Şanlı qəhrəmanlıq
tariximizi yaşatmaq
naminə...
UBLİKA
"XATİRƏ KİTABI" REDAKSİYASI XALQIMIZIN
RƏŞADƏT ÖRNƏYİ, FƏDAKARLIQ
NÜMUNƏSİ GÖSTƏRMİŞ ÖVLADLARININ
ADLARINI VƏ ƏMƏLLƏRİNİ YADDAŞLARA HƏKK
EDİR
"Heç
kim unudulmur, heç nə yaddan çıxmır!" devizi
ilə çıxış edən Mədəniyyət
Nazirliyi Respublika "Xatirə Kitabı" Redaksiyası hər
zaman bu devizinə sadiq qalaraq Azərbaycan tarixinin ən
şanlı, vüqarlı, eyni zamanda, keşməkeşli səhifələrini
öz nəşrlərində dolğun şəkildə əks
etdirməyə, indiki və gələcək nəsillərə
sanballı miras qoymağa çalışıb. İllər boyu "Xatirə Kitabı"nın nəşrlərinə
göz gəzdirdikcə,
bu çətin və məsuliyyətli işin öhdəsindən
layiqli şəkildə,
böyük ciddiyyət
və eyni zamanda, vətənə, xalqa, dövlətə məhəbbət, sədaqətlə
gəldiklərinin şahidi
oluruq.
Qısa xülasə kimi qeyd edək
ki, Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərən
Respublika "Xatirə
Kitabı" redaksiyası
Nazirlər Kabinetinin
21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə müstəqil quruma çevrilib, ölkəmizin
ictimai-siyasi və mədəni həyatında
çox nəcib və müqəddəs bir missiya yerinə
yetirir. Haqqında bir neçə dəfə qərar və sərəncam verilsə də, bu kitaba əsl
qayğı Ümummilli
Lider Heydər Əliyevin xüsusi tapşırığı əsasında
Nazirlər Kabinetinin imzaladığı 1 may 1997-ci il tarixli qərardan sonra göstərilib. Əvvəlki
illərdə fəaliyyəti
üçün hətta
vəsait ayrılmayan
bu kitab Ümummilli Liderin məlum qərarından sonra öz fəaliyyətinə tam başlaya
bilib. Sonra da Heydər Əliyevin imzaladığı
23 dekabr 1997-ci il tarixli "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi
haqqında" Qanunla
Respublika Xatirə Kitabı redaksiyası (ayrıca bəndlə) dövlət büdcəsinə
daxil edilib və bununla da "Xatirə Kitabı"nın həyatında
əsaslı dönüş
yaranıb.
"Xatirə Kitabı"nın
cildlərində İkinci
Dünya müharibəsində,
Əfqanıstan döyüşlərində,
20 Yanvar faciəsində,
Xocalı soyqırımında,
Qarabağ müharibəsi
zamanı torpaqlarımızın
azadlığı uğrunda
gedən döyüşlərdə
həlak olmuş, itkin düşmüş,
əsir götürülmüş
vətəndaşlarımız, Milli Qəhrəmanlarımız
haqqında əhatəli
materiallar dərc edilir. Bu ensiklopedik
kitab ölkəmizin insan resurslarını əbədiləşdirən mühüm
tarixi sənədə
çevrilib.
2017-ci ildə Respublika Xatirə Kitabı redaksiyası Dövlət
Təhlükəsizlik Xidməti
nəzdində fəaliyyət
göstərən "Əsir,
itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası"nın
İşçi qrupu
ilə birgə çalışaraq, Ermənistanın
Qarabağ və ətraf rayonlarımıza
hücumu, torpaqlarımızın
işğalı zamanı
əsir və girov götürülmüş,
həmçinin, naməlum
şəraitdə itkin
düşmüş hərbçi
və mülki şəxslərin sonrakı
talelərinin arasdırılması
üzrə işə
başlayıb. Nəticədə,
Birinci Qarabağ müharibəsində əsir
və girov götürülmüş, eyni
zamanda, naməlum şəraitdə itkin düşmüş 3888 nəfər
Azərbaycan Respublikası
vətəndaşı barədə
məlumatlar yenidən
ciddi arasdırılıb,
dəqiqləşdirilmiş materiallar "Respublika Xatirə Kitabı"nın
dördcildlik xüsusi
buraxılışında iki
dildə (Azərbaycan
və ingilis dillərində) öz əksini tapıb. Redaksiya, həmçinin, Azərbaycanın
Milli Qəhrəmanları
və şəhid polislər haqda kitablar da dərc
edib.
"Respublika Xatirə Kitabı" Redaksiyası
"Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər
ölməz, Vətən
bölünməz!" seriyasından
"Gözlə gələcəyəm",
"Bir xatirə dəftərinə bənzəyir
ömrüm", "Gözlər
yoldan yığılarmı", "İgid ömrü" və
"El harayına can deyən
şəhid Elcan"
kitablarını nəşr
edib və hazırda layihə davam etdirilir.
"Respublika Xatirə
Kitabı" Redaksiyası
həmçinin, "Vətən
daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 4-ü geniş
ictimaiyyətə təqdim
olunub.
Belə bir şərəfli missiyanı layiqincə yerinə yetirən "Xatirə Kitabı" Redaksiyasının əməkdaşları
yaxın zamanlarda daha bir mötəbər
işə imza atmaqdadırlar. "Respublika
Xatirə Kitabı"nın
Vətən müharibəsində
həlak olmuş üç min şəhidlə
bağlı "44 gün
- Tarixi zəfər"
adlı üçcildliyi
hazırlanır. Bu günlərdə onun birinci cildi
("A-Ə" hərfləri üzrə) geniş ictimaiyyətə təqdim
edildi. Kitabın ilk cildində min nəfərə yaxın döyüşçü - Aprel
döyüslərində və
Tovuz hadisələrində,
həmçinin, Vətən
müharibəsində həlak
olmuş şəxslər
barədə ensiklopedik
məlumatlar verilib.
Həmçinin, digər döyüşçülərimizin
də adlarının
əbədiləşdirilməsi istiqamətində növbəti
cildlər üzərində
işlər tam sürətlə
davam etməkdədir.
Əlbəttə, Vətən müharibəsi
və onun qəhrəman şəhidləri,
qazilər haqqında nə qədər yazılsa, nə qədər danışılsa,
azdır. Ancaq fikrimcə, bu
cür ensiklopedik nəşrlər çox
daha önəmli rola malikdir. Çünki burada müəyyən
şəxslər haqqında
deyil, yaşından, xidmətindən, hərbi
vəzifəsindən asılı
olmayaraq, bu can üçün canını,
qanını fəda etmiş, gözünü
qırpmadan düşmənin
üzərinə yeriyərək
Vətən torpağına
canlı sipər olmuş oğullarımızın
hər birindən danışılır. Hər
bir azərbaycanlının
evində stolüstü
kitaba çevrilməli
olan bu nəşrlər
Azərbaycanın ən
şanlı tarixini özündə əks etdirməklə bərabər,
bu gün üzərində azad, firavan gəzdiyimiz, mötəbər tədbirlər
keçirdiyimiz, qürurla,
fəxrlə andığımız
Şuşa, Ağdam və ümumilikdə, Qarabağ torpağımızın
geri alınmasında müstəsna rolu olan, bu sevinci,
fəxarəti bizə
yaşadan oğullarımızın
əbədi həyatı,
var oluşudur. Azərbaycan xalqı durduqca o oğullar da, onların qəhrəmanlıqları
da beləcə kitablara mövzu, gələcək nəsillərə
örnək olacaq.
Eləcə də, bu cür kitablar illərlə göz bəbəyi kimi qoruyub, böyütdüyü
övladını vətən
üçün qurban
verən, ən az onlar
qədər qəhrəmanlıq
nümunəsi olan şəhid ailələrimiz,
şəhid anaları
və ataları üçün də bir növ təsəlli,
qürur yeridir. Atalarını cəmi bir neçə dəfə görən, ya da heç görməyən
körpə balalarımız
gələcəkdə məhz
bu cür kitablar, filmlər sayəsində necə bir igidin övladı
olduqlarını anlayacaq,
atasını bu səhifələrdən, bu
tarixdən tanıyacaq.
Fəxrlə deyirik ki, bu gün "Xatirə Kitabı" şair, publisist Nəzakət Məmmədlinin
baş redaktorluğu ilə xalqımızın
qəhrəman övladlarının
şücaətini, döyüş
və hünər yollarını əks etdirən yeganə məlumat bazasıdır.
Bu kitabın bugünkü
və gələcək nəslin daş
yaddaşına çevrilməsi özü
tarixi bir hadisədir. Bu müqəddəs yolda
həmkarlarımıza yorulmaz iradə, dözüm və güc-qüvvət
arzulayırıq!
Şahanə Müşfiq
525-ci qəzet .- 2022.- 2 iyul.- S.15.