Gənc yazarların
yaradıcılığına dair məruzə
dinlənilib
AYB gənclər şurasının sədri Fərid Hüseynin
məruzəsi müsbət qiymətləndirilib
Fevralın 16-da Azərbaycan Yazıçılar
Birliyində (AYB) gənc
yazarların 2015-2021-ci illərdəki
ədəbi fəaliyyətinə
həsr olunmuş məruzə dinlənilib,
məruzə ilə bağlı müzakirə
aparılıb.
AYB-nin sədr müavini
Rəşad Məcid tədbiri açıq elan edərək qurultaylararası hazırlanan
məruzələrin dövrün
ədəbi icmalını
əks etdirməsi baxımından vacib olduğunu diqqətə çatdırıb: “Bu, qarşıdakı
qurultay ərəfəsində
dinləniləcək üçüncü
məruzədir. İndiyə qədər AYB-nin katibi, yazıçı Elçin Hüseynbəylinin
nəsrbarədə, dramaturq
Firuz Mustafanın isə dramaturgiya ilə bağlı məruzəsi dinlənilib.
Bu gün məruzə
edəcək Gənclər
Şurasının sədri
Fərid Hüseynə
və digər gəncyazarlara yeni uğurlar arzu edir və hər
kəsi məruzədən
sonrakı müzakirədə
fəallığa səsləyirəm”.
F.Hüseyn qeyd edib ki, müasir ədəbi proseslə yaxından tanışdır
və məruzəni hazırlamaq üçündövri
mətbuatı, fərqli
nəşrləridiqqətlə izləyib: “Bu ərəfədə
150-yə yaxın əsərə
nəzər salmışam.
Eyni zamanda, Azərbaycanda və xaricdə yerli müəlliflərin
dərc edildiyi almanaxları, antologiyaları
nəzərdən keçirmişəm.
Hazırkı məruzədə 40 müəllif haqqında xüsusi qeydlərim, habelə dövrün ümumi mənzərəsi
haqqında düşüncələrim
yer alıb”.
Məruzəçi ədəbi prosesdəki problemlərdən söhbət
açaraq hazırkı
keçid mərhələsində
bu sahədə bəzi axsamaların mövcudluğunu qeyd edib. Buna rəğmən,
müsbət tendesiyaların,
maraq doğuran ədəbi hadisələrin,
forma və məzmun baxımından təqdirəlayiq,
yeni ruhlu əsərlərin var olduğunu da vurğulayıb.
AYB-nin gənc yazarlarla
bağlı gördüyü
işləri sadalayan məruzəçi bildirib
ki, gənclərə
xüsusi mükafatların
verilməsi, müxtəlif
layihələr çərçivəsində
əsərlərinin tərcümə
və nəşr olunması, hər il gənc
yazarlar üçün
nəzərdə tutulmuş
Prezident təqaüdlərininverilməsi
yeni ədəbi nəsliyaradıcılığa həvəsləndirir. Heydər Əliyev
Fondunun və Mədəniyyət Nazirliyinin
də gəncləri diqqətdən kənarda qoymadığını qeyd
edən F.Hüseyn bildirib ki, bütün
bunlar gənc yazarlara dövlət qayğısının bariz
nümunəsidir.
AYB-nin Gənclər
Şurasının fəaliyyətinə
də toxunulan məruzədə qeyd edilib ki, şura
üzvlərinin əsərləri
müxtəlif dillərə
tərcümə olunub,
Birliyin sədri, Xalq yazıçısı
Anarla görüşləri
reallaşıb. Bu görüşlərdə
səsləndirilən təkliflərlə
bağlı aidiyyatı
qurumlara məktublar ünvanlanıb.
Məruzəçi deyib ki, Mədəniyyət
Nazirliyi və AYB-nin birgə layihəsi olan “Gənc ədiblər məktəbi” ədəbi
mühitin inkişafına
böyük töhfələr
verib. O, “Gənc ədiblər məktəbi”nin yeni formatda, daha dinamik şəkildə yenidən fəaliyyətə
başlayacağını xəbər
verib.
F.Hüseyn gənc imzaların
tanınmasında çap
və elektron medianın rolunun əvəzsiz olduğunu bildirərək qeyd edib ki, “Azərbaycan”,
“Ulduz” jurnallarının,
“Ədəbiyyat qəzeti”,
“525-ci qəzet” və
digər mətbu orqanlarda mütəmadi gənclərə yer verilir və bu, oxucu kütləsi
ilə yazarları daha da yaxınlaşdırır.
Məruzəçi 40 müəllif
haqqında xüsusi qeydlər aparıb, təsvirçilikdən daha
çox, müqayisəli
təhlilə, xüsusi
yanaşmalara üstünlük
verib,müəlliflərin
yaradıcılıqlarının spesifik cəhətlərini
qeyd etməklə yanaşı, onlardan sitatlar da gətirib.
Müəlliflərin üslub, mövzu
problemlərindən bəhs
edərək müsbət
və mənfi məqamları ortaya qoyub.
Məruzə əhatə dairəsi genişliyinə görə
də diqqətçəkən
alınıb. Əsasən, ədəbi tənqidə
cəlb olunan, ədəbi mühit və digər oxucular tərəfindən
maraqla qarşılanan,
yeni tendensiya ilə ayaqlaşan əsərlər, onların
ideya tutumu barədə fikirlər məruzədə öz əksini tapıb.
F.Hüseynin məruzəsindən belə
məlum olub ki, gənc yazarların
yaradıcılığı çoxşaxəlidir, onlar
bədii yaradıcılıqla
yanaşı, yeni yaranan əsərlərə
münasibətdə də
çevik reaksiya ortaya qoyurlar.
Rəşad Məcid bu əhatəli,
dolğun məruzəyə
görə Fərid Hüseyni təbrik edərək, müzakirəyə
start verib.
AYB-nin mətbuat
katibi, şair Xəyal Rza zəngin məruzəyə
görə minnətdarlığını
bildirməklə yanaşı,
bir sıra məsələlərin məruzədən
kənarda qaldığını,
bəzi layihələrin
qeyd olunmadığını
təəssüflə vurğulayıb.
“Qobustan” jurnalının
baş redaktoru, yazıçı Pərvin
məruzəni təqdirəlayiq
hesab edib. Ədəbiyyatdakı bir sıra problemləri
dilə gətirən
yazıçı bəzi
gənc yazarların sənətin digər növlərindən xəbərsiz
olduqlarını, dünyagörüşlərindəki
kasadlığı, ədəbi
düşüncələrinin formalaşmamasını mənfi
hal kimi qeyd edib.
Yazıçı Kəramət Böyükçöl də məruzəçinin işini təqdir edərək, ədəbi prosesin ləngliyindən,mühitdə səssizliyin hökm sürməsindən gileylənib. Bunda məxsusi hansısa qurumu günahlandırmağın yersiz olduğunu vurğulayan K.Böyükçöl qeyd edib ki, ədəbi mühiti canlandırmaq birbaşa qələm adamlarının üzərinə düşən vəzifədir.
Şair Fuad Cəfərli bir neçə imzanın məruzəyə əlavə olunmasının zərurliyini bildirib, nöqsanlı bildiyi cəhətlər barədə fikirlərini bölüşüb.
Şair və nasir Sərdar Amin məruzədə hansısa imzanın olub-olmamasını ciddi problem saymadığını deyərək, F.Hüseynin işini müsbət qiymətləndirib.
Bəsti Əlibəyli, Narıngül Nadir, Tapdıq Öztürk, Şahanə Müşfiq, Ayxan Ayvaz və digər qələm adamları da məruzə barədə fikirlərini bölüşüblər.
Sonda AYB sədri Anar məruzə və digər məsələlərlə bağlı fikirlərini səsləndirib: “Fəridin məruzəsi öz üslubi cəhətləri, rəvanlığı ilə xoş təəssürat bağışladı. Bu da ondan irəli gəlir ki, Fərid şairdir. Məruzəyə görə ona minnətdarlığımı bildirirəm. O ki qaldı ad çəkmək məsələsinə, zənnimcə, bu, vacib məsələ deyil. Yazıçının adının məruzədə çəkilib-çəkilməməsi onu narahat etməməlidir. O, yazdığı əsərlər barədə düşünməli, onların taleyi ilə maraqlanmalıdır. Qalan hər şey öz yerini tapacaq”.
Gənclərə tövsiyələrini verən Xalq yazıçısı onlara uğurlar arzulayıb.
Qeyd edək ki, məruzə “Ədəbiyyat qəzeti”nin növbəti buraxılışında dərc olunacaq.
Nadir YALÇIN
525-ci qəzet.- 2022.- 17 fevral.-S.10.