"Nüşabə günü"
TANINMIŞ ƏDİB VƏ JURNALİST
NÜŞABƏ MƏMMƏDLİNİN GƏNCƏ
FİLARMONİYASINDA TƏŞKİL OLUNAN YARADICILIQ
GECƏSİ DÖRD SAAT ÇƏKDİ
Dahi
Nizami özünün "İsgəndərnamə"sində
qılıncla ucalan fateh ilə sadəlik yoluyla müdrikliyə
çatan qadın hökmdarı görüşdürür.
İsgəndəri
ibrətamiz misalları ilə fəth edən bu qadının
adı Nüşabədir. Bəşəriyyətin ən güclü poetik-fəlsəfi
yaradıcılıq təcəssümü
olan Nizami Gəncəvi "dirilik suyu", "həyat cövhəri" mənası
verən "nüşabə"
ifadəsini taxt-tacı
Azərbaycanın köksündə
bərqərar olan nəcib qadın obrazının adı üçün heç də əbəs yerə seçməyib. Nizaminin müdrikliyə və ədalətə işarə olan, "dirilik suyu" kimi, insani keyfiyyətləri
qoruya bilən "Nüşabə"sinə olan
sevgi də yüzillər boyu azərbaycanlıların
qəlbində özünə
əbədi taxt-tac qurub. Əsrlər ötür, nəsillər
dəyişir, amma Nüşabə xalqımızın
ən sevilən qadın adlarından, özü də həm ənənəvi, həm də müasir səslənən,
həm gənc, həm yaşlıya yaraşan isim kimi yaşamaqda davam edir.
Gəncənin də əməlləri
öz adının yuxarıda sadaladığımız
yüksək məqamları
ilə neçə onilliklərdir ki, səsləşən öz
Nüşabəsi var. O, 1968-ci ildən, ilk yazısı çap üzü gödükdən bu yana,
20-ci əsrin axırının
32, 21-ci əsrin əvvəlinin
isə hələlik
22 ilini, yəni üst-üstə yarım
əsrdən çox
bir dövrü haqq və ədaləti
tərənnüm və
müdafiə edən
fəal yaradıcılıq
və ictimai fəaliyyət içrə
keçirib.
Yazıçı-dramaturq, publisist, ictimai xadim, əməkdar jurnalist Nüşabə Əsəd
Məmmədlinin yaradıcılıq
gecəsi Gəncə
şəhər İcra
Hakimiyyətinin, Gəncə
Regional Mədəniyyət İdrarəsinin dəstəyi
və "Cavad xan" Tarix-Mədəniyyət
Fondunun təşəbbüsü
ilə Gəncə Dövlət Filarmoniyasının
böyük salonunda keçirilib.
Yaradıcılıq gecəsinin ab-havasını
da bu ziyalı
xanımın millətsevərliyi,
vətəndaş mövqeyi,
insanları yüksək
amallara, qəhrəmanlığa
səsləyən yaradıcılığı,
həmçinin, onun bir mahir yazıçı
kimi əsərlərində
klassik və müasir ədəbi priyomları ustalıqla istifadə edə bilməsi haqda söylənilənlər müəyyən
edirdi.
Tədbirdə Gəncə şəhər
İcra Hakimiyyətinin
başçısı Niyazi
Bayramov və Türkiyə Respublikasının
Gəncədəki Baş
konsulu Zeki Öztürk də iştirak edib və təbrik nitqi söyləyiblər. Niyazi Bayramov
Gəncə şəhərinin
ictimai-mədəni həyatında
səmərəli fəaliyyətinə
görə Nüşabə
Məmmədliyə "Təşəkkürnamə"
təqdim edib.
Onlarla insan - həmkarlar, sənət adamları, ziyalılar, sadə gəncəlilər
yaradıcılıq gecəsinin
səbəbkarı haqda
ürək sözlərini
çatdırıblar. Çıxış edənlərin sayı olduqca çox olduğundan görüş
dörd saata yaxın müddət ərzində davam edib.
Çıxışlarda Nüşabə xanımın
bioqrafiyasının zəngin
faktları haqda da geniş söhbət
açılıb.
Nüşabə Əsəd qızı
Məmmədova 1972-ci ildə
Azərbaycan Dövlət
Universitetinin Jurnalistika
fakültəsini bitirib.
Elə həmin ildən Gəncənin rusca çıxan "Novosti Gyandji" qəzetində
fəaliyyətə başlayıb.
1991-1995-ci illərdə həmin qəzetin baş redaktoru olub. O, Gəncə Jurnalist Assosiasiyasının
sədri, Ümumdünya
Qadın Jurnalistləri
təşkilatının üzvüdür.
Nüşabə Əsəd
Məmmədlinin əsərləri
rus, ingilis, polyak, türk, gürcü, fars
dillərinə tərcümə
edilib, onun kitabları İngiltərə,
Rusiya, Ukrayna, ABŞ, Polşa və Gurcüstanda çap olunub.
Nüşabə xanim sovet dövründə, 1987-ci il fevralın 13-də
Azərbaycan jurnalistlərinin
VII qurultayında Azərbaycanın
ən qədim şəhərlərindən olan
Gəncənin adının
qaytarılması məsələsini
qaldirıb və buna gorə müxtəlif səviyyələrdə
təqiblərə məruz
qalıb.
Nüşabə xanım 1992-ci ildə
"Tomris" Analar Cəmiyyətini yaradıb
və bu təşkilat qaçqın
və məcburi köçkün həyatı
yaşayan bir çox ailələrə
mənəvi və maddi yardım göstərib.
Qızıl Qələm və
Zərdabi mükafatları
laureatı Nüşabə
xanım həmçinin
bir neçə səhnə əsəri və kinossenarilərin
də müəlliffdir.
O, Azərbaycanın mərd oğlu, əyilməz Cavad xan haqqında
yazılmıs ilk bədii
əsərin - eyni adlı pyesin müəllifidir. Gəncə Dövlət
Dram Teatrında oynanılmış
bu əsər Milli Televiziyanın Qızıl Fonduna daxil olunub.
Bu xüsusda, "Cavad xan"ın 32 il
əvvəlki premyerasında
yaşanan qürurlu anları yada salmamaq olmur. Taleyin hökmünə bax ki, azadlıq yolunda canından keçmiş Cavad xanın əhvalatı
1990-cı ilin qanlı
20 Yanvarından sonra işğalçılar tərəfindən
tətbiq olunmuş fövqəladə vəziyyət
dövründə göstərilirdi.
Həmin işğalın təzəcə
yaşandığı dövrlərdə,
1990-cı ilin aprelin
29-da (! - ilk tamaşaya gəlmiş alim və ictimai
xadim Rafael Hüseynov tamaşadan sonrakı çıxışında həmin
günü, daha doğrusu, aprelin 28-ni nəzərdə tutaraq
"azadsızlığımızın
70-ci ilində..." ifadəsi
işlətmişdi) Gəncə
Dövlət Dram Teatrında,
hələ 80-ci illərdən
Gəncənin adının
bərpası və qəhrəmanlarımızın tariximizdəki yerinin müəyyənləşdirilməsi üçün sözün
həqiqi mənasında
mübarizə aparan dəyərli yazıçı-jurnalist
Nüşabə xanımın
"Cavad xan" pyesinin ilk tamaşası göstərilirdi. Salonu ağzınacan
doldurmuş tamaşaçılar
səhnədə cərəyan
edən hadisələrlə
müasir dövrdə
yaşanan proseslər
arasında bir eyniyyət görərək
(işğal həmişə
işğaldır) vətənpərvər
şüarlar qışqırmaqdan,
Cavad xanın cəsarətini şövqlə
alqışlamaqdan çəkinmirdilər.
Amma taleyin daha bir
hökmü vardı!
Bir neçə ay əvvəl, Nüşabə
Məmmədlinin "Cavad
xan" pyesi 32 ildən sonra, 2022-ci ilin yanvarın 15-də, Cavad xanın anım günündə,
səhnəyə qayıtdı.
Yeni quruluşda, artıq cəmiyyətimizin qələbə
ovqatının da hopduğu tərzdə təqdim olunan tamaşa alqışlarla qarşılandı. "Cavad
xan"ın yeni quruluşlu premyerası
zamanı istər müəllif, istər də qonaqlar tərəfindən söylənilən
fikirlər də Vətən, qəhrəmanlıq,
işıqlı gələcəyə
inam mövzusunda oldu. Tamaşa paytaxtda da Akademik Milli Dram Teatrının səhnəsində
də nümayiş olundu.
Doğrudan da Nüşabə
xanımın şah əsəri olan həmin "Cavad xan"ın 32 ildən sonra "qeybdən
qayıtması"nda bir
hikmət görünməkdədir.
1990-cı ilin 20 Yanvarında əliyalın
dinc xalqın qətl edilməsi ilə üstümüzdə
dolanmağa başlayan
şər qüvvələrin
məkrli planları
2020-ci ilin 8 noyabrında
darmadağın edildi.
Cavad xanın ruhu da bizim görüşümüzə
bir başqa ovqatla qayıtdı.
Sonda təbrikli, təsirli, sözlü, musiqili, gül-çiçəkli yaradıcılıq
gecəsinə dönərək
bildirək ki, tədbir zamanı "Cavad xan" Tarix-Mədəniyyət
Fondu tərəfindən
Nüşabə Məmmədliyə
"Cavad Xan" medalı da təqdim edilib.
Zakir Muradov,
Gəncə
525-ci qəzet .- 2022.- 6 iyul.- S.12.