Şuşa şəhərinin 270 illiyində mən nə edə bilərəm?  

 

 

Şuşa şəhərinin 270 illiyi münasibətilə 2022-ci ilin "Şuşa İli" elan olunmasını mən təqdir edir alqışlayıram. Bu il tarixçilərin üzərinə böyük məsuliyyət düşür. Şuşa şəhərinin tarix mədəniyyətinin dünya ictimaiyyətinə akademik səviyyədə tanıtmaq imkanı yaranıb. Bir tarixçi kimi ilin əvvəlində öz tədqiqatlarıma ictimai mövqeyimə əsaslanaraq tezis şəklində aşağıdakı məqamları nəzərə çatdırmağı borc bilirəm.

Birincisi, mən hələ 2004-cü ildə bir tarixçi kimi Milli Azərbaycan Tarixi Muzeyinin qədim dövr arxeoloji materiallarını fəlsəfə doktorluğu dissertasiyam üçün sistemləşdirərkən Şuşanın tunc dövrü materiallarının Redkin lager tunc dövrü materialları kimi təqdim olunduğunu aşkar etmişdim. Materiallar Çar Rusiyası dövründə Şuşalı müəllim Emil Resler tərəfindən aşkar olunmuşdu Tiflis Qafqaz Muzeyində saxlanılırdı. Sovet dövrünün ilk illərində Azərbaycana məxsus bəzi arxeoloji etnoqrafik materiallar qardaşlıq nümunəsi olaraq geri qaytarılmış Azərbaycan Dövlət Muzeyinə təhvil verilmişdi. Yanlış olaraq Şuşa arxeoloji materialları aktda düzgün göstərilməsinə baxmayaraq inventar kitabında Redkin lager arxeoloji materialları kimi qeydə alınmışdı. Həmin materiallar tunc gəm (inv. ¹ 1052), ox ucları (inv. ¹ 1037; 1038), xəncər başlığı (inv. ¹ 1057), düymələr (inv. ¹ 1056; 1060), lövhəcik ya kəmər hissəsi (inv. ¹ 1058; 1051), qolbaqlar (inv. ¹ 1045; 1046), çaxmaqdaşı dəvəgözüdən ox ucları (inv. ¹ 1039; 1040), əqiq balıqqulağı muncuqlar (inv. ¹ 1053; 1059; 1054; 1055), heyvan dişləri (inv. ¹ 1048; 1050) çürümüş ağac parçasından (inv. ¹ 1049) ibarət maddi-mədəniyyət nümunələridir. Bu az material Şuşanın Son tuncilk dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyəti abidələrinin zənginliyini göstərir. Düşünürəm ki, bu məsələdə tədqiqatçılar üçün iki imkan yaratmaq lazımdır: 1. Şuşa ətrafında təxirəsalınmaz arxeoloji kəşfiyyat işlərinin aparılması və ilin ikinci yarısına qədər akademik səviyyədə elmi hesabatın yazılması (bu məqamda bir neçə ölkənin bizim də tanıdığımız tunc dövrü mütəxəssisləri və ya akademikictimai təşkilatları cəlb oluna bilər); 2. Frederik Dübua de Monperö, Emil Resler, Sara Aşurbəyli kimi tədqiqatçıların Şuşa şəhəri ətrafında tədqiqatlarına əsaslanaraq gənc alimlərin Gürcüstan, Rusiya, Almaniya, Fransa, o cümlədən, Azərbaycanda Şuşa arxeoloji materiallarını kataloqlaşdırması, onların hesabat və məqalələrin tərcümə olunması, ilin sonuna fundamental əsərin ortaya çıxarılması (bu məsələdə bizə həmin ölkələrin muzeylərilə yanaşı, həmin muzeylərin akademik işlərlə məşğul olan əməkdaşları da yardım edə bilər).

İkincisi, Şuşa şəhəri haqqında ikinci tezisimi hələ 2016-cı ildə Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa Arxeoloqları Assosiasiyasının 22-ci İllik toplantısında (Post Medieval Archaeology in Azerbaijan) "Azərbaycanda Orta əsrlər sonrası arxeologiyası" adı ilə təqdim etmişdim. XVIII əsr xanlıq dövrü paytaxt şəhərlərinin öyrənilməsi sahəsində Azərbaycanda professor Qafar Cəbiyevin başçılıq etdiyi Ağsu arxeoloji ekspedisiyası ixtisaslaşdığı üçün Şuşa və Şəki şəhərlərində arxeoloji tədqiqatların aparılmasının əhəmiyyətini vurğulamışdım. Doğrudur, biz hələ Ağsuda xanlıq dövrü arxeologiyasını öyrənəndə əksər arxeoloqlar buna ehtiyac olmadığını deyirdilər, lakin zaman göstərdi ki, doğru yoldayıq və çox zəruridir. Düşünürəm ki, professor Qafar Cəbiyevin son orta əsr abidələrini öyrənmə təcrübəsi (bura son dövrlərdə genişmiqyaslı arxeoloji tədqiqatlar aparılan Orta əsr Ağsu şəhəri, Qəbələ şəhərinin Qala hissəsi, Basqal qəsəbəsi, Avaxıl Pir Ömər türbəsi və başqaları daxildir), onun rəhbərlik etdiyi ekspedisiyanın imkanları, əməkdaşların aşkarlama və işləmə bacarığı Şuşa şəhərinin bütün ictimai binalarının və meydanlarının sürətlə arxeoloji baxımdan öyrənilməsinə, ilin sonuna hesabatın hazırlanmasına və fundamental nəşrin ortaya çıxmasına imkan verə bilər. Qeyd edim ki, bu prosesə mənim də üzvü olduğum beynəlxalq ictimai təşkilatlar - Avropa Arxeoloqları Assosiasiyası və Orta Əsrlər Sonrası Arxeologiyası Cəmiyyəti də cəlb edilə bilər. Şuşa şəhərinin Orta əsrlər sonrası arxeologiyasının mütəxəssislərlə öyrənilməsi görüləcək işin elmi səviyyəsini və təqdimatını artımış olar.

Üçüncüsü, mən UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın - İKOMOS-un və həmin təşkilatın Azərbaycan Milli Komitəsi İdarə Heyətinin üzvüyəm. Bununla yanaşı, mən bəlkə də, Azərbaycanda yeganə alim kimi İKOMOS-un könüllü rəyçisiyəm. Bildirmək istəyirəm ki, hələ 2015-ci ildə mərkəzi Nyu-Yorkda yerləşən Dünya Abidələr Fondunun 2016-cı il Təhlükə altında olan abidələr siyahısı üçün "Tarixi Qarabağ irsini sənədləşdirmə layihəsi"ni hazırladım və həmin fonda təqdim etdim. Lakin o zaman Mədəniyyət və Turizm Nazirliyi ilə Xarici İşlər Nazirliyi mənim layihəmə müsbət yanaşmadıqları üçün layihəni geri götürməli oldum. Lakin Şuşa tarix-mədəniyyət abidələrinin də içərisində olduğu həmin layihənin tezislərini Şimali Makedoniya Respublikasının Ohrid şəhərində keçirilən beynəlxalq konfransda məruzə elədim və məqalə nəşr olundu. Düşünürəm ki, erməni diasporunun akademik qanadı bizim özümüzü təcrid etdiyimiz bu meydanı boş buraxmayacaqbizi mədəni irs sahəsində ittiham etdikləri şəkildə belə siyahılara müraciət edəcəklər. Odur ki, Ədliyyə Nazirliyi UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın - İKOMOS-un Azərbaycan Milli Komitəsini qeydiyyata almağa çalışmalıdır. Həm IKOMOS, həm də Dünya Abidələr Fondunun ya beynəlxalq, ya da regional toplantısını Şuşa şəhərində keçirmək həm tanıtım, həm də Şuşa ilinə bir töhfə ola bilər.

Dördüncüsü, mənim həmtəsisçisi olduğum və mədəni irsin öyrənilməsi, mühafizəsi, təbliği sahəsində böyük təcrübəyə malik "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvlərini Şuşa şəhərinin müvafiq işlərinə cəlb etmək mümkündür. Akademik sahədə təcrübəyə malik çoxsaylı üzvlərimiz istər könüllü, istər ödənişli işlərdə yaxından iştirak edə bilərlər. Təəssüf ki, Azərbaycanda "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi kimi mədəni irs sahəsində ixtisaslı və təcrübəli üzvlərin toplandığı QHT-lər yox səviyyəsindədir. Qeyd edim ki, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Şuşada məsciddə görüşən italiyalı memar Prof.Dr. Luigi Scrinzi həm də bizim birliyin İtaliya təmsilçisidir. Luigi Scrinzi Ağsu, Qəbələ, Basqal, Dəmirçi, Avaxıl tədqiqatlarımıza bərpaçı kimi öz məsləhətləri ilə qatılıb. Onunla birlikdə İtaliyada Milan (2012) və Verona (2015) şəhərlərində beynəlxalq konfranslar keçirmişik, hər iki konfransda Azərbaycan 45 alim və tədqiqatçı ilə təmsil olunub. "Miras" İctimai Birliyi üzvləri gənc bərpaçı və konservasiyaçıların beynəlxalq şəbəkəsi olan YOCOCU Assosiasiyasının da qurucularındandır. YOCOCU Assosiasiyası ilə həm Azərbaycanda, həm də dünyada çoxsaylı kurs, seminar, konfransların təşkilatçısı olmuşuq. YOCOCU Assosiasiyasının əsas konfransı Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Konfransıdır. Konfrans Roma (2008), Palermo (2010), Antverpen (2012), Ağsu (2014), Madrid (2016), Matera (2018), Tbilisi (2020) şəhərlərində keçirilib. Fevral ayında Romada YOCOCU Assosiasiyasının "Mədəni irsin yaşıl konservasiyası" konfransı keçirilib. Razılıq olarsa, mən Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Konfransının Şuşa şəhərində keçirilməsini təklif edə bilərəm. YOCOCU Assosiasiyası dünyanın çox sayda gənc bərpaçılarını birləşdirir, onların Şuşa bərpa prosesinə qoşulması çox əhəmiyyətli görünür. Avropa universitetlərində mədəni irs nümunələrinin analizinin aparılması ilə yanaşı, nəticələrin beynəlxalq jurnallarda nəşri görüləcək işlərin akademik üstünlüyünü göstərmiş olar. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təsis etdiyi konfranslardan biri Abidələr Tarixi Yerlər Beynəlxalq Simpoziumudur. Simpozium keçirildiyi yerin adı ilə adlandırılır. Birinci simpozium Qubada, ikinci üçüncü simpozium Ağsuda keçirilib. Abidələr Tarixi Yerlər Dördüncü Beynəlxalq Şuşa Simpoziumu elan oluna, tezisləri toplana, konfrans Şuşada keçirilə materialları beynəlxalq nəşriyyatların birində nəşr oluna bilər.

Beşincisi, mənim doktorluq dissertasiyam sufizm xanəgahlar mövzusundadır. Qeyd edim ki, Şuşa şəhərinin tarixində maraqlı hadisələr çox olub. Onlardan biri Xurşidbanu Natəvanın həyat yoldaşı Xasay xan Usmiyev il Laçının Cicimli kəndindən olan Həmzə Nigarinin yollarının Şuşada kəsişməsidir. Xasay xan Usmiyev Şuşa şəhərində ziyalıların məclislərini təşkil edirmiş. O məclislərdə ədəbiyyat, ilahiyyat və cəmiyyət mövzularında söhbətlər olurmuş. Bu məclislər Şuşa qalasının yaxınlığında yerləşən Xan bağı adlanan yerdə Natəvanın sarayında baş tuturdu. Həmin məclislərdə Həmzə Nigarinin fəal rol oynaması, onun Çar Rusiyasına qarşı Osmanlı dövlətini dəstəkləməsi, ruslarla mübarizə aparmağa təşviq etməsi dövlət orqanlarına çatandan sonra Xasay xan Usmiyev şəhərdən sürgün olunur, Həmzə Nigari Türkiyənin Amasiya şəhərinə mühacirət edir. Fəxrəddin Ağabalinin "Humayi-Arş" əsərində bu hadisələr dəqiqliklə təsvir olunur. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təsisçisi olduğu Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunu Ağdam rayonu Quzanlı qəsəbəsində keçirməyi planlaşdırır. Ədəbiyyat, sufizm, tarix, mədəniyyət sahəsində çoxsaylı mütəxəssislərin iştirak etdiyi və əvvəllər Amasiya, Bakı, Şamaxı və Merzifon şəhərlərində keçirilən simpozium Şuşa ilinə həsr olunub.

Bu təkliflərin hamısının həyata keçirilməsində yaxından iştirak etməyə və davamlı nəticələrin ortaya çıxarılmasına bir mədəni irs mütəxəssisi kimi hazıram.

 

 

Fariz XƏLİLLİ,

Tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 24 fevral.- S.13.