Zəfər təranəsi
Fevralın
14-də ömrün 77 ilini
arxada qoyub irəli adladım. Bu münasibətlə istər
sosial şəbəkələrdə, istərsə də mətbuat
səhifələrində adıma ünvanlanan təbriklər
çələnginə görə elliyinizə minnətdaram,
İstəkli dostlar, qohumlar, tanışlar. Ağrı-acılarla
yanaşı, həm də sevinclərlə ötüşən
ömrümdə mənə fərəh gətirən, bu
yaşa gəlib çatmamda yoluma işıq tutan hər
birinizin qarşısında hörmətlə baş əyirəm.
Şair olmasam da, 44 günlük Vətən müharibəsində
mənfur düşmənə qan udduran, on illərlə
torpaqlarımızı işğal altında saxlayan,
obalarımızı viran qoymuş hay dığalarını
yerində oturdan müzəffər ordumuza həsr elədiyim
bir şeirimlə görüşünüzə gəlməyi
lazım bildim, əzizlərim.
Günəşim
doğdu ayım öz yerinə bənd oldu
Ruhumun nəhri
yenə güclü təlatümlə axır.
Otuz ildi
başımı sarmış idi faciələr
Gözlərim
şükürlər olsun sabaha şəstlə baxır.
Süfrəmin
ruzusu çoxdandı qaçaq düşmüşdü
Allahım
loxmama indi yağı bal üstə yaxır.
Bəd gələn
illəri "Ya Haqq" deyərək zikr elədim
Tanrı
öz bəndəsini vaxtı gələndə yoluxur.
Çəkdi
min imtahana, tuş elədi min əzaba
Ona kim
şəkk gətirərsə əvəzin böylə
çıxır.
Bəzi
"dostlar" qaçıban dövrəmi tərk
etmişdi
Xeyr ola
gah biri burdan biri ordan qalxır.
Biri də
vardı yeyib artığımı kişnərdi
İndiki
halımı görcək fəğanı ərşə
çıxar.
Gəlin
ellikcə Ulu öndərə minnətdar olaq
Dahinin qədri
bilinməzsə eli yoldan azar.
Hər kəsin
taleyi dərgahda çoxdan yazılıb
Orda
çax-çux eləməkçün nə dükan var nə
bazar.
Düşmənin
min üzü var, hər kəs onu anlamasa
Rəbbim
öz qamçısını küt başına zərblə
çaxar.
Yumruğu
dağ uçuran İlhamımız var olsun!
Şuşamız
pişvazına şəstlə, məhəbbətlə
çıxır.
İntiqam
aç gözünü, yan-yörəni zənd ilə
süz
Bil ki,
düşmən ucalan taxtına qibtəylə baxır.
İntiqam MEHDİZADƏ
525-ci qəzet.- 2022.- 26 fevral.- S.23.