Özbək ədəbiyyatının təbliğinə
Ramiz Əskər töhfələri
Çağdaş Azərbaycan filologiyasında
Türk xalqları ədəbiyyatının araşdırılması
yönündə ən
məhsuldar fəaliyyət
göstərən alimlərdən
biri də Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor Ramiz Əskərdir. Ramiz müəllimin tədqiqatları,
tərcümə işləri
nəinki hazırkı
elmi yaradıcılıq
prosesini canlandırır,
həm də gələcək araşdırmalar
üçün əsaslı
zəmin rolunu oynayır, yeni tədqiqat işləri üçün sanballı
istinad nöqtəsi formalaşdırır.
Ramiz Əskər
əksər türk dillərindən tərcümələr
edib və bu tərcümələrin
nəticəsi kimi bir sıra monoqrafiya
qələmə alıb. Onun yaradıcılıq
yolunda özbək ədəbiyyatına dair tədqiqləri xüsusilə
diqqət çəkir.
Belə ki, Ramiz Əskər dahi özbək şairi və mütəfəkkiri Əlişir
Nəvayinin 580 illik yubileyi münasibətilə
onun 13 kitabını Azərbaycan dilinə tərcümə edərək
çap etdirib. 2020-ci
ildə "Əlişir
Nəvayi və onun xəmsəsi" (Bakı: Füyuzat, 2020, 96
s.), "Özbək ədəbiyyatı
tədqiqatları" (Bakı:
Füyuzat, 2020, 192 s.) kitabları
çapa hazırlanıb.
Daha sonra Nəvayinin 5 cilddən ibarət xəmsəsini orijinaldan çevirərək
nəşr etdirib:
"Əlişir Nəvayi.
Heyrət ül-əbrar"
(Bakı: Ecoprint, 2021,
480 s.), "Əlişir Nəvayi.
Fərhad və Şirin" (Bakı: Ecoprint, 2021, 624 s.), "Əlişir
Nəvayi. Leyli və Məcnun" (Bakı: Eco-print, 2021, 400 s.), "Əlişir Nəvayi. Səb'ayi-səyyar" (Bakı:
Ecoprint, 2021, 520 s.), "Əlişir
Nəvayi. Səddi-İskəndəri"
(Bakı: Ecoprint, 2021,
740 s.)
Elə həmin il
Nəvayinin risalələrinin
iki kitab halında tərcümə
və nəşrini həyata keçirib:
"Əlişir Nəvayi.
Məhbub ül-qülub"
(Bakı: 2021, Füyuzat,
262 s.), "Əlişir Nəvayi. Beş risalə" (Bakı: Füyuzat, 2021,
328 s.)
Professor Ramiz Əskər bu böyük şair haqqında daha üç kitab qələmə alıb: "Əlişir
Nəvayi: şəxsiyyəti
və sənəti"
(Bakı: Füyuzat,
2021, 404 s.) "Əlişir
Nəvayi. Seçilmiş
əsərləri" (Bakı:
Füyuzat, 2021, 504 s.), "Əlişir Nəvayi. Əsərləri" (Bakı:
"Red N Line" MMC, 2021, 576 s. + 56 s. rəngli
miniatür.)
2022-ci ilin fevralında isə müəllifin Nəvayi haqqında son kitabı çapdan çıxıb: "Əlişir
Nəvayinin lirikası"
(Bakı: Füyuzat,
2022, 320 s.)
Azərbaycan alimi müxtəlif illərdə xarici ölkələrdə keçirilən elmi konfranslara qatılaraq Nəvayi haqqında məruzələrlə çıxış edib. Nəvayi ilə bağlı elmi araşdırmalarına və tərcüməçilik fəaliyyətinə görə Ramiz Əskər Özbəkistanın "Turan" Elmlər Akademiyasının akademiki, Nəvayi şəhərinin Fəxri vətəndaşı adlarına layiq görülüb, 2021-ci ilin sonunda isə Beynəlxalq Türk Akademiyasının "Əlişir Nəvayi" qızıl medalı ilə təltif edilib.
Ramiz Əskər özbək ədəbiyyatı ilə bağlı bu əsərləri də Azərbaycan dilinə çevirərək çap etdirib: "XX əsr özbək şeiri antologiyası" (Bakı: MBM, 2009, 96 s.), "Zəhirəddin Məhəmməd Babur. Seçilmiş əsərləri" (Bakı: MBM, 2011, 328 s.), "Zəhirəddin Məhəmməd Babur. Baburnamə" (Bakı: BXQR, 2011, 432 + 32 s. rəngli miniatürlər.), "Sultan Hüseyn Bayqara. Divan" (Bakı: MBM, 2011, 248 s.), "Xasiyyət Rüstəm. Məcnun söyüd" (Bakı: Füyuzat, 2020, 130 s.)
Ramiz Əskər özbək ədəbiyyatı qarşısında müstəsna xidmətlərinə görə 2011-ci ildə Babur adına Beynəlxalq mükafata layiq görülüb.
Görkəmli Azərbaycan alimi, professor Ramiz Əskərə bu istiqamətdəki dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm!
Nadir
YALÇIN
525-ci qəzet.- 2022.- 15 fevral.- S.8.