Kim öldürdü, körpə, səni?

 

 

Kim öldürdü, körpə, səni,

Doğulmayan əllərini?

Kim öldürdü gözlərini?

Kipriklərin uzundumu,

Tellərin rəngindəydi,

Qaramı, qızılıydımı?

Ananınkı ipək kimi, qara şəvə, cilvəliydi,

Anan cilvələr içindən, dəli haraylar çəkirdi,

Yox, yox, körpə! Anan dəli deyildi!

Öldürdülər.

Şər vaxtımı, sübh çağımı?

Ananı çağırdınmı,

Bildinmi onun adını?

Kim eşitdi qığıltını,

bircə ağız ağladınmı?

Amma anan ağlamışdı... Sübh çağıydı, deyəsən,

Bir erməni gülləsinə, fəğan edib yalvarmışdı.

"Çiçək Fatimə"ydi adı, zahılığı aha bulandı, körpə!

Param-parçaydı qolların,

Şəhid etdilər səni!

Göy müşəmbənin içindən

bir yol əl-qol da atmadın,

Doğulmayan əllərini

bir yol atıb oynatmadın.

Necə gözəl oynayardı, amma anan!

Qolları qu lələyiydi, kirpikləri yelpik idi,

Bildinmi ki, körpəcik, anan necə gözəldi!

Vücudun yuxularda!..

Sən anana qısılmadın,

Eşitmədin laylasını,

Yellənmədin nənnisində.

Sən Günəşdən asılmadın,

Əylənmədin hanasında.

Amma anan... sarınmışdı Günəşə...

Əllərini, gözlərini, səni əmanət deyib

Doğulmayan ürəyini... tapşırmışdı Günəşə.

Barmaqların qan içində.

Cıqqanacıq o barmaqlar

Ana döşü aramadı,

titrəmədi sinəsində,

Ana qoxusu dadmadın, qızınmadın istisinə.

Amma anan... göylərin ətəyində gözlərini,

əllərini görmüşdü. O ətcə barmaqlarını

sübhə qədər... bircə-bircə öpmüşdü!..

Böyümədi əllərin,

Böyümədi gözlərin,

Çiçəklərə, güllərə

bulaşmadı tellərin.

Aman körpə!

Doğum günün, ölüm günündü! Sənin...

Anan... on səkkizinin içində...

Əlləri böyümüşdü, gözləri böyümüşdü,

Telləri teyxa... yaş su... Anan çoxdan ölmüşdü!..

... "Fatimə məscid"ində yuyurlar Fatiməni.

Zahılıqdan azad oldu Fatimə...

Qanla dolu astana! -

Yuyurlar körpə, yuyurlar, səni !

səsin, səmirin.

Dünyanın gözü doydu!

İç qatil, ! Ana qanıdır! İç, İç!

O ananın Allahı

bil, səni bir gecə

yaman q

andıracaqdır!!!

 

... Dikilib göylərə o qara gözlər,

Qüssəli baxırlar göydən ulduzlar.

Qan aparır Fatimənin

qara şəvə, cilvəli tellərini...

Kərəm ol sən, o gözəlin allahı,

Fatimənin

Sinəsi üstə qoydular

Körpənin

Param-parça əllərini...

                              1992

 

 

Nurəngiz GÜN

 

525-ci qəzet.- 2022.- 26 fevral.- S.23.