"Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması aktual problemdir"

 

"İNDİYƏDƏK APARILAN TƏDQİQATLAR XƏZƏRİN SƏVİYYƏSİNDƏ ÇOX KƏSKİN DƏYİŞMƏLƏR OLDUĞUNU GÖSTƏRİR"

 

Xəzər dənizinin region ölkələri üçün əhəmiyyətini qiymətləndirmək çətindir. Beş ölkənin sahillərini yuyan Xəzər iqtisadi strateji əhəmiyyəti ilə yanaşı, region üçün vacib iqlim təyinedici təsirə malikdir. Dəniz səviyyəsinin dəyişməsi həmişə ölkə iqtisadiyyatına böyük ziyan vurub. 1978-1995-ci illər hamımızın yadındadır, o zaman dənizin səviyyəsinin 2,5 metr qalxması infrastruktur obyektlərinin yaşayış məntəqələrinin su altında qalması ilə nəticələnib.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyir ki, hazırda Xəzər dənizinin səviyyəsi enməyə başlayıb: "Son 15 ildə onun səviyyəsi demək olar ki, 1,5 m azalıb 1977-ci ilin 100 illik minimumuna çatana qədər isə cəmi 80 sm qalıb. Uzunmüddətli tədqiqatlar göstərdi ki, səviyyə dalğalanmalarının maksimum amplitudası 3 m-dir. Əgər əvvəllər Xəzər dənizinin səviyyəsində bir əsr ərzində baş verən bu dalğalanmalar nisbətən "sabit iqlim" adlanan dövrə düşürdüsə, indi iqlim dəyişikliyi bu prosesə öz təsirini göstərir".

Umayra Tağıyevanın sözlərinə görə, son 10 ildə iqlim dəyişikliyi dünya alimlərinin əvvəllər proqnozlaşdırdığından daha sürətlə baş verib: "Bu, öz nəticələrini bütövlükdə ekosistemlərə yükləyir. Bu baxımdan Xəzər dənizinin səviyyəsində dəyişikliklərin ən real proqnoz-ssenarisinin müəyyən edilməsi, eləcə uyğunlaşma tədbirlərinin işlənib hazırlanması bütün Xəzəryanı ölkələr ətraf region üçün həyati əhəmiyyət kəsb edir".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiki Fəxrəddin Qədirov bildirib ki, iqtisadi cəhətdən mühüm əhəmiyyət daşıyan Xəzər dənizinin ətraf regionun geoloji ekoloji problemlərinin elmi araşdırılması aktual problem olaraq qalır: "Xəzərdə neft qazın intensiv kəşfiyyatı hasilatı fonunda bir çox geo-ekoloji təhlükələrlə rastlaşırıq. Bunlar Xəzər dənizi səviyyə tərəddüdləri, dəniz dibinin deformasiyaları ilə bağlı geoloji təhlükələr çirklənmə ilə bağlı ekoloji problemlərdir. Xəzərin zəngin bioloji ehtiyatlarının qorunub saxlanması da günümüzün aktual problemidir. Bunlar bir kontekstdə həllini gözləyən problemlərdir".

Akademikin dediyinə görə, bütün bu problemlərin elmi həlli Xəzəryanı dövlətlərin birlikdə aparacağı tədqiqatlara bağlıdır: "Geoloji inkişaf dövrü ərzində Xəzər regionu dəfələrlə litosfer plitələrinin qarşılıqlı təsiri ilə aktiv geodinamik proseslərin təsirinə məruz qalıb. Alp-Himalay qırışıq qurşağında baş verən plitə toqquşmaları nəticəsində meydana çıxan aktiv geodinamik proseslər Xəzər regionunun cənubunda bu gün davam edir. Burada baş verən zəlzələlər, palçıq vulkanları deformasiyalar Xəzər dənizində geodinamik şəraiti müəyyənləşdirir. Araşdırmalar göstərir ki, zəlzələlərin palçıq vulkanlarının aktivləşmə fazaları Ərəbistan plitəsinin dinamik təsiri ilə baş verən regional geodinamik rekonstruksiyalar dövrünə uyğun gəlir. Cənubi Xəzər zonasında Ərəbistan plitəsinin təsiri ilə seysmik vulkanik hadisələr nəticəsində formalaşan geodinamik şərait relyef dəyişmələri bu gün özünü göstərir. İqlim dəyişmələri prosesi bu dəyişikliklərlə eyni zamanda baş verir. Xəzər dənizi regionunda deformasiya zəlzələlərin təsiri formalaşan geodinamik şərait iqlim dəyişmələri ilə yanaşı, dəniz səviyyəsinin anomal dəyişmələri müşahidə olunur".

F.Qədirov vurğulayıb ki, indiyədək aparılan tədqiqatlar Xəzərin səviyyə tərəddüdlərində çox kəskin dəyişmələrin olduğunu göstərir: "Bu tədqiqatlar 100 il əvvəl Xəzərin səviyyəsinin 2 metr yüksək olduğunu göstərir. XX əsrin 30-cu illərində səviyyə 1.5 m aşağı enib, 1978-1995-ci illər arasında 2.7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq ildə səviyyə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə üzləşə bilər. Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da, bunların üzərində fluktuasiya dəyişmələri müşahidə edilir. Coğrafi mövqeyinə okeanlarla əlaqəsinin olmaması səbəbindən Xəzərin səviyyə rejimi onu bəsləyən çaylardan, yağıntılardan buxarlanmadan - zamanla dəyişən dəniz su balansının əsas komponentlərindən çox asılıdır".

Akademikin sözlərinə əsasən, iqlim amili ilə formalaşan Xəzər dənizinin su balansın komponentləri sırasında Xəzərə tökülən çay axımları, dəniz səthinə düşən yağıntılar, Xəzərin səthindən buxarlanma, Xəzərə axan yeraltı sular axımlar yer alır: "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz uyğunlaşma tədbirləri" mövzusunda keçirilən beynəlxalq konfransda danışan akademik qeyd edib ki, iqlimə dolayısı ilə dənizin səviyyəsinə təsir edən astronomik amillər var. Bura günəş aktivliyi qabarma-çəkilmə aiddir. Tektonik amillər arasında zəlzələ nəticəsində qırılma xətlərində baş verə biləcək axınlar, Xəzərdə baş verən vulkan püskürmələri nəticəsində yaranan lava axımları, plitələrin qarşılıqlı təsiri nəticəsində dibin tərəddüdü yer alıb. Antropogen amillər iqlim dəyişmələrinə bilavasitə su balansı komponentlərinin dəyişmələrinə səbəb olur".

F.Qədirov deyib ki, Xəzər dənizinə yeraltı suların axmasına dair aparılan hesablamalar bu prosesin dəniz səviyyəsindəki tərəddüdlərə ciddi təsiri olmadığını göstərib: "Tədqiqatçıların əksəriyyəti iqlim bununla yaxından əlaqəli axınlı-miqrasiya amilinə üstünlük verirlər. Bütün bu amillərin kompleks təhlili Xəzər dənizi səviyyə tərəddüdlərinin bir çox ssenarilər üzrə tədqiqatlarını zəruri edir. Aparılan tədqiqatlarda Xəzər dənizinin səviyyəsində tərəddüdlərə səbəb olan əsas amillər olaraq iqlim çay sularının olduğu qəbul edilsə , 1977-ci ildə başlayan bu günə qədər davam edən kəskin dəyişmələr bu faktorlarla izah oluna bilmir. Xəzər dənizinin səviyyəsində tərəddüdlərlə seysmik proseslər arasında əlaqələrin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar bu prosesində qismən rol oynadığını ortaya qoyub. Başqa sözlə, Cənubi Xəzər plitəsinin kənarının seysmik hadisələr hesabına hətta əhəmiyyətsiz yerdəyişmələri həm zəlzələlərin hazırlanması zamanı, həm onların baş verməsindən sonra dəniz səviyyəsində nəzərə çarpacaq fluktuasiyalara səbəb olacaq. Su balansı seysmik təsirlə hesablanmış səviyyənin dəyərləri ilə səviyyənin həqiqi mövqeyi arasındakı bu cür uyğunsuzluq Xəzər dənizinin səviyyəsinin tərəddüdünün təkcə iqlim amilləri ilə deyil, həm bu bölgənin yer qabığında baş verən tektonik hərəkətlərlə bir əlaqəsi olduğunu göstərir. Bu günə kimi iqlim dəyişmələri tektonik proseslərlə səviyyə tərəddüdlərini əks etdirən tam fiziki model mövcud deyil".

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyir ki, İqlim dəyişmələri nəticəsində meydana çıxan fövqəladə hallar, eləcə Xəzər dənizinin səviyyəsində tərəddüdlərin artması bizi real risklərlə qarşı-qarşıya qoyur bu mövzuda ciddi düşünməyə, önləyici tədbirlər görməyə vadar edir. Onun sözlərinə görə, səviyyə tərəddüdlərinin ekosistemə mümkün təsirlərinin öyrənilməsi, bu istiqamətdə ciddi araşdırmaların aparılması, orta uzunmüddətli proqnoz-ssenarilərin qurulması, maraqlı tərəflərin operativ rəsmi məlumatlandırma sisteminin yaradılması, uyğunlaşma - adaptasiya tədbirlərinin hazırlanması, regional səviyyədə koordinasiya əməkdaşlıq məsələləri bu gün xüsusilə aktualdır.

Xalik Məmmədovun sözlərinə əsasən, Xəzər dənizi qapalı hövzədir Volqa, Ural, Samur, Kür, Terek, Səfidrud digər çayların hövzələrində baş verən iqlim tərəddüdləri burada suyun səviyyəsinin artıb-azalmasına əhəmiyyətli təsir göstərir: "Təcrübə göstərir ki, dənizin səviyyəsinin endiyi hallarda Xəzər faunasının məskunlaşdığı inkişaf etdiyi şelf zonasının sahəsi azalır, hidrotexniki qurğuların, o cümlədən, limanların istismarında çətinliklər əmələ gəlir. Analoji hallar SOCAR-ın dəniz obyektlərində yerləşən istehsalat sahələrinin normal rejimdə istismarına maneçilik törədir".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet .- 2022.- 9 iyul.- S.15.