Yeni bir səhər
Faiq Xudanlı
Fəlsəfə üzrə fəlsəfə
doktoru
Regionda yaşayan
və fəaliyyət
göstərən yaradıcı
gənclərin inkişafı,
onların tanıdılması,
əsərlərinin nəşrinə
dəstək Kürdəmir
Regional Mədəniyyət İdarəsinin əsas fəaliyyət istiqamətlərindəndir. 2021-ci ildə regionun gənc qələm adamlarının üzə
çıxarılması və
dəstək göstərilməsi
məqsədi ilə Azərbaycan Yazıçılar
Birliyi ilə birlikdə "Kür"
ədəbi məclisi
yaradıldı. "Kür"
ədəbi məclisi
vasitəsi ilə
Regional İdarənin əhatə
etdiyi beş
rayonda (Kürdəmir,
İmişli, Beyləqan,
Füzuli və Xocavənd) yaşayan ədəbiyyat adamlarını
bir araya gətirməyə çalışdıq.
"Kür" ədəbi məclisinin üzvlərinin mədəniyyət-ədəbiyyat
sahəsinin ustad imzaları ilə görüşlərini təşkil
etmək, gənc yazarların ədəbi nümunələrinin ölkənin
nüfuzlu qəzet və jurnallarında nəşr olunmasını
dəstəkləmək istiqamətində
bir neçə uğurlu işlər həyata keçirildi.
Belə ki, ölkəmizin tanınmış yazarları,
nüfuzlu qələm
adamları ilə görüşlər ədəbi
mühitin canlanmasında
öz rolunu oynadı. Ədəbi məclisin istedadlı
üzvlərinin şeir,
esse və hekayələrinin respublikanın
nüfuzlu mətbuat orqanlarında çapı
regionda ədəbi mühitin formalaşmasına
nəzərəçarpacaq təsirini göstərmiş
oldu. Regionun ədəbi mühitində
yaranan bu canlanma, fəaliyyətimizə
yeni stimul qazandırdı. Qərara gəldik
ki, "Kür" ədəbi məclisinin üzvlərindən birinin
kitabının nəşri
istedadlı gənclərin
üzə çıxarılması,
tanıdılması və
yaradıcılıqlarının dəstəklənməsi baxımından
faydalı olar.
2021-ci il ərzində axtarışlarımız
nəticə verdi.
"Kür" ədəbi məclisinin aktiv üzvü, Beyləqan
rayon Niyazi adına
Uşaq Musiqi Məktəbinin müəllimi
Aygün Bayramlının
şeirləri özünəməxsus
koloriti, saflığı
ilə diqqətimizi cəlb etmişdi. Regionda ilk olaraq 2021-ci il "Nizami Gəncəvi İli" çərçivəsində nəşr olunan Ramil Əhmədin "Nizami Gəncəvinin poetik portreti" və Fərid Hüseynin tərtibçisi
olduğu "Nizami Gəncəvinin əsərlərinin
el variantları" kitabları
Regional İdarənin dəstəyi
ilə çap edilməsi təcrübəsi
artıq var idi. Bu səbəbdən
Aygün Bayramlının
müxtəlif mövzulu
şeirlərinin daha geniş auditoriyaya çatdırılması gəncliyə,
ədəbi mühitə
və "Şuşa
İli"nə töhfə
olacağını nəzərə
alaraq kitabın nəşrinə qərar
verdik.
Bildiyimiz
kimi, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin Sərəncamı
ilə 2022-ci il "Şuşa İli" elan olunub. İl ərzində Mədəniyyət
Nazirliyi Sərəncamın
icrası ilə əlaqədar "Şuşa
İli"nin zəngin plan və proqramlarına uyğun olaraq çoxsaylı layihələrin təşkilatçısı
olub, Şuşanın
mədəni irsinin geniş təbliği məqsədini daşıyan
bir sıra tədbirlər həyata keçirib. Mədəniyyət
naziri cənab Anar Kərimov bu istiqamətdə proqram xarakterli fikir və mülahizələrini
bildirib, konkret iş və hədəfləri müəyyən
edən tapşırıqlar
verib. Qarşıya qoyulan hədəflərə
çatmaq üçün
Regional İdarənin dəstəyi
ilə çap olunan "Yeni bir səhər" kitabının "Şuşa
İli"nə kiçik
töhfə kimi qəbul olunacağına inanırıq.
"Yeni bir səhər"
kitabında şeirlər
"Zəfər
yolu", "Səni
gözləyirəm" və
"Bu gün yeni bir səhər" başlıqları
altında toplanıb.
"Zəfər yolu"
bölməsində müəllifin vətənpərvərlik
mövzusunda qələmə
aldığı şeirlər, "Səni gözləyirəm"
də sevgidən, həsrətdən yaranan
lirik şeirlər, "Bu
gün yeni bir səhər"də isə müxtəlif
məzmunlu şeirləri yer almaqdadır.
Aygünün ixtisasca
musiqiçi olması onun
şeirlərində hiss olunur. Onun bir çox şeirindəki
intonasiya, ahəng fərqli bir ab-hava yaratmaqdadır.
Elə bunun nəticəsidir ki, şeirlərinə müxtəlif
mahnılar yazılıb. Aygün
Bayramlının şeirlərində bəzən heca bölünmələrində, misra quruluşunda, söz seçimində nəzəri olaraq nöqsanlı görülə biləcək
hissələr yox deyil.
Lakin bütün bunların arxasında təmiz bir niyyət, xoş bir məramdan doğan incə
mətləblər var. Əminəm ki, kitabda yer alan şeirləri oxuyan hər
kəs ədəbiyyatımıza yeni bir nəfəsin, maraqlı bir
imzanın gəldiyini duyacaq. "Yeni bir səhər" Aygün Bayramlının ilk
kitabıdır. Yaradıcı bir gəncin
həyatında ilk dəfə geniş oxucu kütləsinin
qarşısına kitab vasitəsi ilə
çıxması və bunun gətirdiyi
həyəcanı anlayıram. Düşünürəm ki, bu onun
həyatında ədəbiyyat sahəsində
qazanacağı uğurun ilk
addımıdır və bir gənc qələm
adamı olaraq onun
bioqrafiyasının unudulmaz
anlarındadır. Bu kitabın nəşri
onu yazmağa, yaratmağa daha da həvəsləndirəcəyinə və
yaradıcılığında stimul
olacağına inanır, müəllifə uğurlar
arzulayıram.
525-ci qəzet .- 2022.- 1 iyul.- S.14.