Xalq artisti Mikayıl Mirzənin 75 illik yubileyi qeyd olunub
Ağsu
rayon Mədəniyyət sarayında
AMEA Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
Xaqani Şirvani adına Aran regional filialı tərəfindən
bədii qiraət ustası, Xalq artisti Mikayıl Mirzənin 75 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin Aran regional filialının müdiri,
filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı görkəmli sənətkarın
zəngin yaradıcılığından,
özünəməxsus ifa
üslubundan danışıb. Bildirib ki,
Mikayıl Mirzə yaratdığı rolları
təbii, inandırıcı
şəkildə tamaşaçılara
çatdırıb, sənətkar
"Azərbaycanfilm" kinostudiyasında
lentə alınan bədii filmlərdə, onlarla dram əsərində
yaddaqalan obrazlar yaradıb.
Çıxış edən Ağsu rayon İcra Hakimiyyətinin başçısı
Rövşən Bağırov
Xalq artisti Mikayıl Mirzənin ictimai-siyasi fəaliyətindən,
sovet quruluşuna qarşı 90-cı illərdə
poeziya salonlarında, şeir məclislərində,
meydanlarda apardığı
açıq mübarizədən
bəhs edərək bildirib ki, tamaşaçı
kütləsi onu müxtəlif ekran əsərlərindəki və
televiziya tamaşalarındakı
obrazlarında tanıyıb
sevib.
Mikayıl Mirzənin sənət dostu, tələbəsi olmuş Xalq artisti Nurəddin Mehdixanlı çıxışında
bədii qiraət ustasının ekran əsərlərində rol
aldığı obrazlarından
danışıb. O, sənətkarın
teatrda Leonard Frankın
"Yad adam" əsərində Qoca, Səməd Vurğunun
"Vaqif" dramında Kürd Musa,
"Fərhad və Şirin"də
Fərhad, İlyas
Əfəndiyevin "Bizim
qəribə taleyimiz"
əsərində Eyvaz,
"Tənha iydə ağacı"nda Muratov, M.İbrahimovun
"Kəndçi qızı"nda
Aslan, Bəxtiyar Vahabzadənin "Fəryad"ında Zahid, "Yollara iz düşür"
əsərində Şair,
Cəfər Cabbarlının
"Od gəlini"ndə Elxan, Anarın "Sizi deyib gəlmişəm"ində
Sabir, "Adamın adamı"ında Tərs
Tahir, Abdulla Şaiqin
"Fitnə" əsərində
Bəxtiyar, C.Məmmədquluzadənin
"Dəli yığıncağı"nda
Cinli Mustafa, H.Cavidin
"İblis"ində İxtiyar
və digər obrazları böyük məharətlə oynadığını
vurğulayıb: "Mikayıl
Mirzə xarekterik obrazları - "Günahsız
Abdulla" əsərində Abdulla obrazını, C.Cabbarlının
"Aydın" pyesində
Aydın obrazını
daha böyük şövqlə oynayırdı.
Mikayıl istedadlı rejissor
kimi "Aydın"
pyesini yeni ruhla, yeni quruluşda
tamaşaya hazırladı".
Tədbirdə həmçinin Xalq
artisti Əli Nur, Milli Məslisin
deputatı Tahir Kərimli, Ağsu rayon Ağsaqqllar Şurasının
sədri Seyfəddin Abdullayev çıxış
edərək Mikayıl
Mirzənin çoxşaxəli
yaradıcılığından, dostluğa və yoldaşlığa sədaqətindən,
insani keyfiyyətlərindən
söhbət açıb,
onunla bağlı xatirələrini bölüşüblər.
Daha sonra
VIII Respublika Muğam Müsabiqəsi laureatı
Sabir Hüseynov, aşıq Amil Dadaşov öz ifaları ilə məclisə rövnəq
veriblər. Həmçinin, məktəblilər Mikayıl Mirzənin qələmə aldığı
şeirləri səsləndiriblər.
Tədbirdə Mikayıl Mirzənin
rol aldığı Azərbaycan kinofilm studiyasında lentə alınmış
"Uzun ömrün
akkordları", "Topal
Teymur" filmlərindən
epizodlar və vaxtilə sənətkarın
ifasında lentə alınmış şeirlərdən
ibarət videoçarx
nümayiş olunub.
Sonda görkəmli
sənətkarın ailəsi
adından çıxış
edən oğlu Mətin Mirzə atasının xatirəsinə
göstərilən diqqətə
görə tədbirin
təşkilatçılarına və iştirakçılarına
təşəkkürünü bildirib.
525-ci qəzet .- 2022.- 9 iyul.- S.17.