Son nəfəsə qədər Vətənə
sədaqət
Şanlı Zəfərlə nəticələnən
44 günlük Vətən
müharibəsinə yollanan
qəhrəmanlardan biri
də 21 yaşlı Ruhid İslamlı idi.
Ruhid Uğur oğlu İslamlı 1999-cu il aprelin 1-də Lerik rayonunun Çeşman kəndində
anadan olub. O, Vətənini, xalqını,
dövlətini sevən
əsl vətənpərvər
insanların əhatəsində
böyüyüb. Ruhid hələ
kiçik yaşlarından
müxtəlif idman növlərinə maraq göstərib. Məşğul olduğu idman növləri üzrə beynəlxalq, regional tədbir
və yarışlarda
iştirak edərək
yüksək nəticələr
sərgiləyib. Həmçinin,
məktəbdə oxuduğu
vaxtlarda intellektual
oyunlar, olimpiada və hərbi yarışlarda fəal iştirak edib. O zəkası,
səlis nitqi, sosial aktivliyi və ən əsası, Vətənə
sevgisi ilə daim yaşıdlarına örnək olub.
Ruhid 2016-cı ildə
Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən
315 saylı məktəbi
bitirib. Naxçıvan Muxtar Respublikası
Müəllimlər İnstitutunun
Təhsildə sosial psixoloji xidmət ixtisasına daxil olub. Niyyəti Vətəninə, xalqına
fayda vermək olan Ruhid Tələbə
biletini alan
gündən özünü
daha da püxtələşdirməyə
can atıb. Sağlam əqidəsi, yüksək
mədəniyyəti, dərin
zəkası sayəsində
institutda onu tanıyan hər kəsin gözündə
ucalıb, ehtiram sahibi olub. Məhz elə buna görə də Ruhid Gənclər Birliyinə sədr seçilib, Azərbaycan Maarifçilər Birliyinin üzvü olub. O, 2020-ci ildə ali təhsilini
uğurla başa vurub.
2020-ci ildə Ruhid
İslamlı həqiqi
hərbi xidmətə
yollanıb. 27 sentyabr Vətən müharibəsi
başlananda o, minlərlə
qəhrəman oğul
kimi sinəsini Vətənə
tuşlanan güllələrə
sipər edib. Qanlı müharibədə Talışkənd,
Suqovuşan istiqamətində,
Murov zirvəsində işğalçılara qarşı
döyüşüb. Ruhid torpaq uğrunda son nəfəsə qədər
vuruşmağa and içib.
Oktyabrın 6-da - müharibənin
qızğın vaxtında
Goranboyun Gülüstan
kəndi yaxınlığında strateji
əhəmiyyətə malik
yüksəklikdə - Çənlibel
postunda qəhrəmancasına
şəhid olub.
Ruhid və onun kimi qəhrəman
oğulların adı
Vətənin qürur
tarixinə əbədi
həkk oldu. Bu qısa
ömründə qəhrəmanlıq
payı böyük olan Ruhid İslamlı
ölümündən sonra
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına
əsasən "Vətən
uğrunda", "Suqovuşanın
azad olunmasına görə", "Cəsur
döyüşçü", "Vətən müharibəsi iştirakçısı"
medallarına layiq görüldü. Doğma Çeşman
kəndində isə
onun adına bulaq inşa edildi. Kənd sakinləri buranı
özlərinə ən
müqəddəs and yeri
bilirlər.
Zəfər
ORUCOĞLU
525-ci qəzet.- 2022.- 25 fevral.- S.16.