Efirimizin "Real"ı  

 

Dövlət müstəqilliyimizin, insan hüquq azadlıqlarının qorunması, ordu quruculuğu, demokratik institutların inkişafı, söz azadlığı plüralizm prinsiplərinə əməl edilməsi, vətəndaşların sosial rifah halının yüksəldilməsi, cəmiyyətdə bərabərtərəfli münasibətlərin inkişafı - bütün bunlar sadalamadığımız bir çox vacib məsələlər var ki, media onların hər birində özünəməxsus təsir gücünə malikdir. Biz zaman-zaman bu gücün müxtəlif təzahür formalarını görmüş sevinmişik. Görməkdən söz düşmüşkən, bu gün Azərbaycanda radio televiziya işçilərinin peşə bayramıdır fürsətdən istifadə edib həmkarlarımı təbrik edirəm.

Qısa kəsim, cəmiyyətə təsir gücü ilə seçilən telekanallarımızdan biri - ən gənci barədə söz açacam. Söhbət "Real TV"dən gedir. 14 fevral tarixi isə telekanal haqqında fikirlərimi bölüşməyə bəhanə verir. Əlbəttə yaxşı mənada bəhanə. Bəs bu bəhanə üçün əsas nədir? Yəni "Real TV"ni nəzərimdə xüsusiləşdirən hansı cəhətlərdir?

 

***

 

Əvvəlcə onu deyim ki, istedadlı telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi "Real TV" xalq telekanalıdır. O, xalqı formalaşdırmağı, insanları vətəndaş cəmiyyətinin yuxarıda sadaladığım prinsip normaları naminə səfərbər etməyi bacaran media orqanıdır, mövcud istiqamətdəki səriştə meydanıdır. "Real TV" eyni zamanda jurnalistika prinsiplərindən ümumi maraq mənafelər naminə bəhrələnmənin məharət bacarıq örnəyidir.

"Real TV" özünün dəst-xətti ilə Azərbaycan teleməkanı üçün yenilikdir, jurnalistikanın cəmiyyətə təsir gücünün diferensiallaşmış modelidir. Bu telekanal vasitəsilə cəmiyyət peşənin ən müxtəlif janr xüsusiyyətlərini sezir, onların hər birindəki faydanı, hər birinin konkret ünvanladığı hədəfi əyani şəkildə görmək imkanı əldə edir.

 

***

 

 

 

Bəli, hədəfsiz fayda olmaz. "Real TV" üçün hədəf dövlətçilik azərbaycançılıq xəttidir. Telekanal bu məqsədlə yalnız fəaliyyət göstərmir, eyni zamanda döyüşür, mübarizə aparır. Onun efiri dövlətçilik azərbaycançılıq uğrunda savaş meydanıdır. Bu savaşda hər hansı kompromisdən söhbət gedə bilməz. Bu savaş düşüncələrdə zehinlərdə böyüyərək bir telekanalın müstəvisindən çıxır, ümummilli xarakter daşıyır.

Telekanalın Azərbaycan mücadiləsində daxil xaric fərqi yoxdur. O, xarici təpkilərə qarşı daha amansız barışmazdır. Unutmayaq, jurnalistikada savaş faktlarla zənginləşdiyi halda dolğundur. Mirşahin faktın dolğun təqdimatının özüdür. Onun peşəkarlığı fakta vətəndaşlıq hüququ qazandırır, fakt yaddaşlara hoparaq ideoloji motiv əldə edir. Görünür, Mirşahinin ustalığı da elə bundadır.

 

***

 

"Real TV" jurnalistikanın müsahibə janrına yeni nəfəs gətirməsilə seçilir. Sanki bu janr özlüyündə ayrı-ayrı hissələrə bölünməklə ənənəvi qəlib klişelərdən tam şəkildə uzaqlaşır. Müsahibələrdə haqqında bəhs edilən mövzunun mahiyyəti çılpaqlığı ilə ortaya qoyulur. Sanki bir əsər oxuyursan əsərin dramatizmi, gərginliyi insanın iliyinə işləyir. Gərginlik dramatizmdə həqiqəti tapılır...

Telekanal müsahibələrində obyektiv düşünmək, doğruları görmək, düzgün nəticə çıxarmaq üçün rəy formalaşdırır. Bu rəy ictimai münasibətlər sisteminin tərkib hissəsinə çevrilir. "Real TV"nin müsahibləri sırasında kimlər olmayıb ki? Onların doğru seçimi mövzu rəngarəngliyini formalaşdırır. Hər müsahibin timsalında onun təmsil etdiyi sahə sanki yeni nəfəs qazanır. İnsanlar həmin sahənin dərəcədə vacibliyini, faydalılığını görürlər, bir növ zövqlər şaxələnir yeni zövq anlayışları meydana gəlir.

 

***

 

"Real TV"dən danışırıqsa, onun xarici ölkələrdən reportajlarına da xüsusi diqqət yetirməliyik. O ölkələrdən ki, bəlli inkişaf yolu keçərək müasir dünyada aparıcı rola sahibdirlər. Bəşər övladı isə hər zaman inkişaf tərəqqi naminə əzmlə çalışır, böyük səylər göstərir. Bu çalışmalar habelə rifahlı, firavan yaşam üçündür. Telekanalın müqayisəli təqdimatları jurnalistikanın o rifahın Azərbaycan modelinə mühüm informativ dəstəyidir.

Ancaq "Real TV"nin xarici ölkələrdəki reportajları yalnız sülhün sabitliyin, əmin-amanlıq asayişin hakim kəsildiyi bölgələri əhatə etmir. Telekanalın əməkdaşlarının dünyanın qaynar nöqtələrindən hazırladıqları sujetləri görmək mümkündür. O nöqtələrdən ki, orada bəşəri dəyərlərə münasibətdə total təhlükələr yaşanır. Məqsəd təhlükənin doğurduğu real vəziyyəti Azərbaycan cəmiyyətinə çatdırmaq, onun ölkəmizdə yaşanmaması üçün bir növ ictimai immunitet formalaşdırmaqdır. Bəli, biz yaxşılardan nəticə çıxardığımız kimi, pislərdən nəticə çıxarmağı bacarmalıyıq. Axı yalnız düzgün nəticəyə gəlməklə həm inkişafa doğru getmiş oluruq...

 

***

 

"Real TV" Vətən müharibəsi dövründə. Bu, üzərində dayanılmalı ayrıca mövzudur. Əlbəttə, müharibə günlərində bütün cəmiyyət kimi, telekanallarımız, ümumən, media orqanlarımız cəbhəyə köklənmişdi. Ancaq cəmiyyətin cəbhə köklənişində "Real TV"nin xüsusi yeri rolu vardı. Onun təqdimatlarına tam fərqli dəst-xətt hakim kəsilmişdi. Cəbhənin ən qızğın yerlərindən reportajlar, dərin məzmunlu təhlillər öz yerində. Məni daha çox cəlb edən torpaqlarımızı işğaldan azad etmə əzmi dirənişindəki böyük ruh yüksəkliyi idi. "Real" bütün detalları nəzərə alır, bütün incəliklərə diqqət yetirirdi. "Real"ın təqdimatlarında şəhid olan Vətən oğulları üçün üzüntü dərd ictimai motiv qazanaraq milyonlarla ürəyin müqəddəs zəfər naminə gərgin döyüntüsünə çevrilirdi.

"Real TV" ruhlandırır, eyni zamanda ruhdan düşməyə qoymurdu. Müharibə müddətində ermənilərin yaydıqları dezinformasiyalara, xaricdən gələn təpkilərə əks reaksiyalar nümayiş etdirməklə cəmiyyətin vahid amal uğrunda mübarizəsində diriliyini, möhkəmliyini saxlayırdı. Bu yerdə başlıca vurğulanmalı məqam peşəkarlıqdır. peşəkarlıqdan söz düşmüşkən, telekanal Prezident İlham Əliyevin müharibə müddətində dünyanın 30-dan artıq məhşur telekanalına müsahibəsində səsləndirdiyi fikirlərin mükəmməl təhlilini verirdi. Bu təhlillərdə dövlət başçısının söylədiyi hər fikir cəmiyyətin baxışlarında zireh qalxan olurdu.

Yalnız yalnız Prezident, Ali Baş Komandan İlham Əliyev. "Real TV"nin "Yalnız O!" filmində dövlət başçımızın Qarabağ hədəfi tam aydınlığı ilə cəmiyyətə çatdırılır. Bu aydınlıqda cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi illərində yetişmiş, Qarabağı görməyən nəsil var. O nəsil ki, Qarabağ naminə son damla qanınadək döyüşdü. O nəsil ki, ölkə rəhbərinin illərdən bəri Qarabağ uğrunda apardığı siyasidiplomatik mübarizəni yekunlaşdırmaq mücadiləsində canından keçdi. Artıq cənab İlham Əliyev də qalibdir, o nəsil də. Qalib olan bütövlükdə Azərbaycan xalqıdır. "Real TV"nin hazırladığı Vətən ruhlu proqramlarda isə həm qalibiyyətdən doğan qürur və fəxarət hissi var, həm də qalibiyyətə əbədilik gətirilməsinin zərurətini vurğulayan peşəkar məzmun və çağırış.

 

***

 

Bu günün "Real TV"si Azərbaycan teleməkanının oturuşmuş media brendidir. Qısa müddət ərzində bu mövqeyə sahib olmaq sıradan məsələ deyil. Əslində, yazımda bununla bağlı məziyyətləri sadaladım. Hesab edirəm ki, telekanalın keçdiyi qısa fəaliyyət yolu uzun müddətli perspektivlər üçün etibarlı bazadır. Ona da əminəm ki, bu baza yeni axtarışlarla daha da zənginləşəcəkdir. bu yolda başda Mirşahin Ağayev olmaqla "Real TV"nin bütün kollektivinə yeni-yeni uğurlar, bol-bol müvəffəqiyyətlər arzulayıram.

 

 

Əflatun AMAŞOV

Azərbaycan Mətbuat Şurasının sədri

 

525-ci qəzet.- 2022.- 16 fevral.-S.11.