Sabaha ünvanlanan dramaturgiya  

 

Görkəmli ədib Mirzə İbrahimovun pyesləri ədəbiyyat teatr tariximizdə önəmli yer tutur

 

 

Görkəmli teatrşünas, professor Cəfər Cəfərovun təbirincə desək, teatr sənəti həmişə dramaturgiyadan incik qala-qala özünün enişli-yoxuşlu yolları ilə irəliləyib. Bu fikir səhnə sənəti orqanizminin, obrazlı ifadədə, qan tərkibi kimi müstəsna əhəmiyyət kəsb etdiyini işarələyir, milli teatrımızın səhnə ədəbiyyatı baxımdan korluq çəkdiyi həqiqətini yada salır.

 

Ötən əsrin 30-cu illərindəki mənzərəyə diqqət yetirəndə bəlli olur ki, həmin dövrdə Azərbaycan teatrı özünün repertuar siyasətində yerli müəlliflərin əsərlərindən daha çox əcnəbi müəlliflərin, o cümlədən, rus dramaturqlarının pyeslərinə üstünlük verib. Məhz bu dövrdə "Eskadranın məhvi", "Platon Kreçet", "Yurdsuz insanlar", "Lyubov Yarovaya" kimi pyeslər tamaşaya qoyulub, həmçinin, bir sıra əsərlər təbdil edilib, beləliklə Molyerin "Vasvası xəstə" "Xəsis" adlı pyesləri müvafiq olaraq "Cancur Səməd", "Mıqqı Kərim", A.Qlebovun "İnqa" pyesi "İncə", A.Korneyçukun "Platon Kreçet" pyesi "Polad Qartal" adları ilə milli teatrın repertuarında yer alıb. Digər tərəfdən teatrda çalışan İvanov, Zaxarov, Mayorov, Tabenski, Qrippiç kimi əcnəbi rejissorlar da milli səhnə sənətimizin ənənəvi oyun estetikasına məhəl qoymayıb onu müxtəlif "izm"lərin toruna salıblar.

 

Milli ədəbiyyatımızın teatrımızın tarixini nəzərdən keçirdikcə, səbəbləri, eləcə onlardan törəyən nəticələri dəyərləndirdikcə, bəlli olur ki, bir zamanlar C.Cabbarlı, H.Cavid, Ə.B.Haqverdiyev, N.B.Vəzirov, C.Məmmədquluzadə kimi dramaturqlarından məhrum olan Azərbaycan teatrı yeni müəllif simalarına, fərqli dəst-xəttə, ideya-estetik baxışa möhtac idi. Odur ki, ədəbiyyatımızın nəsr nəzm sahəsində şöhrətlənən M.Hüseyn, M.İbrahimov, S.Vurğun, S.Rüstəm, İ.Əfəndiyev, Ə.Məmmədxanlı, S.Rəhman kimi qələm sahiblərinin dramaturgiya ərazisində görünməsi, milli teatra ikinci nəfəs verdiyi zamanla təsdiqini tapmış mədəniyyət faktıdır. Belə ki, bir-birinin ardınca "Həyat", "Vaqif", "Şərqin səhəri", "İşıqlı yollar", "Toy" pyeslərinin yaranması, həmin səhnə əsərlərinin  hər birinin milli  teatrın repertuarında uzunömürlü yer tutması səhnə mədəniyyəti tariximizin işıqlı səhifələridir.

 

Teatra gələn yeni əsərlər milli səhnə sənətimizin estetikasının, aktyor rejissor ustalığının zənginləşdirilməsinə xidmət etməklə cəmiyyətin mədəni iqlimini saflaşdırır, dövrün sənət qarşısında qoyduğu ictimai-mədəni tələblərə teatrın adekvat reaksiyasını doğururdu.

 

Bu baxımdan yuxarıda sadaladığımız ədiblərin içərisindən Mirzə İbrahimovu xüsusi qeyd etmək lazım gəlir. Ona görə ki, nəsr yaradıcılığından dramaturgiyaya keçən M.İbrahimov müəyyən mənada C.Cabbarlının toxunduğu, amma yarımçıq qalmış mövzuları sanki tamamlamağa cəhd etmişdir. Belə ki, "Həyat" pyesi ilə o, akademik M.Arifin dediyi kimi, "Cabbarlı məktəbinin ilk istedadlı məzunu" olaraq, həmçinin ümidli bir qığılcım, "səhnəmizə tezliklə yeni əsərlər gələcəyi müjdəsini verən xoşxəbər bir elçi idi".

 

Həqiqətən, "Həyat" pyesi teatrın yaradıcılıq həyatına bir canlanma gətirməklə ifaçılıq sənətini illüstrativlikdən xilas edib, sənətin konflikt, xarakter, ali məqsəd kateqoriyalarını professionallığın mahiyyət faktoruna çevirdi. M.İbrahimovun dramaturji ustalığını xüsusi qeyd edən professor M.Rəfilinin "bu əsər C.Cabbarlının ölümündən sonra müvəqqəti əmələ gəlmiş olan boşluğu doldurdu" fikrinə həmrəylik bildirən "Həyat" tamaşasının quruluşçu rejissoru Adil İsgəndərov da etiraf edir ki, "Cabbarlıdan sonra səhnəmizdə bir durğunluq var idi".

 

"Almaz" pyesindəki hadisələrin pərdə bağlanandan  sonra bitmədiyini, ölkə daxilindəki ictimai-iqtisadi proseslərin yeni zaman yeni şəraitdə davam etdiyini nəzərdə tutan M.İbrahimov "Həyat" pyesinin zaman məkan həllində, buradakı bədii obrazların qarşılıqlı mübarizəsinin səbəb nəticələrini teatral vasitələrə əsaslanmaqla işləmişdi. Bu zaman o, ədəbi xüsusiyyətlərin səhnə estetikasında ifadəsinə əlverişli imkan yaratmaqla, gələcək tamaşanın yozum prinsiplərinə yol açmışdı. Heç təsadüfi deyil ki, həmin tamaşanın mövzu aktuallığı partiya direktivlərinin quru mətnlərdə ifadəsini tapan göstərişlərdə yox, cəmiyyətin mədəni yüksəlişə köklənməsi faktının rejissor tapıntıları, aktyor ifaçılığının bədii səhnə ustalığı ilə səslənən ali məqsədinin tamaşaçı auditoriyasına ünvanlanan emosional təsirdə təsdiqlənməsində təzahür edirdi.

 

 

 

"Madrid" "Közərən ocaqlar" ideya mövzu baxımdan siyasi xarakterli pyeslər hesab edildiyi halda, "Kəndçi qızı" "Yaxşı adam" əsas etibarilə sosial-əxlaqi motivlərlə daha zəngindir. Burada şəxsiyyət onun cəmiyyət qarşısındakı mənəvi borcu, daxili saflaşma səyləri başlıca problem olaraq verilir. Əgər qeyd etdiyimiz pyeslərdə ideya fərqlərinin, əxlaqi mövqelərin antoqonizmi önə çəkilirdisə, sonrakı pyeslərdə müəllifin öz qəhrəmanlarının cəmiyyət üçün faydalı olacağına dərin inam hissi ədəbi-bədii ustalıqla özünü aşkar büruzə verir.

 

Bəhs etdiyimiz dramaturji əsərlərin janr xüsusiyyətləri, hadisələr xətti, konfliktlərinin çoxcəhətli mahiyyəti, müəllifin ali məqsədi ilə tənzimlənir, bu zaman səhnə obrazlarının zahiri təsviri deyil, psixoloji, mənəvi aləmləri, niyyət əməl prioritetləri başlıca önəm daşıyır. Başqa sözlə desək, sözügedən pyeslər ədəbi əsər olaraq səhnə əsərinə çevrilmə prosesində öz dərin məzmun dəyərini itirmir, nasir Mirzə İbrahimov dramaturq Mirzə İbrahimovla eyni cərgədə addımlayır. Yəni hər nasirin yaradıcılığına xas olmayan teatral düşüncə, səhnə sənəti, aktyor peşəsinin irili-xırdalı xüsusiyyətlərinə heyrətamiz bələdlik M.İbrahimovun dramaturq istedadının, estetik baxışlarının konkret səhnə tətbiqini şərtləndirir.

 

M.İbrahimovun son dramaturji əsəri məşhur bir obrazın sərgüzəştlərini ehtiva edən "Bəşərin komediyası" pyesidir. İlk baxışda belə bir fikir oyanır ki, Don Juan haqqında dünya miqyasında dildən-dilə keçən müxtəlif rəvayətlərdə hər şey söylənilib. Bu doğrudur, amma M.İbrahimovun bu mövzuya müraciət etməsinin səbəbi az qala hamıya bəlli olan məşhur obrazı xatırlatmaq deyil. Yəni M.İbrahimovun Don Juanı, İspan Tirso De Molinanın Don Juanı, fransız Jan Batist Molyerin, rus Aleksandr Sergeyeviç Puşkinin, ukraynalı Lesi Ukrainkanın, isveçrəli Maks Frişin qəhrəmanına bənzəmir. Bu Don Juan sadəcə qadın düşgünü, ehtiras əsiri, yüngül intriqalar oyunçusu deyil, cəmiyyətin yetişdirdiyi, həm də ondan hər yolla yaxa qurtarmağa çalışdığı, bəşərin komik vəziyyətinə gülən müdhiş bir qüvvənin təmsilçisidir və eyniadlı tamaşanın ali məqsədində bu fikir tamaşaçıya təlqin edilir.

 

Maraqlıdır ki, yaradıcılıq təcrübəsi boyu hər hansı pyesin təcəssüm prosesində müəllif mətninə müdaxilə etməsi ilə hər dəfə tənqidin tənəsinə, bəzən açıq-aşkar təzyiqlərinə tuş gələn rejissor Tofiq Kazımov "Bəşərin komediyası, yaxud Don Juan" pyesinin quruluş prosesində heç bir əlavəyə, yaxud ixtisara lüzum görməmişdi. Çünki əsərin istər hadisələr xətti, istər konflikti, istər dialoqlardamonoloqlarda ifadə edilən bədii səhnə dili, istərsə də obrazlar sistemi, eləcə də müəllif remarkaları teatr sənətinin yaradıcılıq təbiətinin professional özəlliklərinin nəzərə alınması şərti M.İbrahimovun dramaturji istedadının başlıca göstəricisi idi.

 

Qeyd etdiklərimiz M.İbrahimovun vətəndaş mövqeyinin yaradıcılıq təzahürləri olmaqla, milli ədəbiyyatımızın, milli səhnə sənətimizin yaradıcılıq sabahına, bütövlükdə mədəniyyət tariximizin zənginləşməsinə ləyaqətli xidmətinin nümunələridir.

 

 

Afət QƏDİROVA,

Filologiya üzrə fəlsəfə doktoru,

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin böyük elmi işçisi

 

525-ci qəzet.- 2022.- 16 fevral.- S.22.