“XIX əsr
Qarabağ şairlərinin
şeir antologiyasından”
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli
Sərəncamı ilə
2022-ci il “Şuşa İli” elan edilib. Bununla əlaqədar, Şuşanın
- zəngin tarixi keçmişə, ədəbi-mədəni
irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış
şairlərinin əsərləri
ilə geniş oxucu kütləsini ətraflı tanış
etmək niyyətindəyik.
Bu məqsədlə həmin dövrün bir sıra ədibləri
barədə yığcam
bilgiləri və əsərlərindən nümunələri,
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından” rubrikası
altında, dəyərli
“525-ci qəzet” vasitəsilə
diqqətinizə çatdırırıq.
Raqub KƏRİMOV Filologiya üzrə elmlər doktoru, professor
Molla İsmayıl Məhzun
Molla İsmayıl Məşədi Qasım oğlu Məhzun təqribən 1820-ci ildə Şuşa şəhərində anadan olub. Mədrəsə təhsili alıb, gəncliyində sərraclıq və əttarlıqla məşğul olub, sonra isə mollalıq edib. Ömrünün axırına kimi İsmayıl həm də müdərrisliklə məşğul olaraq mədrəsələrdə dərs deyib. Bununla yanaşı, o, el arasında şair kimi də tanınıb. İsmayıl şeirlərini “Məhzun” təxəllüsü ilə yazıb. Bu şeirlərin bir qismi müxtəlif cüng və təzkirələrdə gəlib bizə çatıb. Buradakı şeirlər şairin avtoqraf nüsxələridir. Nümunələr “Təzkireyi-Nəvvab” və “Riyazül-aşiqin” əsərlərindən götürülüb.
Sərgəştəlikdə zülfi-pərişanə yetmişəm,
Zülfün havası ilə, pəri, şana yetmişəm.
Biqürb bir əsiri-muhəqqər gəda ikən,
Qürbi-dərində şani-Süleymana yetmişəm.
Təvafi-dərin səfasını səy ilə tapmışam,
Guya hərimi-Kəbeyi-ürfana yetmişəm.
Zülmati-küfri-zülfdə görcək camalını,
Kuffar içində küfrdən imana yetmişəm.
Gülzarı-hüsnün üzrə o gül arizin görüb,
Rövşən dil ilə rövzeyi-rizvana yetmişəm.
Dürdür dişin, sədəf dəhənin, ləl ləblərin,
Gövhər havası ilə gəzib, kana yetmişəm.
Şəhdi-ləbin çəkidəsinə rah bulmuşam.
Mai-mini-çeşmeyi-heyvana yetmişəm.
Beytül-hüzəndə məskən edən, dərdü qəm çəkən,
Yaqubvar Yusifi-Kənana yetmişəm.
Şamü səhər ki, motəkifəm kuyi-yardə,
Xuldi-bərinü hurivü qılmana yetmişəm.
Təni-rəqib, cövri-fələk, möhnəti-fəraq
Taq eyləyibdi taqətimi, cana yetmişəm.
Məhzunü xar sanma məni kunci-fəraqdə,
Eyşü nişatü gənci-firavana yetmişəm.
***
Uzun illər keçər ömrüm səri-zülfün xəyalilə,
Olur sərgəştə daim dil həvayi-xəttü xal ilə.
Şəbi-hicran yanar canım, çıxar əflakə əfğanım,
Tökər qan çeşmi-giryanım təmənnayi-vüsal ilə.
Qaşın taqi hilalasa, üzün mahi-münəvvərdir
Təəccübdür məhi-taban ola peyda hilal ilə.
Zəhi səhhardır çeşmin, üzari-al ilə hər dəm,
Firib ilə edər yəğma, vəli imanı al ilə.
Məgər ol xublar şahı çıxıb əzmi-şikar ilə,
Hərasından könül mürğü qalıb aşüftəhal ilə?
Çəkib əl taği-əbrudən, gəzər mehrabı zahidlər,
Təmənnayi-behişt eylər belə cürmü vəbal ilə.
Vüsalın iştiyaqında pərişanhalü Məhzunəm,
Nə xabü xur, nə aramım, keçər halım bu hal ilə.
***
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar?
Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Töküb siminüzar uzrə xəməndərxəm siyəh zülfü,
Sanasan piçü tabilə gəzər gənc üstə, mar oynar.
Səhər ki, sürməsa gözlər nigahı-şuxilə bənzər,
Çıxıb gülzarı-Çin üzrə bir ahuyi-tatar oynar.
Üzündə xali-mişkini tutubdur kişvəri-hüsnü,
Səriri-hüsndə daim olubdur şəhriyar, oynar.
Behiştü hur vəslindən səfavü zövqü əfzəldir,
O dəm ki, yar yar ilə edib busi-kənar, oynar.
Həmişə əhli-hal ilə fələk dövrü muxalifdir,
Çəkər rəncü təəb bülbül, gülün dövründə xar oynar.
Görüm şad olmasın, ya rəb, rəqibi-bədsiyər daim,
Görə üşşaqlar halın, gülər, leylü nahar, oynar.
Əya, Məhzuni-dilxəstə, nədir güftari-sərbəstə,
Yarın qoynunda limudur və ya sübhü ənar oynar?
***
Nə xoşdur söhbəti yarın bahar əyyamı bağ ilə,
Nə çarə kim, ələ gəlməz əgər gəzsən çirağ ilə.
Müsəffa cami-gülguni tuta sərgərm, məstanə,
Lətafətlə edə peyman, tuta dəstim əyağ ilə.
Könül mürği olub pünhan siyəh zülfün arasında,
Bəsi müşkil olur peyda onu etmək sorağ ilə.
Gəzər sərgəştə, üşşaqın tökər gözdən ciyər qanın,
Rəvadırmı rəqib axır gəzə kuyin damağ ilə?
Cəfayi-təʼni-əğyara neçə tab eyləyim axir,
Dili-Məhzunə hər saət çəkər min dağ, dağ ilə.
***
Nə xoşdur seyri-gülşən, mövsümi-gül növbahar ilə,
Dolanmaq səhni-gülzarı gül üzlü bir nigar ilə.
Gəzib səhni-gülüstanı, tapıb bir gənci-pünhanı,
Ola güftari-pünhani nigari-gülüzar ilə.
Qucub nazik belin hər dəm, əmib şəhdi-ləbi-ləlin,
Gəhi nazü itab ilə, gəhi busi-kənar ilə.
Nə xoş saətdir ol saət, necə fərxəndə taledir,
Ola əğyardan xali vüsali-yar yar ilə.
Döyüldür sərvi-azadə, məgər kim, nəxli-tubadır,
Ənarü sibü limudən olub məmlüv bar ilə.
Yenə könlüm quşu titrər, qalıb xovfü həras ilə,
Məgər ol xublar şahı çıxıb əzmi-şikar ilə?
Siyəh zülfün arasında gəzər sərgəştə daim dil,
Bulunmaz rahi-asayiş belə tarik-tar ilə.
Tutubdur əbrtək zülfü sərasər mah rüxsarı,
Səni tari, səba, bari onu bir tarümar eylə.
Sirişki-alilə hər dəm çıxar əflakə əfğanı,
Görə biçarə bülbüllər gülü gülşəndə xar ilə.
Səba, səndən sora halım, əgər, yari-dilaramım,
Sölə, zarü nizar olmuş həmişə əşkbar ilə.
Dikib göz rəhgüzar üstə, olubdu bəs ki, pabəstə,
Sənə Məhzuni-dilxəstə həmişə can nisar ilə.
***
Dərdi-eşqin rahəti-ruhi-rəvanımdır mənim,
Rahəti-ruhi-rəvanım mehribanımdır mənim.
Çak qılmış köksümü qəmzən xədəngi tazədən,
Qanə dönmüş göz yaşım, köksüm nişanımdır mənim.
Şuri-eşq, naleyi-dil, ahi-əyyami-fəraq,
Bir büsat açmış mənə, eyşi-nihanımdır mənim.
Eşq sevdasından, ey naseh, məni mən eyləmə
Kim, mənafidir bu əql ilə ziyanımdır mənim.
Varisi-Fərhadü Məcnun, Vamiqi-şeyda mənəm,
Eşq səhrası, cünun mülki məkanımdır mənim.
Həsrətindən gülrüxun mən neçə fəryad etməyim,
Bülbüli-şuridəyəm, qəm gülüstanımdır mənim.
Türreyi-şəbrəngi salmış arizi-gülguninə,
Məh qərini-Əqrəb olmuşdur, qiranımdır mənim.
Bəhri-qəm tüğyan edib, düşdüm bəla girdabına,
Qərq edər axər məni bu bəhr, əyanımdır mənim.
Hüsni-gülzarı ara lal eyliyən bülbülləri,
Bülbüli-nalan mənəm, Məhzun, fəqanımdır mənim.
***
Dəymə, şanə, zülfünə, pozma könül cəmʼiyyətin
Kim, füzun eylər pərişanlıq könüllər möhnətin.
Tari-zülfündən könül, əl çəkmə,istərsən nicat,
Çahi-möhnətdən qutarsa, qurtarar “Həblül-mətin”.
Eşq həvasın başə saldım, dərdi-hicrin canıma,
Mən xilas oldum, behəmdullah ki, çəkməm zəhmətin.
Ey könül, gəl edəyim şamü səhər eyşü tərəb,
Bəxt yar oldu ki, qeyrin çəkmədik biz minnətin.
Canda şövqi-vəsli-yarım, sərdə şuri-eşqi-yar,
Dildə zövqi-ixtilatı-dilbəri-məhtəlʼətin.
Ahi-həsrət çəkmək ilə qanə döndü könlümüz,
Ey gözüm, qan ağla kim, biz bulmadıq bir ləzzətin.
Cövri əfzundur bizə, əğyarə həm kəm iltifat,
Danmaq olmaz dilbərin, əlhəqq ki, həqqi-neʼmətin.
Oldu Məhzun eşqilə divanə Məcnundan füzun,
Şuri-şəhraşubilə sındırdı Məcnun şöhrətin.
525-ci
qəzet - 2022.- 2 iyul.- S.23.