Leylaya görə...
Kim deyir eşqə
düşüb Məcnun
o Leylaya görə?!
Əhvalat vaqe olub başqa
müəmmaya görə.
Göstərib çöhrəsini zərrəcə Qeysin gözünə,
Onu Məcnun
eləyib guya ki, Leylaya görə.
Ali istək Onadır, xəlq edib əcdadımızı,
Adəmi əfv elədi sevdiyi Həvvaya görə.
Çox
sevənlər yaşadı,
dünyasını vurdu
başa,
Cahana gəldi
Şirin düşdüyü
sevdaya görə.
İnsana
sevgi verib, cilvələyib istəyini,
Hərə bir cür görünür
eşqi-təmənnaya görə.
Möhtəşəm qüdrətinə
təslim edibdi cahanı,
Günəşi nur yaradıb xırdalanan Aya görə.
Yaradan gör nə yaratmış bu geniş asimanı,
Onu da sonsuz edib göydəki
məcraya görə.
Yaşadıqca həyatı xalqa
gərək əl tutasan,
Yaxşılıq tez yazılır hər kəsə icraya görə.
Bəxtiyar! İsrafilin ifasın
bilsən nə sayaq,
Çalacaq xətmi-suru sonda bu dünyaya görə.
Olmayıb
Əlini
yada salıb sevməyən insan olmayıb,
Olsa da, nadan olub, əhli-müsəlman
olmayıb.
Onun da dövri-zamanda çox olub dərdi-səri,
Adına layiq olub, heç
də pərişan olmayıb.
İstəsən bənzəyəsən şiri-hünərdə Əliyə,
Ona çatmaq
zor olar, böylə pəhləvan
olmayıb.
Vuruşub haqqa görə,
o fəth edib zirvələri,
Cahanda onun kimi dərdlərə dərman olmayıb.
Hər namaz vaxtı qalıb aşiqiylə üzbəüzə,
Hələ heç kəs bu qədər yarla həmzəban olmayıb.
Cahana sabit olub, elmə
bir qapıdır Əli,
Doğrudan da bu sayaq
mənbəyi-ürfan olmayıb.
Bəxtiyar, sən nə qədər tərif eyləsən şəninə,
Dediyin çox az
olar, bir belə dastan olmayıb.
Bəxtiyar Abi Astaralı
525-ci qəzet.- 2022.- 25 fevral.- S.16.