Hüseynbala Mirələmovun "Ənvər Paşa" romanı təqdim olundu

 

Fevralın 14-də "Azərkitab"ın konfrans zalında çağdaş ədəbiyyatımızın tanınmış nümayəndələrindən yazıçı-dramaturq Hüseynbala Mirələmov yeni romanı ilə ziyalıların, oxucuların görüşünə gəldi. Tədbir Vətən, torpaq uğrunda canından keçən, öz həyatını bu yolda böyük sevgiylə qurban verən şəhidlərin ruhunu böyük ehtiramla, bir dəqiqəlik sükutla yad etməklə başlandı.

Tədbirin aparıcısı, "Yada düşdü" dərgisinin baş redaktor müavini, telejurnalist Kəmalə Mirzəyeva Vətən sevgisi, Qarabağ mövzusu yaradıcılığından qırmızı xətlə keçən, ədəbiyyatımıza böyük töhfələr verən, onlarla kitabın müəllifi Hüseynbala Mirələmovun işığına gələnləri salamlayaraq dedi: "Əsərləri ilə təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da yetərincə tanınan Hüseynbala Mirələmov, həyatda olduğu kimi, əsərlərində səmimiyyəti qoruyub-saxlayan yazıçıdır".

K.Mirzəyeva bildirdi ki, müəllifin "Yurda fəda üç paşa" trilogiyasının birinci kitabı olan "Ənvər Paşa" əsərində bu görkəmli tarixi şəxsiyyətin həyat fəaliyyətinə yeni rakursdan nəzər salınıb. Müəllif arxiv materialları sənədlər əsasında Ənvər Paşanın Azərbaycanla əlaqələri millətimizin öndə gedən aydınları ilə olan dostluq münasibətlərini, Turan İslam İmperatorluğu qurmaq uğrunda apardığı böyük mücadiləni, şəxsi yaşantılarını, sevgi iztirablarını, Tacikistanın Bəlcivan torpağında şəhidlik məqamına yüksəlişini yazıçı təxəyyülünün köməyilə qələmə alıb".

Sonra türk hərb tarixinin ən önəmli simalarından biri Azərbaycan üçün gərəkli addımlar atmış Ənvər Paşanın həyatını əks etdirən kitabla bağlı videoçarx nümayiş olundu.

Çıxış edən akademik Nizami Cəfərov təqdim olunan əsərin gərgin əməyin ciddi axtarışların nəticəsi olduğunu vurğuladı: "Vaxtilə Azərbaycanda çox böyük şöhrət sahibi olmuş bu qeyri-adi tarixi şəxsiyyət - Ənvər Paşa barəsində bizdə ilk dəfə belə təfərrüatlı bir əsər meydana çıxır. Ənvər paşa haqqında kifayət qədər tendensiyalı yazılardan az-çox məlumatlı olan oxucular da, əminəm ki, sənədliliyi bədiiliyinə, bədiiliyi sənədliliyinə kölgə salmayan romanı heç olmasa ona görə maraqla oxuyacaqlar ki, birincisi, təsəvvürlərindəki ziddiyyətliliyə yeni ( xeyli dərəcədə obyektiv) məlumatlar əsasında müəyyən harmoniya gətirsinlər, ikincisi isə, məsələyə məhz azərbaycanlı qələm adamının neçə on illərdən sonrakı münasibətini öyrənsinlər".

Millət vəkili Eldar İbrahimov 1992-ci ildən tanıdığı, çox yaxın, səmimi dostluq münasibəti qurduğu Hüseynbala Mirələmovu  hər zaman bədii axtarışda olan zəhmətkeş bir yazar kimi tanıdığını söylədi: "Onu oxucularına sevdirən əsas cəhətlərindən biri gerçək həyat həqiqətlərinə söykənməsi, onları özünəməxsus üslubda təsvir etməsidir. Təqdim olunan "Ənvər Paşa" əsərini böyük ehtiramla qardaş Azərbaycan Türkiyə xalqlarının sarsılmaz dostluğuna, eləcə Atatürkün, Ulu öndər Heydər Əliyevin bayraq estafeti davamçılarına - Prezident İlham Əliyevə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana həsr etməsini alqışlayıram".

Millət vəkili Cavanşir Paşazadə dedi ki, Hüseynbala Mirələmovun qələmindən çıxan roman povestlər sözə, sənətə hədsiz ehtiramın, vətəndaş-yazıçı axtarışlarının dəyərli örnəkləridir: "Siyasi publisistikamızın gözəl nümunələri olan "Heydər Əliyev", "İlham Əliyev", "Zərifə Əliyeva", "Missiya" kitabları yazıçının qədər geniş yaradıcılıq imkanlarına malik olduğunu göstərməklə yanaşı, onun vətəndaş mövqeyini əyani şəkildə nümayiş etdirə bilir. İnanıram ki, yeni işıq üzü görən "Ənvər Paşa" romanı da geniş əks-səda doğuracaq, bir çox həqiqətləri ortaya çıxaracaq".

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid müasir ədəbiyyatımızın istedadlı nümayəndələrindən olan, əsərləri ilə insanlara gözəl bəşəri duyğular aşılayan H.Mirələmovun yaradıcılığını diqqətlə izlədiyini önə çəkərək dedi: "Ənvər Paşa ölkəmizdə adı xüsusi hörmətlə çəkilən xatirəsi daim yad edilən bir şəxsiyyətdir. Onun həyat fəaliyyəti sirlərlə doludur. Həyatı ölümü ətrafında siyasi tarixi spekulyasiyalar kifayət qədərdir. Bu baxımdan, elə bilirəm ki, təqdim olunan kitab Osmanlı dövründə baş verən bəzi hadisələri olduğu kimi, tarixi həqiqətlərə söykənərək ortaya çıxarır. Əminəm ki, "Ənvər Paşa" romanı oxucularda kifayət qədər maraq oyadacaq".

Xalq artisti Əli Nurun fikrincə, H.Mirələmov, hansı mövzuda yazmasından asılı olmayaraq, həyati məsələləri cəlbedici ədəbiyyat müstəvisinə keçirməyi bacaran, cəmiyyət miqyasında düşünən, son nəticədə vətəndaş-publisist sözünü ən müxtəlif tərzdə deməyi ilə seçilən yazıçıdır: "Onun nəsr əsərləri, teatrlarımızda uğurla tamaşaya qoyulan, səhnələşdirilən dramları böyük maraqla qarşılanır. Çox şadam ki, o əsərlərin qəhrəmanlarını yaratmaq mənə nəsib olub".

Əflatun Amaşov keçmişə ekskurs edərək, H.Mirələmovla bağlı xatirəsini, onun şəxsiyyəti yaradıcılığı barədə fikirlərini bölüşdü: "Həyat elə gətirib ki, mənim ilk yazımın redaktoru Hüseynbala müəllim olub. Yeddinci sinifdə oxuyanda yazdığım şeirləri "Azərbaycan pioneri" qəzetinə yollamışdım, şeirlərim o vaxt həmin qəzetdə çalışan Hüseynbala müəllimin redaktorluğu ilə dərc edilmişdi. Hüseynbala Mirələmov səmimi, xeyirxah insan, həyat həqiqətlərinə sadiq, sözlə təbiətin insanların daxili aləminin təsvirini məharətlə göstərməyi bacaran insandır".

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, "Yada düşdü" dərgisinin təsisçi redaktoru Nəzakət Məmmədova qeyd etdi ki, H.Mirələmov yaradıcılığı, ədəbi tərcümeyi-halı ilə Azərbaycan ədəbiyyatına, ümumən mədəniyyətimizə kifayət qədər böyük nüfuz qazandıran, hörmət gətirən yazıçıdır: "O, yaradıcılığında müasir olduğu qədər məsuliyyətli humanist sənətkardır. Yüksək sənət meyarlarının olması yazıçının özünü böyük ideallar uğrunda mübarizəyə istiqamətləndirir. bu baxımdan "Yurda fəda üç paşa" trilogiyasının birinci kitabı olan "Ənvər Paşa" əsərinin necə həssaslıqla, məsuliyyətlə qələmə alındığı göz önündədir".

Filologiya elmləri doktoru, professor Minaxanım Təkləli nəşrin belə nəfis şəkildə, gözəl tərtibatda oxucuların ixtiyarına verilməsindən duyduğu məmnunluğu ifadə edərək dedi: "Müəllif 2020-ci ildən bəri üzərində çalışdığı romanın daha dolğun maraqlı alınması üçün Türkiyədə - Ənvər Paşanın doğulub böyüdüyü İstanbulda araşdırmalar aparıb. Böyük sevgi sayğı ilə qələmə aldığı "Yurda fəda üç paşa" trilogiyasının birinci kitabı "Ənvər Paşa" Azərbaycan-Türkiyə qardaşlığına böyük töhfədir".

Jurnalist Dilman Musayev "Ənvər Paşa" birnəfəsə oxunan maraqlı əsər kimi səciyyələndirdi.

"Çox sevinirəm ki, yazıçı Hüseynbala Mirələmov bu kitabla Ənvər Paşanın ədəbi-bədii monumentini Azərbaycan ədəbiyyatına gətirib. Əsərdə türkçülüyün gerçək tarixi bədii şirinliklə qələmə alınıb" - bu fikirləri isə nasir Vaqif Nəsib söylədi.

Professor Elman Quliyev bildirdi ki, "Ənvər Paşa" əsəri həm bədii dil aspektindən, həm də türk hərb tarixinə müasirirfani yanaşma baxımından əhəmiyyətli əsərdir.

Sonda yazıçı Hüseynbala Mirələmov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdiqonaqlar üçün "Ənvər Paşa" kitabını imzaladı.

Qeyd edək ki, H.Mirələmovun təqdim edilən kitabının redaktorları professor Minaxanım Təkləli və istedadlı yazar Sevinc Mürvətqızıdır.

 

Kəmalə ƏVƏZQIZI

 

525-ci qəzet.- 2022.- 16 fevral.-S.18.