"Vətən": yüksək poetik ruh və dərin fəlsəfi mahiyyət

 

 

Şair Ramiz Qusarçaylının "Vətən" poemasını, məncə, onun yaradıcılığının zirvəsi hesab etmək olar. Poemanın mürəkkəbliyi, problemlərin dərinliyi əhatəliliyi müəllifin tarixi biliyinin fəlsəfi mahiyyətini açır. Müəllif Azərbaycan tarixini, zamanın məkanın fəlsəfi-tarixi fikir gerçəkliyi kontekstində, tarixi xronoloji ardıcıllıq prinsipi əsasında qələmə alıb. Qeyd etdiyimiz kimi, müəllif poemada tarixilik prinsipini pozmayıb, əksinə, ona ciddi şəkildə riayət edib nəticədə ədəbiyyat tarix sanki bir-birinə qovuşaraq dərin, tutarlı fəlsəfi mahiyyət qazanıb.

Poemadan da görünür ki, şair əsəri qələmə alana qədər uzun müddət müxtəlif ideya bədii axtarışlarda olub. Hazırkı dövrdə zəfər qələbəsi ab-havasında vətənpərvərlik hissinin olduqca güclü olduğu bir zamanda Şair zamanın tələbinə  Vətən poeması ilə cavab verib.

Poemada nəhəng tarixi şəxsiyyətlər tarixi hadisələr bir-birini əvəz etsə , poemanın mərkəzində duran əsas ideoloji məsələ Vətənə sevgi, vətənpərvərlikdir. Yəni bu məsələ bütövlükdə poemanın mahiyyətini əks edir poemanın vahid fəlsəfi nüvəsi rolunu icra edir. Təsadüfi deyil ki, elə poemanın əvvəlində şair "Davam Azərbaycan davasıdır". Daha sonra "İlahi zülümmüş vətəni sevmək, İlahi ölümmüş vətəni sevmək" deyir. Poemada ayrı-ayrı tarixi hadisələrin bədii təsviri deyil, ilk növbədə vətənpərvərlik məsələsinin qoyuluşu, onun təsvirinin ümumi xarakteri məhz poemanın bədii strukturunun ana xəttini təşkil edir.

Qeyd etmək istərdim ki, poemadan məkan zaman amili qırmızı xətt kimi keçir. Şair qədim müasir Azərbaycan ərazisində baş verən tarixi hadisələrin ardıcıllığını davamlılığını dərk edərək qələmə alır, zamanın istiqamətini müəyyənləşdirməyə cəhd göstərir.  Burda məkan Azərbaycan, zaman isə bizim eradan əvvəl üçüncü minillikdən müasir dövrümüzə, vətənimiz üçün keşməkeşli olan hadisələrə, Vətən müharibəsi daxil olmaqla Zəfər günümüzədək olan böyük bir dövrü, başqa sözlə bütövlükdə Azərbaycan tarixini əhatə edir.

Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən, müxtəlif dini inanclardan, Babəkdən, Cavanşirdən, fars, ərəb, rus istilasından, Dünya müharibəsindən, SSRİ-nin dağılmasından nəhayət erməni məkrindən, ölkəmizə qarşı ikili standartlardan bəhs edən şair, türkün milli identikliyi məsələsini qabardır, tarixdə türkün ilk adı, ilk dövləti (Aratta), dövlətçiliyi kimi məsələləri özünəməxsus bədii üslubda oxucusuna izah edir, öyrədir, milli kimliyimizi tanıdır. Onun min zülmlə, ata-babalarımızın canı, qanı hesabına qazanıldığını göstərir. Poemada Azərbaycan məsələsi, milli birlik məsələsi şair tərəfindən ürək yanğısı ilə qələmə alınıb.

Poemada yüksək poetik fəlsəfi fikir istənilən tarixi hadisənin ən vacib detalları, bəzi tarixi səhnələrin təsviri nəhayət, fabulası ilə tamamlanır. Poemada bütün hadisələr o qədər ətraflı şəkildə, bəzən kiçik təfərrüatlarına qədər verilir ki, bəzən şairin bunu necə diləyatan qafiyəyə oturda bilməsi insanı təəccübləndirir.

Şair öz varlığının mahiyyətinə bədii təfəkkürünün imkanlarına uyğun olaraq, real tarixi hadisələri konkretliyi, dürüstlüyü itirmədən üzvi şəkildə özünün poeziya dünyasına daxil edib. Hiss olunur ki, şair Azərbaycan tarixinin dərin bilicisi olduğundan, sanki  poemanı birnəfəsə yazıb. Lakin əslində, poemanın üzün illərin  böyük zəhməti nəticəsində ortaya çıxdığını bilirik. Bu, onun özünün "Hər gün öyrənirəm Azərbaycanı. Hər gün oxuyuram hey varaq-varaq" ifadəsindən aydın görünür.

Tarix boyu baş vermiş hadisələrin mahiyyətini poeziya dili ilə açmağa nail olan şair, sanki tarixin gedişində, o hadisələrin gələcəkdə baş verəcək hadisələrə bir zəmin hazırladığını gələcək nəsillərə eşitdirir. Müasir dövrün keçmişlə gələcəyi birləşdirən bir bağ, bir pillə, bir əlaqə olduğunu göstərir.

Poemada XIX əsrdə XX əsrin əvvəllərində məruz qaldığımız işğalçı rus-bolşevik siyasətinə,  erməni məkrinə, erməni işğalına vandalizminə, dünyanın bu məsələyə ikili standartlar əsasında yanaşmasına, 20 yanvar faciəsinə, Ümummilli lider Heydər Əliyevin  hakimiyyətə qayıdışına, Vətənin çətin, ağrılı zamanlarında yürütdüyü düzgün siyasətə xüsusi yer ayrılıb.

Vətənin, xalqın ana torpağın keçən əsrin sonlarında geosiyasi maraqların daxili çəkişmələrin girovuna çevrildiyini "Qəbir qəbirdən uzun, Ömür ömürdən qısa. Üstdə siyasət buzu, Altda millətdən bazar" sətirləri ilə deyən şair Xocalı soyqırımında milli-mənəvi dəyərlərimizdən biri olan qeyrət, namus, şərəf simvolu sayılan papağın bir ahıl kişinin başından düşsə , əslində, yerə düşənin Vətənin papağı olduğunu ürək ağrısı ilə deyirvə bu papağın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi şanlı ordumuzun şücaəti ilə yerinə qaytarıldığını, Azərbaycan bayrağının işğaldan azad olunmuş torpaqlarımıza sancıldığını təsvir vəsf edir. Vətən təəssübü çəkən, Vətənin dərdini dərdi, sevincini sevinci bilən bir vətəndaş kimi, bir yanar ürəkli şair kimi qürurla deyir: "Axır ki, mənim zəfərim gəldi, Mənim Qələbə əsərim gəldi!"

Birmənalı şəkildə deyərdim ki, poema tarixi-fəlsəfi aspektdə yazılmış bədii əsərdir. "Vətən"i oxuduqca buna bir daha əmin olursan ki, poema sadəcə tarixi poema deyil, özündə dərin sətiraltı fəlsəfi mahiyyət daşıyan əsərdir. Tarixin ruhu, hadisələrin mahiyyəti sözün əsl mənasında poemaya hakim kəsilib, poemanının məzmununu yüksəklərə qaldırır, onun miqyasını müəyyənləşdirir, geniş, həyəcanlandırıcı üfüqlər açır. Müəllifin poemada qələmə aldığı məsələlərin dərinliyi o qədər aşkardır ki, oxucunun qəlbinə nüfuz edir geniş müzakirələrə meydan verir.

Ramiz Qusarçaylının "Vətən" poeması Azərbaycan tarixinin elə bir taleyüklü mərhələsində yazıldı ki, artıq vətən tarixi xalqımızın mənəvi həyatının bir parçasına, xalqımızın tarixi təfəkkürünün formalaşmasında müstəsna çəkisi olan bir amilə çevrilib. Bu nöqteyi-nəzərdən Vətən poeması məhz tarixi proseslərin, ümumi tarixi ideyaların mahiyyətinin fəlsəfi aspektdən dərk olunmasında ədəbiyyatın, poeziyanın rolunun danılmazlığını sübuta yetirir müəllifinə haqlı olaraq xalqımızın dərin hüsn-rəğbətini qazandırır.

 

 

Ziba AĞAYEVA

AMEA Fəlsəfə və Sosiologiya  İnstitutunun baş elmi işçisi,

fəlsəfə elmləri doktoru

 

 525-ci qəzet.- 2022.- 26 fevral.- S.20.