Əsrin qorxulu bəlası
- miyopiya
Hazırda dünyada təxminən
1,4 milyard insan miyopiyadan əziyyət çəkir.
Alimlərin hesablamalarına görə,
2050-ci ilə qədər
dünya əhalisinin yarısının, yəni
5 milyard insanın görmə qabiliyyəti zəif olacaq. Eyni zamanda, dünya əhalisinin 10 faizində miyopi dərəcəsi güclənəcək ki,
bu da tam korluq riski ilə
əlaqələndirilir.
Azərbaycanda da göz xəstəliklərindən
əziyyət çəkən
uşaqların sayı
durmadan artır. Bunu statistik
rəqəmlər də
təsdiqləyir. 15 il
bundan öncə -
2007-ci ildə 18 yaşına
çatmamış uşaqlarda
göz və gözün əlavə aparatının xəstəliyi
17790 nəfərdə aşkarlanmışdırsa,
2015-ci ildə bu rəqəm 31823 nəfərə
yüksəlib. 2019-cu ildə isə göz xəstəliklərindən
əziyyət çəkən
uşaqların sayı
bir qədər də artaraq 42 170 nəfərə çatıb.
Valideyn Arifə
Quliyeva deyir ki, oğlu Murad
3 yaşından eynək
istifadə edir. Artıq
4 ildir Murad eynəyin yardımı
ilə görür. Həkimlər uşağın zəif görməsinin səbəbi
kimi ananın hamiləlikdə stress keçirməsini
qeyd edirlər.
Dördüncü sinif şagirdi Mirhəsən də eynək taxır. Anası deyir
ki, Mirhəsənin gözündəki zəiflik
birinci sinfə hazırlıqla bağlı
həkim müayinəsi
zamanı aşkarlanıb.
Mirhəsənin oxuduğu sinifdə
5 şagird onun kimi eynəkdən istifadə edir. Uşaqlar daha əvvəlki illərdən fərqli olaraq eynəkli sinif yoldaşlarını
gülüş hədəfinə
çevirmirlər. Sinifdə eynək
taxanların sayı artdığından indi o
biri şagirdlər də bunu normal qarşılayırlar.
Akademik Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzinin
Uşaqlarda Gözün
Patalogiyası şöbəsinin
həkimi, oftolmoloq Nigar Həsənova deyir ki, Asiya
ölkələrində bu
bir bəla kimidir: "Sinqapurda 16 yaşına çatmamış
əhalinin 80, Tayvanda
85, Yaponiyada isə 87 faizi miyopdur. Onlarda erkən yaşlardan uzağı görmə zəifliyi qeydə alınır. Bunun səbəbi
həmin ölkələrdə
texnoloji avadanlıqlardan
istifadənin geniş
yayılması, o ölkələrin
özünün müasir
texnoloji avadanlıqlar
istehsal etməsidir.
Adları çəkilən ölkələrdə həmin
qurğular istehsal edildiyindən onlarda texnoloji avadanlıqların
qiyməti daha ucuzdur ki, bu
da telefon, kompyuter və planşetlərə uşaqların
əlçatanlığını asanlaşdırır. Təəssüf ki, artıq bu tendensiya Azərbaycanda
da müşahidə olunur".
Son illər uşaqlarda
rast gəlinən miyopiyanın artmasına gəlincə, Nigar Həsənovaya görə,
tədqiqatlar göstərir
ki, buna səbəb uşaqların
qapalı həyat tərzi keçirməsidir. Həkim
deyir ki, aparılan araşdırmalar
zamanı rayon yerlərində
yaşayan uşaqlarda
miyopiyaya az
təsadüf olunur. Buna səbəb orada
uşaqların göz
işlədikcə uzağa
baxması, təbiətin
qoynunda çox vaxt keçirməsidir.
Şəhər yerində isə
vəziyyət tamamilə
başqadır. Burada uşaqlar,
daha çox vaxtını komputer arxasında keçirirlər.
Son illərdə pandemiya şəraiti də miyopiyanın artmasını sürətləndirən
səbəblərdəndir. Digər bir məsələ isə valideyn diqqətsizliyidir. Uşaqlarda göz
zəifliyini ciddiyə
almayan, vaxtında həkimə müraciət
etməyən valideynlər
var. Bu da problemin daha da dərinləşməsinə
şərait yaradır.
Təhsil
eksperti Kamran Əsədov son illər şagirdlər arasında
eynək taxanların sayının kəskin
şəkildə artmasına
bir sıra amillərin təsir göstərdiyini bildirib:
"2020-ci ilin mart ayından
dərslər məsafədən
- distant olmaqla keçirilir.
Onlayn şəkildə təşkil
olunan dərslərdə
iştirak üçün
şagirdin komputeri, planşeti, telefonu olmalıdır. Ötən
zaman ərzində dərslərin belə təşkili də uşaqlarda göz xəstəliklərinin artmasına
təkan verdi.
Buna qədər isə orta ümümtəhsil
məktəblərində istifadə
olunan dərsliklərin
müasir standartlara cavab verməməsi də səbəblər sırasındadır. Vərəqlərin parlaqlığı, mətnlərdə
interval azlığı görmənin
zəifləməsi ilə
nəticələnir. Bundan başqa məktəblərdə
istifadə edilən stol və
stulların da şagirdlərin yaş səviyyəsinə uyğunlaşdırılmaması
onların görmə
məsafəsini qısaldır.
Son iki il
ərzində uşaqların
müxtəlif ölçülü
elektron vasitələrlə
dərslərə davam
etməsi onların sağlamlığına ciddi
zərbə vurub".
Ekspert hesab edir ki, şagirdlər
arasında göz məşqlərinin keçirilməsi,
fasilələrlə telefondan,
televizordan və digər elektron vasitələrdən istifadəyə
dair maarifləndirmə
işləri aparılmalıdır.
Oftalmoloqların fikrincə, görmənin
qorunması üçün
qidalanmaya da diqqət yetirilməlidir. Görmə keyfiyyəti
üçün bütün
lazımi vitamin və
mineralların istifadəsi
böyük əhəmiyyət
kəsb edir. Görmə qabiliyyətini yaxşılaşdırmaq
və bərpa etmək üçün əhəmiyyətli bir üsul da sağlam
meyvələrdən, tərəvəzlərdən
təzə, təbii formada və şirələrdən istifadə
etməkdir. Bu vəziyyətdə
ən faydalı yerkökü və alma hesab olunur.
Onlar gündəlik pəhrizinizə
daxil edilməlidir.
Ənənəvi müalicə üsulları
kimi həkimlər təzə yerkökü-alma
şirəsinə gicitkən
suyu əlavə etməyi məsləhət
görürlər. Bundan əlavə,
kök və soğan şirələrinin
qarışığının istifadəsinə əsaslanan
sübut edilmiş xalq təbabəti üsulları da var. Herbalistlər isə rue otundan istifadə etməyi tövsiyə edirlər, lakin mümkün allergik reaksiyalar səbəbindən
onunla diqqətli olmaq lazımdır. Görmə qabiliyyətini
bərpa etmək üçün
ən məşhur xalq üsulları otlarla meyvə və tərəvəzdən
istifadə edilməsidir.
Məsələn, 5:4:1 nisbətində
göyərti və kərəviz suyu ilə qarışdırılmış
xiyar suyu çox yaxşı təsir göstərə
bilər. Ərik də göz
üçün vacib
meyvədir, lakin ondan alınan şirə mağazada deyil, təzə hazırlanmalıdır. Əks halda,
o, artıq kifayət qədər fayda gətirməyəcək, sadəcə,
olaraq gündəlik pəhrizi şaxələndirəcək.
Bütün sadaladıqlarımızdan əlavə onu da qeyd edək
ki, yalnız oftalmoloqlar görmə qabiliyyətini yaxşılaşdırmaq
üçün nəyin
lazım olduğunu dəqiq müəyyənləşdirə
və həssas bir görüş təyin edə bilərlər. Özünümüalicə isə mənfi
nəticələrə gətirib
çıxarar. Tibbi
tövsiyələrə məhəl
qoyulmasa, hətta bəzən şirələr
də təhlükəli
ola bilər.
Buna görə də
valideynlər bu mövzuda çox diqqətli olmalıdırlar. Vaxtında aşkar
edilən miyopiya uğurla müalicə edilir.
Dilşad XAQANİQIZI
525-ci qəzet.- 2022.- 22 fevral.- S.15.