Nəsirəddin Tusidən Kolumba
"ötürülən" kəşf
VƏ
YA OĞURLANMIŞ XƏRİTƏNİN SİRRİ
IX-XIII
yüzillərdə biz - Azərbaycan və Anadolu türkləri
yüksək sivilizasiyanı açıq-aşkar
yaşamışıq: təhsil müəssisələrimizlə,
dünyada ilk "sinif-dərs" sisteminin tətbiqi,
astronomiya elminin uğurları ilə... Qan qardaşımız Anadolu-Osmanlı
türkləri Aralıq
və Qırmızı
dənizlərə, bizim
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərimiz
Ərəb körfəzinə,
Hind okeanının Şərqinə
sahib kəsildilər. Avropalıların Qərbə doğru yollarını qapadılar.
Məntiq tələb
edirdi: başda İspaniya sarayı olmaqla, iqtisadi krizisdən çıxmaq
üçün müstəmləkəçilik
üsuluna əl atmaq lazım gəlirdi. Və bu qüvvə
bir adamın iddiasında gerçəkləşdi.
Bu şəxs məşhur
səyyah Xirostofor Kolumb (1441-1509) idi! Mən ona okean
cəngavəri deyərdim!
X.Kolumb İspaniya
sarayına gəlib, kral I Filipp və
onun xanımı, kraliça İzabelladan xeyir-dua almasına, yeni müstəmləkə
tapmaq eşqiylə yola düşməsinə
bir səbəb vardımı? Bəlkə bu təşəbbüs
bəxt sınağı
idi? Yoxsa özünə və
komandasına inamı?
Yadıma fransız psixoloqu Q.Lebonun kəlamı düşdü:
"Dirilər ölülərin
fikirlərindən faydalanırlar".
Unutmayaq,
bu sözlər X.Kolumbdan dörd əsr sonra deyilmişdi. Bəs X.Kolumb
"ölülərin" fikrindən, yoxsa yazılı qoyub getdikləri elmi kəşflərindən yararlanmışdı?
Axı, bu səyyah-coğrafiyaçı
canından və gəminin çoxsaylı
heyətindən bezmişdimi?
Tələsməyək.
Artıq üçüncü həftə ötmüşdü. Sərt və hövsələsiz dalğaların əlinə bir şey keçmir, ümmanın ortasında kibrit çöpü kimi atılıb-düşən gəmiyə hücum edirdi. X.Kolumb bu çaxnaşmanı görürdüsə də, üstünü vurmurdu. Amma arabir öz kayutasına girib bir kağıza göz gəzdirirdi. Taleyi sanki bu kağızdan asılıydı...
lll
Bu məqamda Nəsirəddin Tusini (1201-1274) - məşhur alman alimi Eylerin "səma cismləri və Yer ölçülərinin yerbəyeredicisi" kimi qiymətləndirdiyi dahi alimimizi xatırlamalıyıq. Böyük Azərbaycan-türk astronomu, riyaziyyatçısı (həm də əxlaq nəzəriyyəsinin banisi, şair...) N.Tusi barədə onu deyərdim ki, milli mədəniyyətinə yüksək qiymət vermiş Elxanilər sülaləsinin saraya topladığı parlaq istedadlar arasında o da vardı. Təbrizə gələn gənc alim az sonra Hülakü xanın yardımı və razılığı ilə rəsədxana tikintisinə başlayır. Əsası 1259-cu ilə təsadüf edən rəsədxanaya o zaman üçün ciddi məbləğ sayılan 35.000 dinar, yəni "qızıl sikkə" ayrılmışdı. Marağa şəhərinin qərb hissəsində - dağda uzunu 350, eni 150 arşın sahə nəzərdə tutulmuşdu. Tikintiyə və elmi aparaturasına Tusinin özü rəhbərlik edirdi və bir ilə rəsədxana fəaliyyətə başladı. Bir maraqlı detalı xatırlatmaq yerinə düşər ki, N.Tusi Marağa rəsədxanasına ərəb, fars, yəhudi, azərbaycanlı, həbəş, çin millətindən olan istedadlı alimləri toplamışdı və onlar can-başla müşahidələrini aparır, tədqiqatlarını davam etdirirdilər. N.Tusi öyünməli, dünyaya nümayiş etdirməli aşağıdakı elmi kəşflərin, dəqiqləşdirmələrin, proqnozların müəllifi oldu və bunlar dünya elmi ictimaiyyəti tərəfindən rəsmi status aldı: İngilis alimi İ.Nyutondan 400 əvvəl Ayın fəsillərini (fazasını) tapmış; Yerə peykimiz Ay arasındakı məsafəni ilk dəfə olaraq 7 arşın az fərqlə ölçmüş (386,781 minar, yəni km); peykimizin Yerə nisbətən beş dərəcə bucaq altında çəpəgi dövr etdiyini, Yerin tam Kürə şəklində deyil, qütblərdə batarı oval olduğunu aşkara çıxarmış; Ayda cazibə qüvvəsinin Yerə nisbətən 6 kərə zəifliyini sübuta yetirmiş, 900 ulduzun uzunluq, 878 ulduzun enlilik koordinatlarını yüksək dəqiqliklə hesablamışdı. Bu icadlar və dəqiq hesablamalar 7 (yeddi) edir və heyrətlənməmək qeyri-mümkündür. Ən önəmlisi bu gün də İsaak Nyutonun adına çıxılan ixtiranın müəllifi Azərbaycan-türk astronomu Nəsirəddin Tusidir və təəssüf ki, hələ də bizim akademik və professorlarımız, fizik-astronomlarımız Tusinin müvafiq ixtirasını, hesablamasını dünyaya sübut etməkdə acizlik göstərirlər.
N.Tusi sübuta yetirmişdi ki, dənizlərdə, okeanlarda baş verən qabarma və çəkilmələr heç də təbiətin kor-koranə şıltaqlığı deyildir, məhz Ayın çəpəki hərəkətindən, Yerin qütblərindəki bayaqlıqdan irəli gələn vaxtaşırı (il ərzində 24 dəfə özünü göstərən cazibə sıxılması) özünü büruzə verir...
lll
Okeanda intizar hökm sürür, gəminin hara baş aldığını yalnız Kolumb bilirdi, o isə heç kimə sirr gəlmədiyi nə iləsə məşğuldu. Heyət suallar içində olduğu vaxt Kolumb nə üçün inamla irəliyə üz tuturdu? Çünki N.Tusinin su-quru ilişgilərini dahiyanə təxəyyülü ilə önə çəkib, qabarmaların və çəkilmələrin iç dənizlərdəki vüsəti və cizgiləri ilə - görünüşü ilə okeanların gücü və sərhədləri arasındakı məsafə fərqlərini hesabladığından xəbərdardı. Bununla Azərbaycan-türk alimi bəşəriyyətə naməlum torpaqların olduğunu irəlicədən xəbər verməklə ümumbəşəri kəşfə imza atmışdı. N.Tusiyə görə, Atlantik okeanının sinəsində uzunluğu 1015 km. olan ada yerləşməliydi. Maraqlıdır ki, portagizli dənizçilər bu informasiyadan xəbərsizdilər və 1467-ci ildə (mart ayında) həmvətənimiz Tusinin qabaqcadan - öncədən xəbər verdiyi quru parçasını - Müqəddəs Yelena adasını aşkarlamışdılar. 450 ildən sonra devrilmiş fransız hökmdarı Napoleon həmin adaya sürgün ediləcəkdi...
Bir vaxt, Tusinin rəhbər olduğu rəsədxana müəyyən etmişdi ki, Yer kürəsi şərti olaraq 24 meridiana bölünməli, birinci meridian Atlantik okeanına yaxın guşədən keçməlidir. 0 meridianının Qrinviqdən keçməsi Tusinin dahiyanə kəşfinin ölməz sübutudur. N.Tusi Amerika qitəsinin coğrafi cizgilərini qabaqcadan aşkarlamışdı ki, heç bir başqa layihəyə əsaslanmağa yer qoymamışdı. Dahi alim qeyri-adi elmi fantaziyası və riyazi hesablamaları ilə kəşflərinin reallaşmasında Ayın rolunu bir amil kimi əsaslandırmışdı: Okean və iç-çöl dənizlərdə özünü cuşa gətirən dəlisov fırtınalar, qasırğalar, sunamilər heç də küləklərin, tufanların nəticəsi deyil, əksər vəziyyətlərdə Ay dövriyyəsinin fəsadlarıdır. Qeyri-adi zəka sahibi N.Tusinin ardıcıl kəşflərinin nəticəsi olaraq, hələ tapılmamış torpaqlar, Şərqdə Amerika qitəsi və ətraf arxenalaqın dəqiq xəritəsi bu cür ortaya çıxdı.
Marağa rəsədxanasında çinli bir alim - Mun-çi də çalışırdı. Tusidən öyrənirdi, onun möcüzəvi istedadından xəbərdardı. Mun-çi ustadı Tusinin ölümündən sonra Vətəni Çinə üz tutdu və özüylə həmin xəritəni də apardı...
Tədqiqatçı-jurnalist, mərhum Oqtay Eldəgəz yazır ki, tanınmış italyan səyyahı Marko Polo 1292-ci ildə Azərbaycan sahillərindən keçib Çinə yollanır və xeyli yaşlaşmış, Çində məşhur bir simaya çevrilmiş Mun-çi ilə görüşür. Fəndgir M.Polo Mun-çidən nəfis şəkildə üzü köçürülmüş "Marağa coğrafi xəritə"ni satın alır. İki il ötür, Marko Polo Vətəninə qayıdarkən Muğan-Mil düzündən də adlayır, sonda yenə Apennin yarımadasına qayıdır. Ömür yetişir, M.Polo dünyasını dəyişir (1317) və yeganə oğlu atasının illərlə səfər çantasında daşıdığı qiymətli sənədləri, qeydləri qoruya bilmir. Florensiya Tarix Muzeyinin rəhbərliyi ayıq tərpənir, "Tusi xəritəsi" ("Marağa xəritəsi") baha qiymətə satın alınır, ata Polonun "Səyahətnamə" əsərinin əlyazmasını muzey nəşr etdirir. Lakin "Marağa xəritə"siz. Bu, sirr hələ açılmayıb. Mərhum Oqtay Eldəgəzin vətənpərvər harayını bir daha xatırladıram: "Gəlin, üzümüzü Florensiya Tarix Muzeyinə çevirək və Tusi xəritəsinin taleyilə maraqlanaq".
X.Kolumbun həyatı barədə daha bir məlumat yerinə düşər: o, peşəkar rəssam idi, İspaniyaya getməzdən 6 il qabaq varlı florensiyalı qız - Veronika ilə evlənmişdi, rəssam hissiyyatı ilə arabir həmin Tarix Muzeyinə yolunu salırdı. Orada şüşə altında qorunan məktub (həm də xəritə) səyyah-rəssamın diqqətini çəkmişdi. Tusi xəritəsilə tanışlıq Kolumba çox gizli mətləblərdən xəbər verdi: naməlum böyük torpaq sahəsi qitənin şimalında 62 dərəcə cənub uzunluq dairəsi, cənubda isə 81 dərəcə şimal "en" dairəsi xətti boyu yerləşməliydi...
X.Kolumb sonralar üç dəfə səyahətə çıxdı. 1493-cü ildə indiki qitənin Qərbə yaxın Şimal sahillərinə çatıb geri qayıtdı, daha iki il keçmiş, Cənubi Amerikanın, başqa sözlə, Braziliyanın qərb sahilindəki, xəritədə aydın göstərildiyi kimi, 62 dərəcə cənub uzunluğu dairəsinə toxunan Nyufaundlend yarımadasına yetişdi. Kolumb Qəraib dənizindəki adalar sırasına Vest Hind (qərbi Hindistan) adlandırmaqla hamını aldatmış oldu. Həqiqətən, bura Hindistandısa, Kolumb oraya qərb tərəfdən yaxınlaşmalı idin. Daha doğrusu, yolüstü Yaponiyanı, cənub-qərb ölkələrini keçib mənzilə çatmaq problem yaratmazdı. Kolumb bicliklə düşünürdü ki, belə sorğular ona tuşlana bilər və labüddür. Onun üçün Genuyalı səyyah hiyləgərliklə Antil adalarını gah Sipanco (Yaponiya), gah Katay (Çin), gah da Vest-hind adlandırır, hər bir ərazi arasındakı məsafələri iki dəfə artırırdı ki, Hindistana yol uzun görünsün. Əslinə qalsa, X. Kolumb H.Tusinin "kəşf etdiyi" yeni dünyanın maddi nemətlərini, insan resurslarını, zəngin torpaqlarını İspaniyanın bomboş süfrəsinə atmışdı... Təsadüfi deyil ki, Madrid Sarayı, sonrakı ispan zadəganları Kolumbun Hindistan cəfəngiyyatına əhəmiyyət vermədilər.
Biz heç bir
rəsmi mərasimdə, hansısa elmi mərkəzdə,
Amerika mətbuatında təfərrüatı
ilə nə danışır, nə da
yazırıq ki, Amerika
torpağının dünya xəritəsinə,
qlobusa düşməsində Azərbaycan-türk
dahisi Nəsirəddin Tusiyə borcludurlar. Böyük
cəfakeş səyyah-coğrafiyaşünas Tur
Xeyerdal 1999-cu ilin
sentyabrında Azərbaycana təşrif gətirdi və Qobustan qaya rəsmlərinə
baxarkən heyranlığını gizlətməyib dedi: "Mən bir norveçli səyyah
kimi ərz edirəm ki,
xalqınızın çox böyük tarixi-mədəni kökləri
vardır. Əcdadlarınız qədim vikinqlərlə qohumdur,
onlara doğmadır". Həmin
məntiqlə, Kolumb bizim
xacə Nəsirəddin Tusinin coğrafi xəritəsilə səfərə
çıxmağına, Amerika qitəsini
nəzəri olaraq kəşf etməyinə
əsla təəccüb etməməliyik və buna görə Yeni Dünya məhz "Tusiya"
adlandırıla bilərdi...
Allahverdi
EMİNOV
Pedaqogika
üzrə fəlsəfə elmləri doktoru, dosent
525-ci qəzet.- 2022.- 17 fevral.-S.12.