Daşkəsəndə "Şuşa - Zəfərin zirvəsi" ədəbi-bədii
videokompozisiyasının təqdimatı keçirilib
İyulun 4-də Daşkəsən rayon Heydər
Əliyev Mərkəzində
"Şuşa İli"
çərçivəsində gənc yazar, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Prezident təqaüdçüsü
Etibar Həsənzadənin
"Şuşa - Zəfərin
zirvəsi" ədəbi-bədii
videokompozisiyasının təqdimatı
keçirilib. Təqdimat Etibar Həsənzadənin
"Qarabağ Azərbaycandır"
fərdi layihəsi çərçivəsində ərsəyə gəlib.
Tədbirdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd
Abıyev, rayon ziyalıları,
şəhid valideynləri,
qazilər, müharibə
veteranları və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Tədbirdə çıxış
edən Daşkəsən
rayon İcra Hakimiyyətinin
başçısı Əhəd
Abıyev gənc yazar Etibar Həsənzadəyə
yaradıcılıq uğurlarına
görə təbriklərini
çatdırıb: "Bildiyiniz
kimi, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin müvafiq sərəncamı ilə
2022-ci il "Şuşa İli" elan edilib. Qarabağın
tacı olan Şuşa xalqımız
üçün müqəddəs
və əziz məkandır. Şuşa sevgisi hər
bir azərbaycanlının
mənəvi varlığının
ayrılmaz parçasıdır.
44 günlük Vətən
müharibəsində Prezident,
Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan
Ordusu 2020-ci il
noyabrın 8-də Şuşa
şəhərini erməni
işğalından azad
etdi. Şuşa qələbəsi xalqımızın qəhrəmanlıq
ruhunun təntənəsinə
çevrilərək tariximizə
Zəfər Günü
kimi yazıldı.
Bu gün Prezident
cənab İlham Əliyevin şəxsən
diqqət və qayğısı ilə Azərbaycanın mədəniyyət
paytaxtı elan edilən Şuşanın
tarixi simasının bərpası istiqamətində
nəhəng layihələr
həyata keçirilir".
İcra Hakimiyyətinin başçısı
vurğulayıb ki, qısa müddət ərzində Şuşa şəhərinin baş
planı hazırlanıb,
görkəmli şair,
dövlət xadimi Molla Pənah Vaqifin büstü və muzey-məqbərə
kompleksi öz ilkin vəziyyətinə qaytarılıb, Bülbülün
ev-muzeyinin və Üzeyir Hacıbəylinin
heykəlinin açılışları
həyata keçirilib:
“Cıdır düzündə
"Xarıbülbül" musiqi festivalının, Vaqif Poeziya Günlərinin
təşkili, beynəlxalq
tədbirlərin keçirilməsi,
hazırda şəhərdəki
tarixi, dini və memarlıq abidələrinin bərpası
üzrə başlanmış
və sürətlə
aparılan işlər
göstərir ki, tezliklə Şuşanın
əvvəlki dolğun mədəni həyatı bərpa ediləcək".
Əhəd Abıyev Şuşa
mövzusunun vətənpərvər
şair Etibar Həsənzadənin də
yaradıcılığında bədii əksini tapdığını bildirib:
"Şuşa İli"
çərçivəsində Etibar Həsənzadənin
böyük məhəbbət
hissi ilə qələm verdiyi iki hissəli "Şuşa" poeması,
"Şuşa bəyannaməsi"
və "Sarsılmaz
dostluq" şeirləri
xalqımızın zəfər
ovqatından qaynaqlanmışdır.
"Şuşa İli"nə töhfə
olaraq həmin şeirlər əsasında
hazırladığı videokompozisiyalar
gənc nəslin vətənpərvərlik tərbiyəsində
gözəl vəsaitdir.
Gənc yazar Etibar Həsənzadənin
əsl ziyalı, maarifçi obrazı, həyata, Vətəninə
bağlılığı bütün gənclərə
nümunədir. Etibar Həsənzadənin
onlarla bədii kitabı işıq üzü görüb, əsərləri nüfuzlu
nəşrlərdə ölkəmizdə
və xaricdə yayımlanıb. O, bir
çox nüfuzlu təşkilatların mükafat
və diplomları ilə təltif olunub. Etibar xoşbəxt gəncdir
ki, öz fitri istedadı, qabiliyyəti ilə qısa vaxt ərzində geniş oxucu rəğbəti qazanıb. Etibar Həsənzadəyə zəngin yaradıcılıq
uğurları, uzun ömür arzulayır, ondan yeni-yeni əsərlər gözləyirik".
Sonra Şuşa ilə
bağlı videokompozisiyalara
baxış keçirilib.
Etibar Həsənzadənin
şeirlərini aktyor
Əjdər Zeynalov, Əməkdar artistlər Sərvər Əliyev və Kəmalə Məmmədova səsləndiriblər.
Tədbirdə çıxış edən
Qarabağ müharibəsi
qazisi Ceyhun Əliyev və rayon ziyalıları Etibar Həsənzadənin yaradıcılığı
haqqında xoş sözlər söyləyib,
ona yeni yaradıcılıq uğurları
arzulayıblar. Məktəblilər Etibar Həsənzadənin
şeirlərini səsləndiriblər.
Elmar ƏLİYEV-VÜQARLI
525-ci qəzet 2022.- 6 iyul.- S.23.