Dünyadakı dünyalar
İmir Məmmədlidən
Esse
Amerika sağçı
xristianlar hərəkətinin
üzvü alim-politoloq
Samoel Hantinqton 1998-ci ildə yazdığı
"Sivilizasiyaların toqquşması"
məqsədində deyirdi
ki, XXİ əsr sivilizasiyaların qarşıdurması
və toqquşması
əsri olacaq. 2000-ci ildə sözügedən
məqaləni genişləndirərək
eyniadlı kitab nəşr etdirən S.Hantinqton 2001-ci ilin bədnam 11sentyabr hadisəsindən
sonra Birləşmiş
Ştatlarda və Avropa ölkələrində
xeyli məhşurlaşdı.
Demək olar ki, mədəniyyətlərin
aqibəti kontekstində
gedən müzakirələrdə
hazırda o, ən çox sitat gətirilən müəlliflərdəndir.
Hələ adı çəkilən
məqalə mətbuatda
çıxan vaxtlar bir növ onun
cavabında İran İslam Respublikasının
o zamanki prezidenti Məhəmməd
Hatəmi dünyaya belə bir siyasi
mesaj yaydı ki, müasir bəşəriyyət istəsə,
verilən proqnozun əksinə olaraq, yeni əsri sivilizasiyalararası dialoq əsrinə çevirə
bilər.
Sivilizasiyalararası hər hansı qarşıdurmadan
və ya qlobal profilaktik tədbirlərdən söhbət
gedəndə, ilk növbədə,
dünyanın iki böyük dini - islam və xristian,
onların yaratdığı
iki mədəni gerçəklik nəzərdə
tutulur. Bunun belə olduğunu
Roma Papası XVI Benediktin
Bavariyadakı çıxışı
zamanı tarixə uğursuz müraciəti də təsdiq edir.
Faktdır ki, özüldə
bir-birinə çox yaxın olan həmin dinlərin hər birinin bu dünyanın daxilində öz dünyası var. Onlar ya qəti şəkildə
bir-birini qəbul etməli, bir-birinin mövcudluğu ilə barışmalıdırlar, ya
da ki....Yox belə cümləni
davam edib sonrasını yazmazlar, sadəcə, yazmağa adamın əli gəlməz.
Bir halda ki, söhbət
dinlərarası münasibətlərdən
gedir, görkəmli
hind teoloqu, qeyri-ordinar filosof Racneşin səciyyəvi
bir fikrini xatırlamaq yerinə düşərdi. O, deyir,
bütün dinlər
bir Allahı işarə edən barmaqlardır. Əsl möminlər ulu
Allaha ehtiram əlaməti olaraq başlarını aşağı
salıb bu barmaqların göstərdiyi
istiqamətə gedirlər.
Onlar başqa-başqa yolun yolçuları olsalar belə, bilirlər ki, mənzil başında bütün
yollar bir nöqtədə birləşir.
Səthi
dindarlar isə barmaqlar - müxtəlif dini təlimlər-işarə
etdiyi istiqamətdə
irəliləmək əvəzinə,
həmin barmaqlardan sallanıb bir-birini ikrah hissi ilə
təpikləyirlər.
Zənnimcə, hərdənbir əks
tərəfdən İslama
olan anlaşılmaz münasibət ilk növbədə
müqəddəs kitabımız
Qurani-Kərimin bəzən
düzgün tərcümə
olunmamasından, onu oxuyub olduğu kimi dərk edə bilməməkdən
qaynaqlanır.
Məsələn, tək Allahı
tanıyan bütün
dinləri özünə
yaxın bilən dinimizin başlıca şərtlərindən biri,
daha doğrusu əsas sütunu olan - Allahdan başqa Allah yoxdur - kəlamı milyonlarla xristianın danışdığı rus dilinə hələ ikinci Yekaterinanın dövründə fransız
tərcüməsindən edilən
tərcümədə yanlış
olaraq bu şəkildə verilib:
"Net Boqa krome Allaxa". Bu səhv indinin özündə guya Qurana istinad
edən bəzi mətnlərdə də
təkrarlanır.
Bu tipli yanlış tərcümələrdə, qeyri-ixtiyari də olsa, Allah Boqa qarşı qoyulur, əslində Quran ayəsi monoteizmə, tək allahlığa işarə edir. Orijinaldakı mənanı vermək naminə tərcüməçi ya hər iki halda Allah sözünü müvəffiq dilə tərcümə etməli - Net Boqa krome Boqa - ya da hər iki halda bu sözü saxlamalıdır- Net Allaxa krome Allaxa. Tərcüməci isə, çox güman ki, öz fikrincə, təkrarçılıqdan qaçmaq məqsədilə eyni sözü bir halda tərcümə edir, digər halda saxlayır. Bu da nəticədə ciddi anlaşılmazlıqlara gətirib cıxarır.
Bəşəriyyətin müsəlman olmayan hissəsinin, güman ki, savadlısı bilir, bilməyənləri də bilməlidirlər, Qurani Kərim yeganə müqəddəs kitabdır ki, özündən əvvəlki dinlərin, o cümlədən, xristian dininin doğruluğunu, dürüstlüyünü təsdiq edir, barələrində səhifələrlə söz açır.
Bu danılmaz gerçəklik
hamılıqla dərk edilsə, Samoel Hantinqtonun proqnozlaşdırdığı
sivilizasiyalararası qarşıdurmadan qaçmaq
da, onu mədəni dialoqa çevirmək də mümkün
olar.
525-ci qəzet .- 2022.- 1 iyul.- S.15.