Pandemiyanın həyatımıza daxil etdiyi "xroniki yorğunluq"

 

Bəzilərimiz üçün günlər sanki kürəyində daş dolu bir çanta ilə dağa çıxmağa bənzəyir. Hər gün yorğunluq içində keçir qədər dincəlsək , özümüzə gələ bilmirik. Səhərlər çətinliklə oyanırıq, əzələ ağrılarından, yuxu pozğunluğundan əziyyət çəkirik. Statistik məlumatlara görə, dünya əhalisinin təxminən 3,6 faizi sakini özündə o qədər tez-tez güclü yorğunluq hiss edir ki, onların işləməyə, oxumağa həvəsləri olur. Əmək qabiliyyətli insanların isə təxminən 15 faizi  xroniki yorğunluq sindromundan əziyyət çəkirlər.

 

Siz necə, özünüzü yorğun hiss edirsinizmi?

 

Xroniki yorğunluq sindromu bir neçə ay davam edir psixologiya ilə yanaşı, bir çox orqanların bioloji fəaliyyətinə təsir göstərir.  Əgər sizdə davamlı olaraq diqqət pozğunluğu unutqanlıq,  əzələ boğaz ağrısı, halsızlıq, yuxu pozğunluqları, idman sonrası keçməyən yorğunluq, enerji itkisi depressiv duyğulanma varsa, "xroniki yorğunluq"dan əziyyət çəkirsiniz.

 

Xroniki yorğunluq sindromunun hansı səbəbdən yaranması ilə bağlı alimlər uzun müddət araşdırma aparsalar da, bu qədər güclü yorğunluğa səbəb olan amilləri dəqiqliklə tapa bilməyiblər.

 

Mütəxəssislərin əksəri  hesab edir ki, xroniki yorğunluq sindromu xəstəlik deyil.

 

Avstraliya ABŞ tədqiqatçıları isə bildirirlər ki, xroniki yorğunluğun sindromu stress ya gərgin deyil. Onun yaranmasının əsas səbəbi immun hüceyrələrinin səthində olan reseptorun strukturunu pozan mutasiyalardır. Bütün bunlar isə sübut edir ki, milyonlarla insan bütün dünyada bu mutasiyayla bağlı yaranan xəstəlikdən əzab çəkir nəticədə özlərində çox güclü yorğunluq hiss edirlər. Çin alimləri isə hesab ediblər ki, xroniki yorğunluq sindromu enerji balansının pozulmasıdır.

 

Həkim terapevt Zakir Quliyevin sözlərinə görə, xroniki yorğunluq, kifayət qədər istirahətə baxmayaraq, səmərəliliyinin azalmasına, ictimai həyatdan uzaqlaşmağa insanların özünü daim yorğun hiss etməsi kimi simptomlarla özünü göstərən psixoloji problemdir: "Bəzi xəstələrdə yalnız yüngül yorğunluq aşağı enerji şəklində görülə bilər, ancaq daha inkişaf etmiş səviyyələrdə insanın gündəlik fəaliyyətini belə edə bilmədiyi bir növ qayğıya ehtiyacı olan ölçülərə çata bilər. Sindromu psixoloji problem kimi qələmə vermək olar, lakin psixoloji ölçüsünün yanında zehni fiziki təsirləri var. Duyğusal tükənmə xəstələrdə heç bir fəaliyyət göstərmək gücünə malik olmadıqlarını hiss etmək ürəkbulanma, əzələ ağrıları, konsentrasiyanın olmaması unutqanlıq kimi problemləri ortaya çıxarır".

 

Həkim deyir ki, xroniki yorğunluq sindromu çox yayılmış bir problem olsa da, dəqiq səbəbi hələ müəyyən edilməyib: "Bu xəstəlik ümumiyyətlə, 30-50 yaş arası fərdlərə təsir edir qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Sindromlu şəxslərin əksəriyyətində əzələ oynaq ağrısı, daimi yorğunluq ən az 6 ay enerji çatışmazlığı var. Pandemiya dövründə hər kəs ölənlərin sayına diqqət yetirsə , xəstələrin bir qismi hələ virusun geridə qoyduğu problemlərlə məşğul olur. Bu sağlamlıq problemlərindən biri "xroniki yorğunluq"dur. Virusun ortaya çıxdığı gündən bu xəstəliyin adını tez-tez eşitməyə başladıq. COVİD-19 pandemiyası dövründə xronik yorğunluq sindromu ciddi şəkildə artmağa başladı. Buna həm xəstəliyin birbaşa həm bilavasitə təsirləri (stress, gərginlik, qorxu) səbəb oldu. Bilinənin əksinə, xəstələr qədər istirahət etsələr yorğunluq hissinin öhdəsindən gələ bilmirlər. Bu səbəbdən daimi yorğunluq hissi 6 aydan çox davam edən xəstələr mütləq dəstək üçün sağlamlıq müəssisələrinə müraciət etməlidirlər".

 

Psixoloq Gülər Məmmədovanın fikrincə, insanlarda müəyyən hal pozuntuları olur ki, onlar simptomlar şəklində cərəyan edir. Yüklənmiş rejimi, enerjilərindən dolayı özlərini təhrik etdiyi müəyyən işlər onları yora bilir.  Məqsədlərinə çatmaq üçün gərgin rejimi onların zehni fəaliyyətində çökmələr yaradır. Onlar özündə müəyyən resursların tükəndiyini hiss edir. İnsanın özünü məqsədyönlü şəkildə bu hala salması onların özlərinin planlamasıdır. İnsanlar özünün fizioloji proseslərin tab gətirmə prosesinin fərqinə varmır. Onlar bəzən özlərindən daha ötəsini tələb edirlər. Orqanizmlərində nəyin tükənmiş olduğunu bilmirlər. Hətta bəzi insanlar emosional yanma sindromuna da tutulur.  Bu depressiyadan fərqli bir xəstəlikdir. Əgər depressiyanın  müəyyən simptomları - gecə yuxusuzluğuyaxud həddindən artıq çox yatma, həddindən artıq çox yemə, mütəmadi ağlama, yersiz gülmə, hər şeydən uzaqlaşma, təkliyə qapanma, evdən çölə çıxmamaq istəməmək kimis. varsa həmin şəxsin depressiyaya düçar olduğunu demək olar. Bu simptomlar olarsa həyəcan təbili çalınmalıdır. Yox əgər bu simptomlar deyil, buna oxşar simptomlar var.  Nəzərə alsaq ki, həftə ərzində gərgin rejimi keçirib, o zaman xroniki yorğunluğun əlamətidir demək olar. Belə olan  halda həmin şəxslər dincəlməyə üstünlük versələr, işlərini azaltsalar onda yorğunluqdan zamanla qurtula bilərlər. Bu zaman həmin insanlar düzgün qidalanmalı, meditasiya etməli, istirahətlərinə fikir verməlidirlər.

 

Dilşad XAQANİQIZI

 

525-ci qəzet.- 2022.- 25 fevral.- S.11.