Əflatun Amaşovun
ilk romanının təqdimatı keçirilib
Mətbuat Şurasının sədri
Əflatun Amaşovun müəllifi olduğu
"Qanıq, Hasan, bir də Qaragöz"
romanının dünən
təqdimatı keçirilib.
APA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış
edən Azərbaycan Yazıçılar Birliyinin
sədr müavini Rəşad Məcid deyib ki, uzun
müddət Mətbuat
Şurasının sədri
vəzifəsində çalışan
Əflatun Amaşov
ilk dəfə bədii
əsər yazıb və bu əsər
çox peşəkar
dildə qələmə
alınıb.
Rəşad Məcid gələcəkdə
Əflatun Amaşovun bu kimi yeni
əsərlər yazacağına
inandığını söyləyib.
Xalq şairi Sabir Rüstəmxanlı əsərin
"Borçalı bədii
dilində yazıldığını"
bildirərək romanı
yüksək qiymətləndirib:
"Azərbaycan bədii
dili yarımçıqdır.
Bədii
dilimizin böyük Güney qolu var, bu gün
ədəbi dilimizdən
kənardadır. O cümlədən,
Borçalı bədii
dilinin böyük potensialı var, o potensial də təqdim olunmalıdır".
S.Rüstəmxanlı qeyd edib ki, belə
potensiala malik Ə.Amaşov ədəbiyyata
gec gəlməməli
idi: "Əflatun Amaşov həm bu dünyanın adamıdır, həm də bu dünyanın
adamı deyil. O, proseslərə hər zaman insani mövqedən
yanaşır ".
Bakı
Dövlət Universitetinin
Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi
kafedrasının müdiri
Cahangir Məmmədli
romanın real və mifik düşüncələrin
məhsulu olduğunu vurğulayıb: "Əsər
çox maraqlıdır.
Bu, yeni üslubda
yazılmış nəsr
əsəridir".
"Xalq Cəbhəsi"
qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Azəri-Türk"
Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı əsərin
orijinal üsluba malik olduğunu bildiriblər.
APA Media Qrupun rəhbəri
Vüsalə Mahirqızı
müəllifi roman münasibətilə
təbrik edib, əsərin müasir üslubda yazılmasının
diqqətçəkən olduğunu
deyib. V.Mahirqızı
Ə.Amaşovun yaxşı
dost, yaxşı media adamı
olduğu kimi ədəbi prosesdə də uğur qazanacağına inandığını
deyib: "Məncə,
insan bir sahədə peşəkardırsa,
hər sahədə peşəkardır. İşində peşəkar olub, insan kimi qeyri-peşəkar,
xaraktersiz olmaq olmaz. Mən şəxsən özümə münasibətdə
Əflatun Amaşovun dostluğa sadiqliyini görmüşəm. Bizim ortaq
dostlarımız Əflatun
Amaşovun 1980-90-cı illərdə
Ümummilli lider Heydər Əliyevi tənqid edənlərə
qarşı necə sərt mövqe nümayiş etdirdiyini həmişə xatırlayırlar.
Bu gün də
özümüzə, mediadakı
çox insana münasibətdə mən
həmin mərdliyi görürəm. Mən Əflatun
Amaşova uğurlar arzulayıram. Ümid edirəm
ki, bu əsərin
davamı olacaq".
Yazıçı, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz da əsəri yüksək qiymətləndirib.
Romanın ərsəyə gəlməsindən
danışan Ə. Amaşov
hər bir yazıçının içində
peşəkar jurnalist
olduğunu söyləyib:
"Hər bir jurnalistin içində bir yazıçılıq
var, bəzən inkişaf edir, bəzən inkişaf etmir. Markes, Ernest Heminquey də
jurnalist olublar. Romana gəlincə, burada insanların şeytanlaşması,
kənar dünyadan gələnlərin dünyanın
faciəyə getməsini
bildirməsi kimi məqamlar əksini tapıb. Bu da
təsadüfi deyil, bu gün dünyada
gedən proseslər də göz önündədir".
Ə.Amaşov romanın onun iç dünyasını
əks etdirdiyini vurğulayıb: "Roman trilogiyadır,
bu, ilk kitabdır, davamı da olacaq".
525-ci qəzet .- 2022.- 9 iyul.- S.12.