Valideynlər övladlarını uşaq bağçalarına niyə etibar etmirlər?
"Bağçalardan gündə bir video çıxır. Tərbiyəçilər körpə uşaqların
başına qapaz vurub, döyürlər, onlara travma yaşadırlar.
Gələcəkdə həmin uşaqlarda
hansısa bir geriləmə, fəsadlar
üzə çıxır.
Biz də övladımızı
kameralı bir bağçaya qoymuşduq.
Uşağı kənarda sakitləşdirib
kamera qarşısına
çıxarırlarmış. Sən demə, uşaq dayanmadan ağlayır, sakitləşə bilmir.
Uşağı bağçadan tez
aldıq, tərbiyəçiyə
etirazımızı bildirdik.
Bu, bacımın uşağı idi. Mən özüm isə övladımı bağçaya
qoymadım. Hər yoldan
ötəni bağçaya
tərbiyəçi qoyanda
başqa hansı cür olmalıdır ki?" Bu sözləri
valideyn Həsən Həsənov deyir. Valideyn bildirir ki, son vaxtlar sosial şəbəkələrdə bağçalardan çəkilib
yayılan videolar, şahidi olduqları xoşagəlməz davranışlar
onlarda məktəbəqədər
təhsil müəssisələrinə
inamı azaldıb.
İndi əksər valideynlər övladlarını bağçalara
verməkdə tərəddüd
edirlər.
indiyə kimi məktəbəqədər təhsil
müəssisələrinə tərbiyəçilər necə
seçilirdi?
Təhsil
İnstitutunun Məktəbəqədər
təhsilin inkişafı
şöbəsinin müdiri,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent Laləzar Cəfərova deyir ki, indiyə kimi tərbiyəçilər
işə götürülərkən
onların ixtisas təhsilli olmasına fikir verilirdi. Alitəhsilli,
çox zaman orta ixtisas təhsilli
bağça müəllimlərini
işə qəbul edirdilər. Mən düşünürəm ki,
məktəbəqədər təhsil müəssisələrində
uşaqlarla işləyən
hər bir adam xüsusi psixoloji
testlərdən keçməlidir.
Tərbiyəçilər işə alınarkən
digər meyarlarla yanaşı, onların psixoloji durumu da nəzərə alınmalıdır. Yəni tərbiyəçi
tam sağlam düşüncənin
sahibi olmalıdır.
Onların nitqi səlis,
davranışı nümunəvi
olmalı, işlədiyi
qrupda müsbət emosional mühit yaratmağı bacarmalıdır.
Amma təəssüf ki, bu meyarlar tərbiyəçinin
işə qəbulu zamanı nəzərə
alınmır. Yəqin ki,
gələcəkdə işə
qəbul imtahanla olarsa, Təhsil Nazirliyi tərbiyəçilərə
verilən tələblər
sırasında bu meyarları qeyd edəcək.
Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının
qanununa əsasən, bağçalara qəbul bir yaşından həyata keçirilir. Bir yaşından 3 yaşına
kimi uşaqlar erkən dövr, körpələr
qrupu-1, körpələr qrupu-2-də komplektləşdirilir. Bu mənada tərbiyəçilərin
üzərinə böyük
məsuliyyət düşür.
Körpələrlə işləmək üçün ilk növbədə
onları sevmək lazımdır. Bu dövr uşaqların gördüklərini təqlid
etmək dövrüdür.
Tərbiyəçinin nitqindəki səhvlər
uşaqlara sirayət edir. Hətta onlar yerli şivə ilə danışdıqları zaman
uşaqlar həmin şivələri yaddaşında
saxlayır. Buna görə də məktəbəqədər təhsil
müəssisələrində tərbiyəçilərə verilən tələblər
nəzərə alınmalı,
kağız üzərində
qalmamalıdır.
Bu sahədə xarici ölkələrin təcrübəsinin
öyrənilməsi məsələsinə
gəlincə, Laləzar
Cəfərova bildirdi
ki, Finlandiyada olarkən məktəbəqədər
təhsil müəssisələrində
təlim-tərbiyə prosesini
canlı olaraq izləyə bilib: "Finlandiyada yuxarıda qeyd olunan meyarlar
çox gözəl formada, hətta tərbiyəçi müəllim
hazırlanan fakültələrdə
nəzərə alınır.
Həm də orada bu
tələblər təkcə
tərbiyəçilərə şamil olunmur. Dayələrə də bu tələblər nəzərə
alınmaqla peşə
öyrədilir. Finlandiyada tərbiyəçi
köməkçiləri - dayələr 3 illik peşə məktəblərində
hazırlanır və
bağçalara bu peşə təhsilini almış şəxslər
qəbul edilir. Burada işə götürənlər
də məsuliyyətli
davranır, tərbiyəçilər
işə alınarkən
ciddi yoxlanışdan
keçirlər. Mənə elə
gəlir ki, tərbiyəçilər işə
qəbul edilərkən
onlar üçün
sınaq müddəti
təyin edilməlidir.
Bu dövrdə tərbiyəçinin uşaqlara
olan davranışları
diqqətlə izlənilməlidir".
Təhsil
üzrə mütəxəssis
Qoşqar Məhərrəmlinin
fikrincə, məktəbəqədər
təhsil müəssisələrinə
valideynlərin etibarının
hansı səviyyədə
olması ilə bağlı araşdırma
aparılmalıdır: "Valideynlərin bağçadakı
tərbiyəçilərin psixoloji durumu ilə bağlı gəldikləri qənaət,
oradakı mövcud vəziyyət, tərbiyəçilərin
peşə hazırlığının
qaneedici səviyyədə
olub-olmaması məsələləri
təhlil edilməlidir. Öyrənilməlidir ki, neçə
faiz insanlar bu təhsil ocaqlarının fəaliyyətini
bəyənir. Bundan sonra
çıxan nəticəyə
görə fikir bildirmək daha yerində və düzgün olar. Ümumi qənaət şifahi xarakter daşıyır və insanlar arasında müəyyən
qədər güvənsizlik
var. Bunun da səbəbləri məlumdur.
Bu səbəblərin qarşısının alınması
üçün məktəbəqədər
təhsil müəssisələrinin
Təhsil Nazirliyinin tərkibinə keçməsi
ilk addım idi. Növbəti addımlar isə
xüsusi monitorinq qruplarının məktəbəqədər
müəssisələri yoxlamasıdır.
Ciddi şəkildə həmin
müəssisələrdə yoxlanma aparılmalı, ora qəbul olunan uşaqların sayı nəzərə alınmalıdır. Onların qeydiyyatı,
təlim prosesinə cəlb edilməsi, həmçinin, qeydiyyatın
hansı formada aparılması araşdırılmalı,
ardınca bu müəssisələrin rəhbərləri
yenidən seçilməlidir.
Tərbiyəçilərin sertifikasiyası, attestasiyası olmalıdır.
Onların təhsil haqqında
sənədləri - diplomları
araşdırılmalı, həmçinin, direktorların
da bilik və bacarıqlarının
səviyyəsi qiymətləndirilməlidir.
Tərbiyəçilərin hansı təhsil
müəssisələrindən məzun olması, ixtisas üzrə təhsilinin olub-olmaması
dəqiqləşdirilməlidir. Onların heç olmasa
subbakalavr olması vacib şərtlərdəndir.
O zaman məlum olacaq ki, məktəbəqədər
təhsil müəssisələrində
tərbiyəçi olduğunu
iddia edən, əslində isə heç bir təhsili olmayan şəxslər var. Və
yaxud təhsilli, amma səriştəsi olmayan tərbiyəçilər
var. Ona görə də ciddi nəzarət,
ciddi yoxlama, ciddi sertifikasiya aparılmalıdır ki, uyğun olmayan insanlar bağçalardan uzaqlaşdırılsın. Yeni kadrlar
cəlb olunsun. Təsərrüfat işlərinə
nəzarətə götürmə
və təsərrüfat
işlərinin sahmana
salınması vacib addımlardır.
Yalnız bu addımlar
atıldıqdan sonra digər işlər haqqında düşünmək
olar".
Təhsil eksperti uşaqların bağçalara qəbulu zamanı valideynlərdən müəyyən qədər pul tələb edilməsi məsələsinə də toxunub: "Məktəbəqədər təhsil müəssisələrində valideynlərdən pul yığılması haqqında çox eşidirik. Valideyn övladını qeydiyyata saldırarkən, o cümlədən, sonradan uşağına orada baxılması üçün aylıq ödəniş edir. Çox nadir valideynlər var ki, onlar öz hüquqlarını bilirlər, məktəbəqədər təhsil müəssiəsələrinə ödəniş etmirlər. Amma müəssisə rəhbərləri əksər valideynlərə xəbər göndərir, onlar da övladlarına daha "yaxşı" baxılması, yaxşı müəllimlərin orada qalması üçün ödəniş edirlər. Bunların hamısının qarşısı alınmalıdır. Müəssisələr daha şəffaf, daha sivil, standartlara uyğun şəkildə yenidən qurulmalıdır. Bu da çox çətin məsuliyyətli işdir".
Qeyd edək ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrini dövlət maliyyələşdirir. Bununla yanaşı, ödənişli fəaliyyət göstərən uşaq bağçaları da var. Bağçaya qəbula gəlincə, aşağıdakı adları sadalanan ailələrin uşaqları, imtiyazları təsdiq olunduğu halda bu təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar:
Şəhid ailələrin uşaqları;
Qarabağ müharibəsi iştirakçılarının uşaqları;
Qarabağ müharibəsi iştirakı ilə bağlı əlliyi olan şəxslərin uşaqları;
Tək işləyən valideynlərin uşaqları;
1-ci, 2-ci qrup əlliliyi olan şəxslərin uşaqları;
Təhsil alan anaların uşaqları;
Çoxuşaqlı ailələrin uşaqları;
Qəyyumluqda olan uşaqlar.
Bu təhsil müəssisələrində müəllim seçiminə gəlincə, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, bağçalara müəllim qəbulu dövlət ümumitəhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinə uyğunlaşdırılacaq.
Dilşad XAQANİQIZI
525-ci qəzet.- 2022.- 17 fevral.-S.11.