Milli mədəniyyətimizin və
ədəbiyyatımızın müqəddəs
ocağı - Şuşa
Prezident
İlham Əliyevin
2022-ci ili "Şuşa İli" elan etməsi Azərbaycan mədəniyyətinə
yeni mühüm işlər üçün
ciddi mövzular verməklə yanaşı
Şuşanın tarixi,
ədəbiyyatı, incəsənəti
və başqa sahələri üzrə
gerçəkliklərə işıq salmağa, bu mövzuda yeni elmi, bədii
əsərlərin ərsəyə
gəlməsinə şərait
yaradacaq. Bu baxımdan,
28 illik işğaldan
azad edilən müqəddəs şəhərimizə
həsr olunmuş
"Şuşa İli"
qələbə tariximizin
daha bir parlaq səhifəsi hesab edilməlidir.
Şuşa - tariximizdə ədəbi
mərkəz kimi
Bilinən faktlara əsasən,
XIX əsrdə Şuşada
95 şair, 22 musiqişünas,
38 xanəndə, 19 xəttat,
16 nəqqaş, 11 nüsxəbənd,
4 astronom, 18 memar, 16 həkim, 42 müəllimin
olması faktı, bu gözəl şəhəri mədəniyyət
mərkəzinə çevirməkdə
müstəsna xidmətlər
göstərmiş onlarla
böyük ziyalıların
varlığı, fəaliyyəti
Şuşanın Azərbaycanın
mədəniyyət mərkəzi
olduğu fikrini sübut edir.
XIX əsrdə Şuşa
Qafqazın mədəniyyət
mərkəzinə çevrilməklə
Qarabağda ədəbiyyat
"Qızıl dövr"ünə
qədəm qoydu. Qarabağ-Şuşa ədəbi mühiti
Azərbaycan mədəniyyətində
və ədəbiyyatında
hər zaman aparıcı yer tutub, ədəbiyyatda yeni istiqamətlərin yaranmasında özül rolunu oynayıb. XVIII-XIX əsr Şuşa ədəbi
mühiti ən yeni ideya-estetik xətti, ədəbi-üslubi
meylləri və zənginliyi ilə təkcə Azərbaycanda
deyil, bütün türk dünyasında, Şərq ədəbiyyatında
qabaqcıl yerlərdən
birini tutur.
Azərbaycanımızın qədim mədəniyyət
məkanlarından biri
kimi tanınan Qarabağda xanlıqlar dövründən sonra ədəbiyyat və sənət daha da çiçəklənib
inkişaf etdi. Təsadüfi
deyil ki, Qasım bəy Zakir, Baba bəy Şakir, Məhəmməd
bəy Aşiq, Natəvan, Nəvvab, Fatma xanım Kəminə, Əbdürrəhim
bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli,
Üzeyir Hacıbəyli,
Əhməd Ağaoğlu
kimi yazıçı
və mütəfəkkirlərimiz
Şuşada yetişib,
oradan pərvazlanıblar.
Yer üzünün canlı muzeyi - Şuşa
Musiqi, poeziya beşiyi adlanan bu sehirli şəhərdə
Azərbaycanın bir çox məşhur mədəniyyət xadimləri
yaşayıb-yaratmışdır. Bir çox
ilklərə imza atan bu şəhər
milli operamızın beşiyi olmaqla yanaşı, ilk professional orkestrin,
həm böyüklər,
həm də uşaqlar üçün
ilk baletin yaradıcısı
olan insanların doğma yurdudur.
XVIII əsrdə Vaqif kimi şeir tacidarının yaradıcılığı
Şuşa şəhərində çiçəklənmişdi.
Burada yaşayıb-yaratmış Qasım
bəy Zakir, Baba bəy Şakir Azərbaycan ədəbiyyatında
realist-ictimai satirik poeziyanın əsas yaradıcılarından olmuşlar. Xan qızı, şairə, rəssam Xurşidbanu Natəvanın, türk dünyasında musiqi nəzəriyyəçisi, rəssam,
şair Mir Möhsün
Nəvvabın şeir
məclisləri dillər
əzbəri oldu.
Azərbaycan dramaturgiyasında ilk faciənin
müəllifi olan Nəcəf bəy Vəzirov bu torpaqlarda dünyaya göz açıb. Azərbaycan ədəbiyyatşünaslığı
tarixində ilk dəfə
olaraq ədib və şairlərimizin böyük əksəriyyətini
əhatə edən ədəbiyyat tarixi kitabının müəllifi
Şuşanın yetirdiyi
Firudin bəy Köçərli idi.
Şuşa mühitinin ən görkəmli nümayəndələrdən
biri də dahi bəstəkar, Şərqdə ilk operanın
banisi, böyük dramaturq, ilk liberettolar müəllifi, musiqili komediya janrının yaradıcısı, qüdrətli
publisist, Azərbaycan Himninin müəllifi Üzeyir Hacıbəylidir.
Parisdə ilk dəfə "Qarabağ
folkloru" kitabını
fransızca və orijinal mətnlərlə
çap etdirən yazıçı, publisist
diplomat, folklorşünas Ceyhun
bəy Hacıbəyli,
erməni terrorizminə
qarşı döyüşən
ilk türk "Difai"
milli təşkilatının
yaradıcısı, yazıçı,
publisist, alim Əhməd bəy Ağayevdə Şuşa
torpağının yetişdirdiyi
böyük ziyalılardır.
Şuşa ədəbi mühitinin
ədəbiyyatımıza qazandırdığı simalar,
gətirdiyi yeniliklər
Qeyd etdiyimiz kimi, XVIII əsrdə Pənahabad - Şuşa şəhərinin
əsası qoyulduqdan
sonra buranın ədəbi
mühiti Azərbaycan
mədəniyyətinin qaynar
mərkəzinə çevrildi.
Şuşa ədəbi mühiti
dedikdə xəyalımızda
ilk növbədə Vaqifin,
Zakirin, Natəvanın
şeirləri canlanır.
Əbdürrəhim bəy
Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli,
Üzeyir Hacıbəyli,
Fərhad Ağazadə,
Firudin bəy Köçərli kimi şəxsiyyətlər bu
torpağın onlara verdiyi güc sayəsində xalqı, milləti üçün
zülmətdə yanan
işıq oldular.
Adlarını sadaladığımız, Şuşa torpağının
yetirmələri olan,
milli duyğularla yaşayan fədakar şəxsiyyətlər istər
bədii, istər publisistik əsərləri,
istərsə də pedaqoji fəaliyyətləri
ilə xalqa böyük xidmətlər
göstərib, əsərlərində
cəhaləti, avamlığı
tənqid edərək
insanları maarifə,
mədəni tərəqqiyə,
azad fikrə səsləyib, bütün
yaradıcılıqları ilə ədəbi-mədəni
prosesin inkişafına
çalışıblar.
Qarabağda XVIII əsrdən Azərbaycan ədəbiyyatında realist şeirin
əsası Molla Pənah Vaqif tərəfindən qoyuldu
və Qasım bəy Zakir tərəfindən inkişaf
etdirildi. Bununla da o dövrdə
yaranan bədii əsərlərin dili canlı həyata, xalq danışıq dilinə yaxınlaşaraq,
özündən sonrakı
ədəbiyyatın inkişaf
istiqamətlərini müəyyənləşdirdi
və XIX əsrdə
realizm ədəbi metodunun yaranmasına və inkişaf etməsinə səbəb
oldu.
Azərbaycan folklorunun mühüm janrlarından olan bayatı janrının vətəni də Qarabağ elləri sayılır. Azərbaycanda ədəbi məclislərin
bir ocağı da Şuşa
hesab edilir. XIX əsr Şuşa
ədəbi məclisləri
özünün çoxyönlü
funksiyası, ədəbiyyata,
mədəniyyətə, maarifə
verdiyi töhfələrlə
fərqlənir. Mənbələrdə
ən çox adı çəkilən
Şuşa məclisləri "Məclisi-üns"
("Dostluq məclisi")
və "Məclisi-fəramuşan"dır
("Unudulmuşlar məclisi").
1864-cü
ildə əsası şuşalı şair Mirzə Rəhim Fəna tərəfindən
qoyulan "Məclisi-üns"ə
sonralar Xan qızı Xurşidbanu Natəvan - ömrünün
sonuna kimi - düz 25 il
rəhbərlik etdi. Otuzdan çox üzvü olan məclisin istedadlı üzvləri arasında Mirzə Rəhim Fəna, Hacı Abbas Agah, İsmayıl
bəy Dəruqi, Məşədi Nəsir Lövhi, Məmo bəy Məmai, Mirzə Ələsgər
Növrəs və başqaları vardı.
1872-ci ildə Mir Möhsün Nəvvabın başçılıq
etdiyi "Məclisi-fəramuşan"ın
ətrafında toplaşan
Şuşa şairləri
- Abdulla bəy Asi, Fatma xanım Kəminə, Mirzə Əbdül Şahin, Molla Saleh Bülbül,
Bəhram bəy Fədai və başqaları o dövrün
tanınmış simaları
idi.
Öz dövrünün
çox mühüm ədəbi birlikləri olan "Məclisi-üns"
və "Məclisi-fəramuşan"
həm də bir məktəb missiyasını ləyaqətlə
yerinə yetirdi. Bu ədəbi məclislər
ilk növbədə şeir-sənət
məktəbi idi.
Burada şeirlər, məsnəvilər yazılır,
ədəbi müzakirələr
aparılır, şeir
normaları öyrədilir,
nəzirələrlə ənənələr
möhkəmləndirilir və
gələcək nəsillərə
ötürülürdü. Ədəbi məclis təmsilçilərinin xalq
şeiri tərzində
yazmasına ciddi əhəmiyyət verən
Həsən bəy Zərdabi onlara bu tip şeirləri aşıqlara verməyi, xalq şənliklərində
oxutmağı, xalqı
maarifləndirməyi tövsiyə
etmişdi. Bu isə xalq ilə
ziyalı ünsiyyətini
artırır, cəmiyyətdə
maariflənmənin genişlənməsinə
yol açırdı.
Məclis yığıncaqlarında yazılan şeirlərin müzakirəsi, forma-məzmun
xüsusiyyətlərinin dəyərləndirilməsi
ədəbi tənqid
və ədəbi prosesin inkişafına öz təsirini göstərməkdə idi.
Şeir,
sənət məktəbi
kimi şeirşünaslıq
elminin qayda və normalarının öyrədilməsi, qorunması
ədəbi məclislərin
bəlağət və
poetika məktəbi kimi də əhəmiyyətini
müəyyənləşdirirdi.
Şuşada ədəbi məclislər
dövrün ziyalılarını
bir araya gətirən, mühüm
hadisələrin müzakirə
olunmasına xidmət
edən mərkəz funksiyasını da yerinə yetirirdi. Ədəbi məclislər
həm də musiqi məclisi idi. Tarzən Sadıqcan (Mirzə Əsəd oğlu Sadıq - Sadıqcan), Hacı Hüsü, Məşədi İsi, Molla Abbasqulu, Molla Vəli, Məşədi Dadaş və başqa xanəndələr ədəbi
məclislərdə fəal
iştirak edirdilər.
İncəsənətin fərqli
növlərini əlaqəli
formada təqdim edən Şuşa
ədəbi məclisləri
həm də rəssamlıq, xəttatlıq
fəaliyyətini də
mərkəzləşdirən mədəniyyət ocaqları
idi. Bütövlükdə
Şuşanın necə
bir mədəniyyət
mərkəzi olmasını,
mədəniyyətimizin inkişafına
verdiyi töhfələri
elə Şuşa
ədəbi məclislərinin
fəaliyyəti nümunəsində
görə bilirik.
Ruhumuzun məskəni - müqəddəs şəhər
Xalq
yazıçısı Anarın təbirincə desək Şuşa bütün azərbaycanlıların
ruhunun vətənidir. Azərbaycan mənəviyyatının,
mədəniyyətinin paytaxtıdır. Milli
qeyrət, milli birlik,
vətənpərvərlik hissini daxilində
yaşadan hər kəsin ürəyi Şuşa ilə döyünür.
Millətimizin köklərindən gələn
və artıq ənənə halına çevrilən xarakterik xüsusiyyətlərimiz olan sədaqətimizlə, şücaətimizlə,
vətənpərvərliklə, bizim olana sahib çıxmaq və
onun yolunda yorulmadan mübarizə aparmaq
gücümüzlə, Şuşaya əbədi
bağlılığımızla düşmənə
kimliyimizi bir daha göstərərək sübut
etdik ki, Şuşa azaddır! Qarabağ
Azərbaycandır!
Suğra
ƏLƏKBƏRLİ
ADU-nun
Azərbaycanşünaslıq Elmi Mərkəzinin elmi
işçisi
525-ci qəzet.- 2022.- 15 fevral.- S.12.