Gənclər
Kitabxanası Xocalı soyqırımı ilə bağlı
tədbir keçirib
Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
Xocalı faciəsinin 30-cu ildönümünə həsr
edilmiş “Unudulmayan faciə – Xocalı qırğını”
adlı anım tədbiri keçirilib.
Ulu öndər Heydər Əliyevin "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir" sözləri ilə çıxışına başlayan kitabxananın direktoru Aslan Cəfərov Azərbaycan tarixində ən amansız, qanlı cinayət olan faciə haqqında danışıb.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, şöbə müdirləri Qənirə Mustafayeva, Nübar Cəlilova və başqa çıxış edənlər 30 il əvvəl Xocalıda dinc sakinlərə qarşı törədilən qırğının eyni zamanda insanlığa, bəşəriyyətə qarşı qanlı cinayət olduğunu vurğulayıb, qan yaddaşımızın bu acı səhifəsinə həsr olunmuş ədəbiyyatın xüsusilə gənclər arasında təbliğinin vacibliyindən bəhs ediblər.
Kitabxananın əməkdaşı Sevda Rəhimova “Xocalı faciəsinə dair ədəbiyyatın kitabxanalarda təbliği” adlı metodiki vəsait və “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” adlı məlumat bülleteni haqqında danışıb.
Xocalı faciəsinin 30-cu ildönümü ilə
bağlı kitab sərgisinə baxış keçirilib,
mövzu üzrə hazırlanan virtual sərgi, Azərbaycan və
ingilis dillərində videoçarxlar nümayiş olunub.
Sözügedən materiallar kitabxananın sosial şəbəkə
səhifələrində də yerləşdirilib.
525-ci qəzet.- 2022.- 26 fevral.- S.13.