Bayat döyüşləri

 

Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlığının qurucusunun həyatından bəhs edən "Pənahəli xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. Romanın "Bayat döyüşləri" fəslini oxuculara təqdim edirik.

 

Pənahəli xana qarşı açılan cəbhə

 

...Pənahəli xan yaxşı başa düşürdü ki, dağda-daşda gün keçirməyin vaxtı artıq çoxdan çatıb, oturaq həyat tərzinə keçmək lazımdır. Bu cür şəraitdə yaşamaqla qarşısına qoyduğu böyük məqsədlərə heç vaxt nail ola bilməz. O, ilk növbədə, bir qala tikdirmək fikrinə düşdü. Baş vəziri və qaynı Hacı Səhliyəli bəylə məsləhətləşəndən sonra 1748-ci il yanvar ayının 2-də Kəbirli mahalında xanlığın ilkin paytaxtı olan Bayat qalasının bünövrəsini qoydu.

Bəs nə üçün Pənahəli xan yeni tikdirdiyi qalaya bu adı verdi, Qarabağın Qacar, Kəbirli, Qaramanlı, Şamlı, Kəngərli, yaxud elə özünün də mənsub olduğu Cavanşir tayfasının adını yox?! Bunun da səbəbi vardı.

Pənahəli xan Nadir şah Əfşarın Hindistan yürüşü ərəfəsində bayatların Heratda əfqanlara qarşı necə qəhrəmanlıqla vuruşduqlarını, eyni zamanda etibarlı olmalarını öz gözləri ilə görmüşdü. Üstəlik də, o, bu igid tayfanın Qarabağda sayca çoxluğunu və böyük nüfuza malik olduğunu nəzərə alaraq dövlətini daha da möhkəmləndirmək üçün bu addımı atmışdı.

Qala az müddətdə sürətlə inşa edildi. Ətrafına bişmiş kərpicdən möhkəm hasar çəkildi, dörd tərəfdən xəndəklər qazıldı. İnzibati tikililər, məscid, hamam, divanxana, imarətlər tikildi. Pənahəli xan ailəsini, qohum-əqrəbasını, yaxın adamlarını, el ağsaqqallarını, sayılıb-seçilən adamları bura cəmlədi. Qarabağ salnaməçiləri öz əsərlərində yazırlar ki, ətrafda olan camaat, hətta Pənahəli xanın tərəqqisini, yaxşı, məhəbbətamiz rəftarını eşidən Təbriz, Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə, öz ailələri ilə gəlib, Bayat qalasında yerləşdilər. Bir sözlə, Bayat bir istehkama çevrildi, Pənahəli xan üçün həm sığınacaq, həm səngər, həm qərargah, həm də qala oldu.

Pənahəli xanın kiçik xanlığı getdikcə böyüməyə başladı. Bayat qalasında mövqeyini nisbətən möhkəmləndirəndən sonra o, Bərdədən tutmuş Mil düzünə - Beyləqana qədər torpaqları, Sultanbud meşələrini öz ərazisinə qatdı. Az sonra Kür və Araz çayları arasındakı ovalığı və Qarabağın dağlıq və dağətəyi hissələrini əhatə eləyən geniş bir əraziyə də sahib oldu. Bir tərəfdən də el-oba hər yandan axışıb, Pənahəli xanın yanına gəlir, onun hakimiyyəti altında yaşamaq istədiklərini bildirirdilər. Az müddətdə xanlıq Araz çayının şimalında öz ərazisinə və əhalisinə görə ən böyük feodal dövlətinə çevrildi.

Pənahəli xan hələlik xanlığın ərazisindən kənara çıxmır, qazandığı qələbələri qoruyub-saxlamaq və düşmən hücumlarının qarşısını almaq barədə fikirləşirdi. Onun gücünün, qüdrətinin artması, xanlığının yüksəlişi ətraf əyalətlərin hakimlərini bərk narahat edirdi. Ona görə də bu hakimlərin bəziləri Pənahəli xanla əlaqə yaratmağa, bəziləri isə ittifaqa girməyə çalışırdı. Bəziləri isə...

...Pənahəli bəyin yenidən Qarabağa qayıdıb, özünü xan elan eləməsi, paytaxt-qala tikdirməsi zaman-zaman bu diyara fəlakətlər gətirmiş, bu torpağa nifaq toxumu səpmiş və indi də ənənəvi düşmənçiliklərini davam etdirən vəhşi  mədəniyyətsiz yadelli erməni tayfasının kürkünə birə salmışdı. Onun igidliyi, qazandığı uğurlar, ərazisini və hakimiyyətini genişləndirməsi, var-dövlətinin, cah-cəlalının, nüfuzunun, şan-şöhrətinin durmadan artması, tərəfdarlarının çoxalması, bir sözlə, dövlətinin yüksəlişi və bayrağının gündən-günə ucalması tarix boyu dönüklükləri ilə ad çıxarmış bu xəyanətkarların gözlərinə bir ox olub batırdı. Bu başabəla, nankor tayfanın üfunətli ürəyində kin və paxıllıq odu getdikcə alovlanır və Cavanşirlərə qarşı başlarına yağı olmaq havası düşürdü. Çox çəkmədən ermənilər Qarabağ məmləkətinə tamah dişlərini qıcamağa, öz murdar əllərini ona tərəf uzatmağa və hakimiyyəti ələ keçirmək niyyətilə Qarabağ hakimi ilə düşmənçiliyə başladılar. Xanlığın daxili və xarici işlərinə qarışmayacaqlarına, yalnız lazım gələndə qarabağlılara casusluq və bələdçilik edəcəklərinə bir vaxtlar söz vermiş məliklər anadangəlmə xislətlərinə uyğun olaraq üzdə özlərini Pənahəli xana sədaqətli göstərməyə çalışır, dalda isə onun ayaqlarının altını qazır, ona arxadan zərbə vururdular. Erməniləri isə Qarabağ xanlığını özləri üçün ən təhlükəli qüvvə hesab eləyən Şəki, Gəncə xanları və Qanzasar katolikosu qızışdıraraq Pənahəli xana tabe olmaqdan boyun qaçırmağa çağırır, başqa cür desək, xanlığın cilovunu onun əlindən almağa cəhd  göstərirdilər. Məliklər ölkədə sülhün qorunmasına əngəl törətməyə və Pənahəli xana qarşı bir cəbhə açmağa çalışırdılar. Onlar ölkə başçısının əl-ayağına dolaşır, ara-sıra qiyam qaldırıb, mərkəzləşmə prosesinin qarşısını almaqla xana başağrısı verərək diyarın inkişafına və qüvvətlənməsinə hər vasitə ilə mane olur, Pənahəli xanı aradan götürmək üçün boş başlarını sındıraraq müxtəlif yollar arayıb-axtarırdılar. Amma bu nadan kafirlər bircə əsas şeyi qanmırdılar ki, bu, o qədər də asan başa gələn iş deyil... Bununla belə, vaxtaşırı ona hər cür sədəmə toxumağa çalışan Xəmsə məlikləri onu da yaxşı qanırdılar ki, Qarabağ xanına təkbaşına heç nə eləyə bilməyəcəklər. Ona görə də onlar Pənahəli xana qarşı özlərinə müttəfiq axtarışına çıxdılar və tapdılar da. Bunlar Cavanşir və Otuziki tayfalarının bəzi oymaqları idi. Bəs bu oymaqlar Pənahəli xana qarşı niyə çıxırdılar, özü də ermənilərlə birlikdə?! Bu da səbəbsiz deyildi. Xanlıq yarananda nə otuzikilərdən, nə də digər cavanşirlərdən heç birinə sarayda vəzifə verilməmişdi. Bütün yüksək yerlər Sarıcalı oymağından olan cavanşirlərə və kəbirlilərə paylanmışdı.  Hətta gələcəkdə xanlıq üçün təhlükə törətməsinlər deyə, Pənahəli xan cavanşirləri parçalayıb, xeyli hissəsini yeni yaratdığı Cavanşir, bir qismini isə Dizaq-Cavanşir mahallarında yerləşdirmişdi. Ona görə də "palçıqları kin və həsəd suyu ilə yoğrulmuş Cavanşir və Otuziki əhalisinin ürəklərində ədavət alovu şölələndi və beyinlərinə kin havası hücum elədi. Onlar həmişə bu dövlətin yox olması uğrunda son dərəcə səy və qeyrət edirdilər". Cavanşirlərin bir hissəsi və Otuziki tayfası Gülüstan məliyi Məlik Ovsep Beqlyaryan, Craberd məliyi Məlik Allahqulu Sultan Məlik İsraelyan və Xaçın məliyi Allahverdi ilə birləşərək Pənahəli xanı devirmək fikrinə düşdülər.

Həmin vaxt isə Şəki və Şirvan xanları Pənahəli xanın getdikcə artan nüfuzundan ehtiyatlanaraq ona qarşı ittifaq yaratmaq üçün artıq bir araya gəlmişdilər. Hacı Çələbi xanın niyyəti Qarabağ torpağını  zəbt edərək öz ərazisinə qatmaq, Pənahəli xanı özündən asılı vəziyyətə salmaq idi. Bunu eşidən məliklər fürsəti fövtə verməyib, Şəki xanına məktub yazaraq   bildirdilər ki, Pənahəli xan Qarabağ vilayətində istiqlaliyyət sahibidir və nüfuzu da hər yerə yayılıb. Burda qala və səngər də tikdirib, getdikcə güclənməkdədir. Gələcəkdə ondan Hacı Çələbi xana böyük xətər toxuna bilər, Qarabağ xanının qarşısında tablaşmaq çətin olar. Əslində isə bu, xanları bir-biri ilə vuruşdurmaq istəyən məliklərin öz məkrli planları idi. Ermənilər Hacı Çələbi xanı aldadıb, Pənahəli xanla döyüşə təhrik etdilər və onunla birləşdilər.

Digər tərəfdən də Hacı Çələbi xan Pənahəli xana qarşı çıxan Otuziki elinin başçısı Məhəmmədəli xan Bayəhmədlini yanına çağırtdırdı. Necə deyərlər, arxı atlanmamış "bərəkallah" deyərək xüsusi fərmanla onu Qarabağa hakim təyin elədi.

Bundan sonra Hacı Çələbi xan yubanmadan Dərbənddən, Car-Balakəndən, Dağıstandan güclü qoşun topladı. Şirvan hakimi ilə ittifaq bağladı və birlikdə böyük qüvvə ilə Qarabağ üzərinə hücuma hazırlaşmağa başladı.

Birinci Bayat döyüşü

Tikintisi hələ tamamilə başa çatdırılmamış Bayat qalasının uzunmüddətli mühasirəyə davam gətirə bilməsi üçün hələlik kifayət qədər müdafiə imkanı yox idi. Kəşfiyyat isə Hacı Çələbi xanın niyyətini, real qüvvəsini və imkanlarını öyrənmiş və xəbər gətirmişdi ki, o, irimiqyaslı hücuma keçmək üçün birləşmiş qoşunlarını Kür çayı sahillərindəki məntəqələrə toplayıb. Ona görə də Pənahəli xan düşmənin qat-qat üstün və güclü qoşununun qarşısına çıxmaq, onun həmlələrini dəf etmək üçün ciddi və təcili tədbirlər gördü. Dərhal müdafiə planı cızıldı, yaranmış vəziyyətdən asılı olaraq görüləcək hazırlıq işləri ən xırda təfərrüatına qədər götür-qoy edildi, şəraitə uyğun döyüş taktikası seçildi, qüvvələr xüsusi dəstələrə bölündü. Tüfəngçilər ön xətdə, onlardan sonra isə nizələrlə silahlanmış süvarilər və ümumiyyətlə, müxtəlif təyinatlı dəstələr müəyyən olunmuş döyüş qaydalarına uyğun olaraq öz mövqelərində yerləşdirildi. Qalanın içərisində və ətraflarında daş və tirlərdən küçəbəndlər  quruldu, istehkamlar düzəldildi. Hər küçəbəndin başında təcrübəli sərkərdələr və tüfəngçilər qoyuldu. Düşmən atlılarının hücumunun qarşısını almağın ayrı bir yolu da vardı. Süvarilərin həmlə edəcəyi gözlənilən yerlərdə atların keçə bilməməsi üçün süni maneələr də yaradılırdı. Torpağın üstündə müəyyən məsafələrdə yerə yoğun və uzun mıxlar vurulur və onlar zəncir və kəndirlə bir-birinə bağlanırdı. Sürətlə çapan atların ayaqları da buna ilişir və yıxılırdılar. Bu da hücum edən tərəfin döyüş sürətinə böyük mənfi təsir göstərir və itkilərinin sayını artırırdı.

Pənahəli xan da nəzərdə tutulmuş sahələrdə bu üsuldan istifadə elədi. Silahlı qüvvələrə baxış keçiriləndən sonra qoşun döyüş hazırlığı vəziyyətinə gətirildi. Və qalanın müdafiəçiləri düşmənin hücumunu gözləməyə başladılar...

1748-ci ilin yazında Şəki qoşunları Qarabağ üzərinə yeridilər. Erməni məlikləri də öz silahlı dəstələri ilə onlara qoşuldular. Düşmən qoşunları Aran Qarabağın böyük bir ərazisini zəbt eləyib, sürətlə xanlığın paytaxtına tərəf irəlilədilər və Bayat qalasını dörd tərəfdən mühasirəyə aldılar. Böyükdən-kiçiyə bütün qarabağlılar doğma vətənlərini müdafiəyə qalxdılar.

Hacı Çələbi xan qalanın divarlarının ətrafında qazılmış xəndəklərdən asanlıqla keçə bilmək üçün oranı torpaq və daşla doldurmaq barədə döyüşçülərinə göstəriş verdi, əsgərlərinin bir hissəsinə isə özlərinə torpaq sahəsi düzəltməyi və həmin yerlərdən mühasirədəkilərə atəş açmağı əmr elədi. Qalanın müdafiəçiləri arasında çaşqınlıq yaratmaq üçün onlar əvvəlcə ox yağışına tutuldular. Bunun ardınca isə tüfəngçilər atəş aça-aça hücuma keçdilər.

Qalanın içərisində şeypurların qulaqbatırıcı səsi eşidildi, həyəcan siqnalı gurladı. Döyüşü qaladan kənarda aparmaq üçün Pənahəli xan əsgərlərinə hücuma keçmək əmri verdi. Müdafiəçilər şəkililəri tüfəng atəşi məsafəsinə gələnə qədər gözlədilər və qala divarlarına lap yaxınlaşan düşmənin üzərinə minlərlə oxlardan, həmçinin tüfənglərdən ölüm yağışı yağdırmağa başladılar. Sonra darvazalar açıldı və Qarabağ döyüşçüləri sürətlə qaladan çıxıb, düşmən üzərinə şığıdılar. Tərəflər üzbəüz gəldilər. Öndə dayanan döyüşçülər qılınca, qalxana, kamana, oxa əl atdılar. Ağır döyüş başlandı. Çalınan təbillərin səsləri, vuruşanların nərəsi, döyüş heyvanlarının nəriltisi, qılınc və nizə cingiltisi, ox vıyıltısı, at kişnərtisi, qatır fınxırtısı, insan qışqırığı bir-birinə qarışmışdı. Bir sözlə, göz-gözü görmür, ağız deyəni qulaq eşitmirdi. Hər iki tərəfdən tüfəngçilərin və nizədarların sərrast atəşləri döyüşün gərginliyini və şiddətini daha da artırırdı. Qan su yerinə axırdı. Qalanın ətrafı qan gölünə bənzəyirdi. Döyüş meydanının toz-torpağı, tüfənglərdən çıxan tüstü yuxarılara qalxıb, göyün üzünü qaraldır, görünməz eləyirdi. Amma qəfil başlanan şıdırğı yağış səmanı yavaş-yavaş açmağa başladı, yerdən qalxan toz-torpağı bir qədər yatırtdı.

Döyüş meydanını daim nəzarətdə saxlayan Pənahəli xan əmrlər verir, əsgərlərini ruhlandırırdı. Qarabağ süvarilərinin çevik manevrləri və düşmənə vurduqları güclü zərbələr hadisələri tamamilə başqa bir məcraya yönəltdi və döyüş yavaş-yavaş səngiməyə başladı. Nümunəvi təlim görmüş və texniki baxımdan lazımi qədər yaxşı təchiz edilmiş şəkililər döyüşdə heç də qarabağlılardan geri qalmırdılar. Çünki Pənahəli xanın qoşunu hələlik yığma, yəni, qeyri-nizami idi. Hacı Çələbi xanın ordusu isə öz peşəkarlığı ilə fərqlənirdi. Səbəb də bu idi ki, Şəki xanlığı çoxdan qurulmuş, özünün ordusunu formalaşdıraraq neçə-neçə hərbi əməliyyatlarda iştirak etmiş, zəngin təcrübə toplamışdı. Qarabağ xanlığı isə indi-indi ayaq üstə duraraq ordusunu hələ tamamilə formalaşdıra bilməmişdi. Bu isə Hacı Çələbi xan üçün həddən artıq üstünlük qazandırırdı. Ancaq güc, say üstünlüyü hələlik tam qələbənin təminatı deyildi.

Ancaq bununla belə, Hacı Çələbi xan fikirləşdiyinin əksinə olaraq ciddi müqavimətlə üzləşmişdi. O, mayaları şücaətdən yoğrulmuş qarabağlıların qeyrət və mərdliyini, həmişə döyüşə hazır vəziyyətdə və xüsusilə də, güclü müdafiə qabiliyyətinin olduğunu, görünməmiş mətinliyini və inadkarlığını, tarixi qəhrəmanlığını və bu qəhrəmanlığı istiqamətləndirən Pənahəli xan amilini nəzərə almamışdı. İndi isə qarabağlıların bu keyfiyyətlərinin, xüsusilə də, Vətən məhəbbətinin, onların elə-obaya necə bağlı olduğunun şahidi idi. Hacı Çələbi xan düşmən də olsa, qarabağlılara ürəyində "afərin!" - deyirdi.

Pənahəli xan geri çəkilir

Bayat qalasının müdafiəsi bir aydan çox çəkdi. Demək olar ki, döyüşlər ara vermirdi. Hər gün tərəflər qarşılaşır, yüzlərlə qurban verərək geri çəkilirdilər. Dəyişkən üstünlüyü ilə və çox vaxt çətin şəraitdə gedən bu döyüşlər eyni əzmkarlıq və iradə ilə vuruşan hər iki tərəf üçün həlledici əhəmiyyət kəsb edirdi. Lakin son döyüşlərin birində şəkililər bütün qüvvələrini toplayaraq qalanın içərilərinə doğru irəliləyə bildilər. Qızğın küçəbənd döyüşləri gedirdi. Müdafiəçilər düşmənin aramsız həmlələrinə baxmayaraq, möhkəm dayanıb, ciddi müqavimət göstərir, qalanı son dərəcə mərdlik və əzmkarlıqla qoruyurdular.

Pənahəli xan bu müdafiə döyüşlərində bütün bacarığını ortaya qoydu, qalib gəlmək üçün inadkarlıq və fədakarlıq göstərdi, bu ciddi sınaqdan qələbə ilə çıxmağın yollarını arayıb-axtarmağa başladı. O, döyüş meydanına yaxın olan bir yerdə qərar tutub, əmrlər verir və eyni zamanda hər iki tərəfin qüvvələrini və mövqelərini müşahidə eləyir, döyüşün gərginliyini daha da artıran Hacı Çələbi xanın açıq-aşkar qüvvə üstünlüyünü görürdü. Bu qüvvə fərqi qarabağlılar üçün ağır vəziyyət yaratmışdı. Lakin özündən sayca xeyli üstün və təcrübəli  olan birləşmiş qoşunlara qalib gəlməyin mümkün olmayacağını yaxşı dərk eləyən və tarixi şəraiti incəliklə dəyərləndirən Pənahəli xan irəli getməyin, düşmənin müqavimətini qırmağın və ümumiyyətlə, müqavimət göstərməyin mənasız olduğunu bir daha anladı, döyüş əməliyyatlarını davam etdirməyi sərfəli və münasib hesab eləmədi, geri çəkilmək məcburiyyətində qaldı. Belə bir addım atıb, qərar verdi: hərb qaydalarının tələbinə əsasən düzgün bir əsgəri taktika seçmək, dinc əhalini qaladan sağ-salamat çıxarıb, döyüş meydanından uzaqlaşdıraraq təhlükəsiz bir yerdə yerləşdirmək, müvəqqəti olaraq qalanı tərk eləyib, gələcək döyüşlərə qüvvə toplamaq üçün geri çəkilmək. İndiki halda o, bundan düzgün qərar görmürdü. Əks təqdirdə özünü də, min bir çətinliklə topladığı qoşunu da tamamilə bada verə bilərdi.

Pənahəli xan sağ qalan əsgərləri ilə birlikdə döyüşə-döyüşə Bayat qalasından çıxıb, Qırxqız dağı istiqamətində geri çəkilməyə başladı. Bu döyüşdə o, enilsə də, bunu məğlubiyyət saymırdı. Rastlaşdığı uğursuzluq igid sərkərdənin mübarizə ehtirasını söndürmədi, onu mübarizə aparmaqdan çəkindirmədi. Xanlıq üçün ilk ağır sınaqlardan biri olan bu məğlubiyyət qarabağlıların sıralarını parçalamadı, əksinə, daha da möhkəmlətdi.

Pənahəli xan sərkərdələrini və əsgərlərinin böyük bir hissəsini istirahət etmələri üçün evlərinə buraxdı və lazım olan vaxt yenidən bir yerə toplaşıb, onun yanına gəlmələrini əmr elədi. Eyni zamanda qoşunlarının sırasını bərpa etmək işləri ilə də məşğul olmağa başladı. Bayatdakı məğlubiyyəti şəxsiyyətinə heç cür sığışdıra bilməsə də, o, iradəsini itirmir, ümidsizliyə qapılmır, döyüş meydanından geri çəkilməyi özünə ar bilmirdi. Amma ona da əmin idi ki, qüvvə toplayıb, yenə öz paytaxtına qayıdacaq. Sadəcə olaraq bunun geci-tezi var. Bayat qalasının düşməndən geri alınması, onun hakimiyyətinin və ərazisinin bərpası, ümumiyyətlə, uçurum kənarında və süqutunun astanasında olan xanlığının gələcək taleyi Hacı Çələbi xan üzərindəki qələbədən keçirdi. Onu da yaxşı anlayırdı ki, Şəki xanı hələm-hələm rəqiblərdən deyil, çox təhlükəli, çox qorxulu və güclü düşməndir. Hacı Çələbi xana qalib gəlmək, onun üzərində qələbə çalmaq üçünsə böyük hazırlıq işləri görülməlidir.

Zəfər yürüşünə hazırlıq

1748-ci ilin yayı Qarabağ tarixinin ən tufanlı, ən böhranlı, ən çətin anlarından biri, faciəli və qəhrəmanlıq dövrüydü. Həmin il xanlıq ciddi təhlükə qarşısında qalmış, qarabağlıların taleyi amansız sınaqlarla üzləşmişdi. Pənahəli xanı qabaqda son dərəcə çətin, ağır və məsuliyyətli bir döyüş gözləyirdi. O, düşməni paytaxtından vurub-çıxarmağa tələsirdi, çünki Qarabağda mövqeyini möhkəmlətmək üçün qələbəyə çox ehtiyacı vardı, özü də bu qələbə qısa müddətdə olmalıydı. Pənahəli xan çox gözəl anlayırdı ki, burda qazanılacaq uğur onu daha böyük zəfərlərə aparacaq. Ancaq taleyinin necə olacağını da əvvəlcədən bilmirdi, yalnız onu başa düşürdü ki, qarşıdakı döyüşdə məğlub olsa, paytaxtını əsirlikdən qurtara bilməsə, illər boyu çətinliklərlə əldə elədiyi nə varsa, hamısından birdəfəlik və tamamilə məhrum ola bilər. Qələbə qazanmaq üçünsə yüksək sərkərdəlik məharəti tələb olunurdu və Pənahəli xan da özünün sərkərdəlik bacarığını bu döyüşdə ortaya qoymalıydı.

Pənahəli xan əli qılınc tuta bilən bütün həmvətənlərini səfərbər etmək fikrinə düşdü və ilkin olaraq Araz çayı boyunca yerləşən oymaq başçılarının yanına qasidlər göndərib bildirdi ki, silah-sursat, azuqə toplayıb, könüllü döyüşçülərlə birlikdə təcili olaraq Bayat yaxınlığındakı toplanış məntəqəsinə gəlsinlər və döyüşçüləri ilə izahat işləri apararaq qələbə çalmağın vacibliyi barədə onlarla söhbət eləsinlər. Həm də xəbər göndərdi ki, burda qoşun düşərgəsi düzəldəcək və vahid bir ordu yaradacaq, şanlı Qarabağ qoşunlarını özü yürüşə aparıb, düşməni darmadağın edəcək. Və düşməni məğlub etmək üçünsə elliklə onun üzərinə qalxmaq lazımdır.

Çox çəkmədən demək olar ki, bütün oymaq başçılarının hamısı cavab verdi ki, Pənahəli xanı meydanda heç vaxt tək qoymayacaqlar, öz silahlı dəstələri ilə onun köməyinə gələcəklər və xanla yanaşı düşmənə qarşı vuruşacaqlar.

Sonra Pənahəli xan Zəngəzura çapar göndərib, Qara Murtuza bəyi yanına çağırtdırdı. Onlar qardaşcasına, səmimiyyətlə görüşdülər. Bu etibarlı və sadiq zəngəzurlu dostu istənilən vaxt Pənahəli xanın ayağını qoyduğu yerə başını qoya biləcəyini və özünün süvari dəstəsiylə həmişə onun qulluğunda hazır olacağını bildirdi.

Daha sonra hərbi vəzifələr bölüşdürüldü. Pənahəli xanın əmisi oğlu İsmayılxan ağa, bacısı oğlu Lütfəli bəy, qaynı Səhliyəli ağa atlı dəstələr toplamaq üçün Qarabağın kəndlərinə, el-obalarına yollandılar. Uğurlu döyüşlərin aparılmasında artilleriyanın mühüm və həlledici rol oynadığını çox gözəl bilən Pənahəli xan qardaşı Behbudəli ağanı və böyük oğlu İbrahimxəlil ağanı isə zənburək, dəvə, topçu mütəxəssislər, silah-sursat dalınca İsfahana göndərdi.

Qoşun toplamaq üçün gedənlər çox çəkmədən tapşırıqlarını uğurla yerinə yetirib, xanın hüzuruna gəldilər. İranda səfərdə olanlar da əliboş qayıtmadılar, iyirmi dəvə, iyirmi zənburək, iyirmi topçu mütəxəssis və yeni süvari dəstələri yaratmaq üçün iki minə yaxın at gətirdilər.

Pənahəli xan isə bu müddət ərzində orijinal, genişmiqyaslı, yeni strateji əks-hücum əməliyyatı hazırlamaqla məşğul oldu, hücumqabağı qarovul göndərdi. O, kəşfiyyat məlumatları əsasında Hacı Çələbi xanın hazırlıq vəziyyətini, döyüşqabağı mövqeyini, gücünü, əsgərlərinin döyüş ruhunu və zəif cəhətlərini diqqətlə öyrəndi. Sonra hücumunu sürətlə həyata keçirmək üçün hələlik həlli ən vacib olan tədbirlər gördü, qoşunlarının döyüş hazırlığını bir daha yoxladı, şəraitə uyğun düzgün hərbi taktika seçdi. Hər bir taleyüklü məsələyə həmişə ciddi və məsuliyyətlə yanaşan, qarşıdakı döyüşün son dərəcə ağır və çətin olacağını reallıqla qiymətləndirən Pənahəli xanı həyatının, bəlkə də, ən mühüm və şərəfli döyüş əməliyyatı gözləyirdi. O, ağsaqqallar şurasının üzvlərini, əyan-əşrəfini, tayfa başçılarını, sərkərdələrini yığıb, sonuncu dəfə məsləhət-məşvərət çağıraraq hücum planını ətraflı müzakirə elədi.

 

(Ardı var)

Vasif Quliyev

 

525-ci qəzet .- 2022.- 14 iyul.- S.14-15.