Xalq rəssamı
Rafiq Nəsirov Milli Kino Mükafatına layiq görülüb
Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının
(ARKİ) İdarə Heyətinin yekdil qərarına əsasən,
Xalq rəssamı, Prezident təqaüdçüsü, Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının
İdarə Heyətinin üzvü Rafiq Əliş oğlu Nəsirov
Milli Kino Mükafatına layiq görülüb.
Bu
barədə ARKİ-nin mətbuat xidmətindən bildirilib.
Qeyd
olunub ki, mükafat 2 avqust Milli Kino Günündə təntənəli
formada təqdim ediləcək.
Xalq
rəssamı "Bəyin oğurlanması", "Yaramaz",
"Bəxt üzüyü", "Həm ziyarət, həm
ticarət", "Otel Otağı", "Cavad xan" və
s. filmlərin rəssamı olub.
Xatırladaq
ki, Milli Kino Mükafatı 2012-ci ildən ARKİ-nin İdarə
Heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda
ən yüksək pullu kino mükafatıdır.
525-ci qəzet .- 2022.- 15 iyul.- S.9.