Eşqə, sözə vurğun qəlb...
Unudulmaz
şairimiz Əliağa
Vahiddən sonra mənə elə gəlir qəzələ meyil xeyli azalmışdır,
amma ötən əsrin S.Rüstəm, S.Vurğun, M.Mehdi Seyidzadə, M.Rahim kimi sənətkarları qəzəl yazırdılar,
tanınmış müğənnilərdən
Şövkət Ələkbərova,
Fatma Mehrəliyeva,
Sara Qədimova həvəslə
həmin qəzəllərdən
muğam üstə oxuyurdular. Eləcə də Xan Şuşinski, Mütəllim
Mütəllimov, İldırım
Həsənov, Əbülfət
Əliyev, Əlibaba Məmmədov və başqaları.
Ə.Vahiddən sonra yeni nəsil,
başda Bakir və Mail olmaqla qəzələ qayıtdılar,
qəzələ aid kitablar
nəşr olundu, yəni əsrimizdə bu janr unudulmadı. Lakin tənqidçilərimiz
öz məqalələrində
qəzələ üz
tutmadılar, bir kəlmə də yazmadılar. Buna baxmayaraq, bəzi şairlərimiz ruhdan düşmədilər. Deməli,
Nizamidən, Nəsimidən,
Füzulidən, Vaqifdən,
Zakirdən, Natəvandan
sonra da qəzəllər qələmə
alındı, oxundu.
Bu günlərdə Tahir
Rzanın "525-ci qəzet"də
(23 iyun 2022) çıxan
13 qəzəlini oxudum. Tahir bəyin
bu janra bir şair kimi
üz tutması onun kövrək hisslərinə, duyğulu
qəlbə malikliyinə
dəlalət edir (Mən onun şeirlərini
məmnunluqla oxuyuram).
Axı, şairi həmişə sosial mövzular maraqlandırmır, hisslərinin
"uşaqlaşan" anları
da olur, Eşqə vurğun saatları da istisna deyil. Qəzəllərinin ilkini "Şeirin
günəşi, sultanı,
həm xanı qəzəldir" misrası
ilə başlaması
təsadüfi deyil və "Könül evinin sevimli mehmanı qəzəldir"
- təsadüfi deməmişdir.
Bu qəzəldə Tahir
Rza qəzəlin insanın mənəvi-ruhi
ovqatında rolunu, əql ilə sözün vəhdətini,
ürəyin çarəsi,
dərmanı qəzəl
olduğunu poetik dillə səsləndirir:
Çox vaxt gecələr
nazlı gözəl tək məni tovlar
Ruhla qovuşan ömrümün
hər anı qəzəldir, - beyti ilə şair ovqatının intim hisslərini gizlətmir. Tahir Rzanın qəzəllərindən
Eşq məfhumu qırmızı xətlə
keçir və Ruha qovuşur, şairin bəs xahişi nədir ki, üzünü təbibə tutur.
Ey təbib, bağrımı
yar, ruhu götür canımdan,
Bəlkə eşqin bəlası
xaric ola
qanımdan.
Həsrəti darə çəkib,
qəlbimi bəlkə
görəsən,
Xəbərin yoxmu sənin ah ilə əfqanımdan?
Cismimin od-alovu bihal edərkən çoxunu
Bəs nədən nazlı yarım asta keçir yanımdan? -
Eşqin
şair qəlbinə
cəfası, asudəliyini
əlindən alması,
dərdə - kədərə
düçar etməsi!
Həyatının eşqə düşən
andan tamam dönməsi. Eşq şair
üçün bir bəladır ki, əqlə daxil olduqda ruhla birləşir.
Eşq "Eşqə"
sözündən törəmişdir:
"Eşqə" üzüm
tənəyinin xüsusi
növü olub, ağaca sarılır, şirəsini sorur, ağacı qurudur. Bu hisslər qəzəlxan
üçün bəllidir,
eşqin törədəcəyi
"bəla" da həmçinin. Amma ruhunu
yaşatmaq gərəkdir.
Şair:
Ruh gedib canan ilə, illərdir ki, can xəstədir,
Dərdimə etmir əlac, sanki həb, dərman xəstədir.
Nə qədər səy
etdilər duymadı hər kəs halımı
Ya mənəm naəlac qalan, ya da ki
loğman xəstədir.
Şair Tahir Rza eşqin
bəlasını yaxşı
anlayır və qəzəlləri də pıçıldayan həmin
eşqdir, Eşqə
düşənə ülfət,
məhəbbət əhlinə
əl yetirməyi tövsiyə edir, əks halda o insan - Ruh sahibi
"anlamır sevgini,
həyatı", demək,
"o insan xəstədir". Bəlkə o insanın özü eşqə tutulubdur?
Eşq onun canına - ruhuna sarmaşıbdır?
Bu suallar qarşısında
şair - müəllif
daha bəşəri nəticəyə gəlir:
Sevgisiz, eşqsiz qalıb,
böhran tutubdur dünyanı.
Qan - qada tüğyan
edir, can gedir, dövran xəstədir.
Vaxt keçir, siz yarıma ərz eləyin əhvalımı
Tahirə salsın nəzər,
bilsin qəzəlxan xəstədir.
Şair tədricən eşqin
fəlsəfəsini başa
düşür, anlayır
ki
Nə imiş eşqi
- bəla, gəldi havasın gördüm,
Eşq ilə dərdi
- sərin qəlbdə
davasın gördüm
Aşiqi Məcnun edən
çöllərə tutdum
üzümü,
Leylinin yaşlı gözün,
ahı - nəvasın
gördüm.
"Sevilib - sevilməyinə peşman olmayan" şair sevdiyinin qövrü-cəfasını görə
bildi və:
Axırı yar canımı
canına qurban etdi,
Qoymadı darda məni əhdi-vəfasın gördüm,
- nikbinliyini gizlətmir.
Başqa
bir qəzəlində
şair Tahir bəy üzünü bivəfalara tutur və bu zümrənin
"nə bilir eşq ilə dərdin dəyərini"
- gileylənirsə:
Sədaqət, əhdi-vəfa zinətidir
insanın
Yaradan özü verib
arifin, mərdin dəyərin.
Ey təbib, rəhmə
gəlib, qəlbimi bir an oxudun
Yaralı can-ciyərin axırı gördün dəyərin. - toxdayır.
Eşq şairi bütün cəfalardan, peşmançılıqdan,
inciklikdən sonra bir təsəlli arayır, könlünə
üz tutur:
Ey könül, eşqin
bəlasın aləmə
car etmə gəl,
Döz yarın hicranına,
hər sirri aşkar etmə gəl...
Ah edib, dərd çəkməyindən
əl götürmə
anla ki,
Dərd səni aşiq edib, bu dərdi
inkar etmə gəl, - yenə üz tutur təbiətə. Şair
təbib obrazını
eşqə mübtəla
olanların xilaskarı
sanır:
Min dəfə cəhd eyləsən də, anlamazsan dərdimi,
Ey təbib, dərman
üçün böylə
çox israr etmə gəl.
Və aşiqini rəhmə
çağırır, çarə
tapmağa səsləyir:
"Tahirə bir çarə tap, güldür onu, xar etmə gəl"
- son təsəllisidir!
Tahir Rza bu qəzəlləri
ilə sübut etdi ki, o, şairdir,
içində eşq atəşi var və bu atəş ona gözəl qəzəlləri diktə edir, qəlbi sözə vurğundur
və yaradıcılıq anlarında "başqa
yol seçmir".
Deməli, Əliağa Vahidin qəzəl
dünyasında Tahir bəy kimi şairi var.
Allahverdi EMİNOV
Pedaqogika üzrə fəlsəfə
elmləri doktoru, dosent
525-ci qəzet .- 2022.- 9 iyul.- S.17.