Milli Kitabxanada “Khojaly tragedy – 30” adlı fotosərgi
açılıb
Xocalı soyqırımının otuzuncu
ildönümü haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
və Mədəniyyət
Nazirliyinin tədbirlər
planına uyğun keçirilən tədbirlərin
davamı olaraq Azərbaycan Milli Kitabxanasında Xocalı qətliamı ilə bağlı “Khojaly tragedy
– 30” adlı ingilis dilində fotosərgi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki,
fotosərgidə ingilis
dilində Azərbaycanın
görkəmli şəxsiyyətlərinin
Xocalı soyqırımı
haqqında fikirləri,
Xocalı ağrısını
özündə əks
etdirən fotolar nümayiş olunur. Təqdim olunan fotosərginin ingilis dilində hazırlanmasında əsas
məqsəd dünya
ictimaiyyətini erməni
qəsbkarlarının törətdiyi
cinayətlər barədə
məlumatlandırmaqdır.
Xocalı
faciəsi kimi, kütləvi və amansız qırğın
aktı Azərbaycanın
dövlət müstəqilliyinə
və ərazi bütövlüyünə qarşı
çevrilmiş terror siyasətinin
təzahürü olmaqla,
təkcə azərbaycanlılara
qarşı deyil, bütövlükdə insanlıq
əleyhinə törədilmiş
qəddar cinayət aktıdır
525-ci qəzet.- 2022.- 26 fevral.- S.12.