Xocalı qurbanları ADMİU-da anılıb

 

Fevralın 23-də Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində (ADMİU) Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.

525.az xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, professor-müəllim kollektivi qonaqlar iştirak ediblər.

 

Foyedə ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi tərəfindən hazırlanmış kitab sərgisi yer alıb. İştirakçılar tədbirdən öncə sərgiylə tanış olublar.

Tədbir Xocalı faciəsi qurbanları, eləcə Birinci İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Universitetin rektoru, professor Ceyran Mahmudova çıxışında bu günün tarixindən bəhs edib, deyib ki, illər, qərinələr keçsə , Xocalı soyqırımı unudulmur unudulmayacaq. Azərbaycanın böyük zəfərlə başa vurduğu İkinci Qarabağ müharibəsindən söz açan rektor bildirib ki, bu müharibəylə təkcə əzəli torpaqlarımız azad olunmadı, həm Xocalı digər dövrlərdə ermənilər tərəfindən qətlə yetirilmiş günahsız insanlarımızın, şəhidlərimizin qisası alındı.

ADMİU-nun "Musiqili teatr aktyoru" kafedrasının müdiri, Əməkdar artist Azad Şükürovun moderatorluğu ilə davam edən tədbirdə 1992-ci il Qarabağ müharibəsində əsirlik həyatı yaşamış Dürdanə Ağayeva, Elşad Ağayev Mürvət Məmmədov iştirak edərək başlarına gətirilən faciədən, yaşadıqları ağır günlərdən danışıblar. Hər üç şahid çıxışlarında vurğuladılar ki, uzun illər keçməsinə baxmayaraq, ermənilərin xalqımızın başına gətirdiyi faciələr heç zaman unudulmamalı, tarixdən dərs alınmalıdır. Həmçinin, onlar Qarabağ zəfərindən bəhs edərək, indi az da olsa, yaralarının üstünə su sərpildiyini, bu qələbənin onlar üçün bir təsəlli olduğunu deyiblər.

Dürdanə Ağayeva yaşadığı əzablı günlərin xatirələrindən ibarət iki kitabını rektor C.Mahmudovaya hədiyyə edib.

 

Tədbirdə iştirak edən şahidlərin əsirlikdən qaytarılma anını əks etdirən video-çarx nümayiş etdirilib.

Daha sonra tədbir iştirakçıları ADMİU-nun Rəssamlıq fakültəsinin müəllim tələbələrinin çəkdikləri əsərlərdən ibarət rəsm sərgisiylə tanış olublar.

 

 

Şahanə Müşfiq

 

525-ci qəzet.- 2022.- 26 fevral.- S.12.