Qəzənfər PaşayevinXilaskarlar” kitabı Tehranda nəşr edilib

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və ədəbi abidələr şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, professor Qəzənfər PaşayevinXilaskarlar” kitabı Tehranda fars əlifbası ilə işıq üzü görüb.

Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qəzənfər Paşayevin bu kitabı xalqımızın tarixi müqəddəratında müstəsna rol oynayan xilaskarlarımız Heydər Əliyev epoxasına və Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunub.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinin “Xilaskardan xilaskara” adlı “Ön söz”ündə kitab haqqında ətraflı məlumat verilib: Bu vaxta qədər azərbaycançılıq ideallarından əsasən elm və ədəbiyyat baxımından söz açan Qəzənfər PaşayevXilaskarlar” kitabında ilk dəfə olaraq azərbaycançılıqdan ictimai-siyasi müstəvidə bəhs edib. Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti və ölkəmizə qazandırdıqları çoxcəhətli böyük zəfərlərin nümunəsində Azərbaycan və azərbaycançılıq idealları təqdim edilən “Xilaskarlar” kitabının ana xəttini təşkil edir”.

Əsər Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunub. Kitabın redaktoru akademik Nizami Cəfərov, rəyçisi akademik Teymur Bünyadov, çevirəni Hüseyn Şərqidərəcək Soytürkdür.

Nəşr “Giriş”, “Xalqımızın fəxri”, “Xoş məramla, saf niyyətlə” və “Ən qayğıkeş Prezident” bölümlərindən ibarətdir. Kitabda ulu öndər Heydər Əliyevin görkəmli mütəfəkkirlərimizlə, Prezident İlham Əliyevin isə işğaldan azad olunmuş torpaqlarımıza səfəri ilə bağlı fotoları da yer alıb.

Qeyd edək ki, kitab 2021-ci ildə Bakıda “Təhsil” nəşriyyatında da çap olunub.

 

525-ci qəzet.- 2022.- 26 fevral.- S.13.