O, ədəbiyyat elminin dərin bilicisi idi

 

Elegiya

 

Professor İbrahim Haqqul sözün tam mənasında böyük alim idi.  O, ən qədim dövrlərdən bu günə qədər özbək ədəbiyyatını otuzdan çox kitabı beş yüzə yaxın məqalələrində tədqiq edən istedadlı çoxşaxəli yaradıcılığı olan  bir alim idi.

O, 1949-cu il martın 28-də Buxara vilayətinin Şafirqan rayonunun Talıca qışlağında ziyalı ailəsində anadan olmuşdur. 1966-1970-ci illərdə Buxara Dövlət Pedaqoji İnstitutunda təhsil alan gələcək alim 1970-1972-ci illərdə çalışdığı "Şafirqan həqiqəti" ("Shofirkon hakikati") adlı rayon qəzetində "Dərya kimi həmişə oyaq...", "Qəlbi dərya şair" "Mövlana Əşrəf" kimi ilk elmi məqalələrini yazmışdır.

1973-cü ildən o, fəaliyyətini indiki Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək dili, Ədəbiyyatı Folklor İnstitutuna bağladı - sıravi laborantlıqdan şöbə müdiri vəzifəsinə qədər çətin şərəfli yol keçib. 1975-ci ildə "Özbək klassik ədəbiyyatında rubai" mövzusunda namizədlik, 1995-ci ildə isə "Özbək təsəvvüf poeziyasının təşəkkülü inkişafı" mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir.

"Özbək ədəbiyyatında rubai" adlı monoqrafiyası ilə özünəməxsus elmi yolu, müstəqil fikrə malik alimin elmə qədəm qoyduğunu əməli surətdə sübut edən İbrahim Haqqul ötən illər ərzində istedadının yeni-yeni yönlərini  açıb göstərdi. O, klassik söz sənəti, təsəvvüf poeziyası müasir ədəbi məsələlərlə fəal məşğul olurdu.  "Üveysi şeiriyyəti", "Təsəvvüf poeziya", "Xoca Arif Məhtaban", "Təsəvvüf dərsləri", "Müşahidə işığı", "Əhməd Yasəvi", "Nəvaiyə qayıdış" (1-ci kitab - 2007; 2-ci kitab -  2011; 3-cü kitab - 2016, 4-cü kitab  - 2021), "Varislik mahiyyət", "Yaradıcılıq mühiti", "Həyat, ədəbiyyat əbədiyyət", "Kamillik özünüdərkdir" s. bu kimi rəngbərəng kitablarını oxucuların ixtiyarına verdi.

İbrahim Haqqul nəvaişünas alim kimi Nəvaini xalqa yaxınlaşdırmaqla bərabər, xalqına Nəvaini anlatmağa başlamışdır. Öz tədqiqatları ilə Nəvai zaman arasındakı məsafəni qısaltdı. Xüsusilə, "Nəvaiyə qayıdış" silsiləsindən olan kitablarında nəvaişünaslığın aktual problemlərinə, dahi şairin yaradıcılığının yeni rakursdan öyrənilməsinə, onun əsərlərinin ideya-məzmun qayəsini bədiiyyətinin sirlərinin açılmasına dair məqalələr, söz səltənəti sultanının həyat yaradıcılığının öyrənilməsi ilə bağlı ədəbi söhbətlər böyük söz sənətkarının qəzəl, qitə, rübai, fərdlərinin şərhləri daxildir.

İbrahim Həqqul mətnşünas alim kimi ilk dəfə Əhməd Yəsəvinin "Hikmətlər" divanını (1991) nəşr etdirdi ki, bu da ədəbi-mədəni həyatımızdakı unudulmaz hadisələrdən biri olmuşdur. Bu kitab ilk dəfə 1995-ci ildə İstanbulda çap olundu. Buna qədər o, tələbəsi Seyfiddin Rafiddinlə birlikdə Süleyman Bakirqaninin "Bakirqan kitabı" (1991) "Meracnamə" (1995) əsərlərini nəşrə hazırlamışdır.  Müstəqillik  illərində Əbdülhəmid Çolpanın atəşin  şeirlərini ilk dəfə "Bahar üçün darıxdım" (1988) rəmzi adı ilə oxuculara təqdim edən məhz o idi. Əlişir Nəvainin XX cildlik "Əsərlərin tam külliyatı"nın X cildlik "Seilmiş əsərləri"nin hazırlanmasında da fəal iştirak etmişdir.

İbrahim Haqqul tərcüməçi olaraq türk dilindən əvvəlcə bəktaşilik təriqətinin banisi Hacı Vəli Bəktaşinin (1209-1271) "Məqalət"ini, sonra Əzizə Bəktaşla birgə əməkdaşlıqla "Şeyx-i vəli-teraj" adı ilə tanınan  Nəcmiddin Kubranın "Əl-üsul i əl-əş'ara" ("Təsəvvüfün on əsası"), "Fəva'ihu'l-cəmal fəvatihu'l-cəlal" "Risale ile'l-ha'imi'l-ha'if min levmeti'l-la'im." risalələrini  ön söz, şərhlər təsəvvüf terminləri lüğəti ilə birgə "Təsəvvüfi həyat" adı ilə nəşr etdirmişdir.

İbrahim Haqqulun tərtibçilik fəaliyyəti diqqətəlayiqdir. O, Əlişir Nəvainin şahbeytlərini iki cilddə topladı: I cilddə "Xəzainul-məani"dən seçilmiş şahbeytlər, II cilddə isə "Xəmsə" "Lisanut-teyr"dən seçilmiş şahbeytlər yer alıb.

İbrahim Haqqulun ədəbi-tənqidi məqalələri məsələyə yalnız yeni özünəməxsus yanaşması, dərin, incə gözlənilməz müşahidələr zənginliyi ilə deyil, həm məhəbbətlə yoğrulan, gərgin ritmi ilə oxucunu özünə cəlb edir. Alimin təfəkkür qüdrəti qəlbinin hərarəti ilə yoğrulan şirin səmimi, cəlbedici səlis yazı dili ilə ədəbi prosesdə ədəbiyyatşünaslıq elminin ədəbi cərəyandakı mövqeyini yüksəltmiş, oxucu dairəsini genişləndirmişdir.

Bütün şüurlu həyatını elmi yaradıcılığa həsr etmiş, öz istedad potensialını özbək ədəbiyyatı ədəbiyyatşünaslığını daha da təkmilləşdirmək üçün səfərbər etmiş, klassik ədəbiyyat  ədəbiyyatşünaslığın inkişafına böyük töhfələr vermiş, ciddi tələbkar alim, səbrli istiqanlı ustad,  təkcə çoxsaylı məqalələri kitabları ilə deyil, həm yetişdirdiyi perspektivli tələbələri ilə səmimi mehriban dost olan İbrahim Haqqulun işıqlı xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

 

Erqaş AÇİLOV, nəvaişünas Azərbaycan dilinə uyğunlaşdıran:

 

Almaz Ülvi (BİNNƏTOVA) nəvaişünas

 

525-ci qəzet .- 2022.- 16 iyul.- S.24.