyyətini bütün
dünyaya belə bəyan etdi: "Dağlıq Qarabağ münaqişəsi keçmişdə
qaldı, Azərbaycan
öz ərazi bütövlüyünü bərpa
etdi və BMT Təhlükəsizlik Şurasının
qətnamələrini yerinə
yetirdi".
Düşmən tərəf unutmasın ki, "Dağlıq Qarabağ" adının və statusunun üstündən elə bir xətt çəkilmişdi ki, onu heç bir yağı qüvvəsi silə bilməz! Qoy xalqımız əmin olsun ki müqəddəs vətən etibarlı əllərdədir!
Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, onun Türkiyə dövləti kimi, qüdrətli Prezident Rəcəb Tayyib Ərdoğan kimi dostu, qardaşı var. Türkiyə Respublikasının Prezidenti, zati-aliləri Rəcəb Tayyub Ərdoğanın hələ 2007-ci ildə baş nazir kimi Bakıda səfərdə olarkən Qarabağ münaqişəsini "Türk millətinin qanayan yarası" adlandırması heç də təsadüfi deyildi. Ermənistan dövlətinə edilən çağırış vaxtında qiymətləndirilməli idi. Təəssüflər olsun ki, belə çağırışlara məhəl qoymayan qarşı tərəf öz hikkəli hərəkətləri ilə vəziyyəti daha da gərginləşdirmişdi. Nəticədə, bu gərginlik düşmənin öz başında çatladı.
Azərbaycanın Zəfəri bir daha dünyaya sübut etdi ki, biz vətənə, torpağa, onun müqəddəsliyinə necə qəlbən sədaqətliyik, lazım gələrsə, canımızı vətən yolunda qurban verməyə hər an hazırıq.
Mən bir ziyalı kimi məsləhət görərdim ki, bəzi naşı siyasətçilər İlham Əliyevin yüksək beynəlxalq mərasimlərin tribunalarından verdiyi bəyanatları diqqətlə dinləsinlər, onun zəkasına, qüdrətinə, əzmlə söylədiyi müdrik kəlamlarına, diplomatik məharətinə sonsuz ehtiramla yanaşıb onun bu təcrübəsindən bəhrələnsinlər.
Hər bir Azərbaycan alim və ziyalısı yaxşı dərk
etməlidir ki, torpaq
ağrısı, sərvətlərimizin qorunmasının zəruriliyi
gələcək nəsillərə elmi
cəhətdən də güclü
şəkildə aşılanmalıdır. Gərək onlar bu yolda
cəsarətlə addımlasınlar.
Çalışdığım Bakı Dövlət Universitetinin rəhbərliyi və
professor-müəllim heyəti də bu
istiqamətdə inamla fəaliyyət
göstərir.
Rüfət RÜSTƏMOV
525-ci qəzet.- 2022.- 15 fevral.- S.13.