XIX əsr Qarabağ
şairlərinin şeir
antologiyası”ndan
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın
- zəngin tarixi keçmişə, ədəbi-mədəni
irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış
şairlərinin əsərləri
ilə geniş oxucu kütləsini ətraflı tanış
etmək niyyətindəyik.
Bu məqsədlə həmin dövrün bir sıra ədibləri
barədə yığcam
bilgiləri və əsərlərindən nümunələri,
"XIX əsr Qarabağ
şairlərinin şeir
antologiyasından" rubrikası
altında, dəyərli
"525-ci qəzet" vasitəsilə
diqqətinizə çatdırırıq.
Raqub KƏRİMOV Filologiya üzrə elmlər doktoru, professor
Şəhid Qarabaği
Mirzə
Əbülhəsən Kərbəlayi
Kazım oğlu Şəhid Qarabaği təqribən 1815-ci ildə
Şuşa şəhərində anadan
olmuşdu. Gənclik illərində sənətkar
kimi fəaliyyət göstərən Əbülhəsən
sonralar təhsilini davam etdirərək müəyyən nailiyyətlər
əldə edib, əvvəlcə Cavanşir
mahalının qazisi,
sonra isə Gəncənin şəriət
məclisinin üzvü
olub. Şairlik istedadı olan
Əbülhəsən şeirlərini
"Şəhid" təxəllüsü
ilə yazıb.
1880-ci ildə vəfat edib.
Qəzəllər
Çox
təşnəyəm ol
qaməti-rənayə, yavaş
get,
Mən həsrətəm ol hüsni-dilarayə, yavaş
get.
Qıldın məni-biçarəni aşüfteyi-zülfün,
Saldın
bir uzun şur ilə qovğayə, yavaş
get.
Ey badi-səba, türreyi-yarə
güzər etsən,
Bir tul sözüm var dili-şeydayə, yavaş get.
Ahulara mənus qılıb nərgisi-məstan,
Salmış məni Məcnun
kimi səhrayə, yavaş get.
Dur bir, baxım ol qəmzeyi-cəlladə,
verim can,
Axir yetişim bircə təmənnayə, yavaş
get.
Əbruyi-xəmin tiğ çəkib
qətli-Şəhidə,
Saldın
dili-aşüftəni qovğayə,
yavaş get.
lll
Hücumi-əşk edər hər dəm ciyərdən parələr
peyda,
Ki, tarac olsa gülşən, cuybar eylər əsər peyda.
Könül bu çaki-sinəmdən
üzün görgəc
fəqan eylər
Ki, gül görgəc olur mürği-qəfəsdən
nalələr peyda,
Sınıq könlümü dərhəm
eyləmə, ey səngdil, vəhm et,
Vuran dəm bir-birə eylər sınıq şişə
zərər peyda.
Qəmi-zülfündə miskin könlümə etməzmi
asayiş,
Şəbi-qəm içrə bimarə məgər olmaz səhər peyda?
Könül eylər nəzarə
məh üzündə
həlqeyi-zülfə,
Həzər qılmazmı ki, Əqrəbdə olmuşdur
qəmər peyda?
Vüfuri-giryədən hicranara həmçeşmi-Yəqubəm,
Məgər ol Yusifi-sanidən olmaz bir xəbər
peyda?
Yenə
girmiş Şəhidi-eşq
Harut ilə Mizanə,
Edər çahi-zənəxdan içrə
ayini-hünər peyda.
lll
Xoşam
dövri-ləbində gər
həmişə zardır
könlüm
Ki, camü
badə təzvici olan bimardır könlüm.
Könül mülkün edib
yəğma zülfün,
qarət xətin,
Elə viranə kim,
mavayi-murü mardır
könlüm.
Uzun olduqca şəb bimarlər rənci olur əfzun,
Onuncun ol xəmi-gisudə daim zardır könlüm.
Saqın,
ey rahəti-can, getmə könlümdən
şəbi-hicran
Ki, bir tüğyan edən dəryayi-atəşbardır könlüm.
Xumari-nərgisi-məstin təmənnasın
salıb başə,
Uyub ahulərə
peyvəstə Məcnunvardır
könlüm.
Könüllə məcməi-zülfə güzər qılsan, səni Tarı,
Səba,
qılma pərişan
kim, mənim
həm vardır könlüm,
Xəmi-zülfün xəyalıdır
ki, çıxmaz heç könlümdən,
Ayini-viranələr tək xaneyi şəhmardır könlüm.
Şəhida, gərçi vardır
gövhəri-nəzmi-dilavizim,
Zərü simim ki, yox,
əmsal içində
xardır könlüm.
Hekayət
Dəyirmançı bir qoca
Minmiş idi eşşəyə.
Oğlu
da arxasınca
Gedirdilər meşəyə.
Hava isti, yol uzaq,
Lap tərləmişdi uşaq.
Gülüb yoldan keçənlər
Dedilər: - Bax bunlara,
Bu insafsız bəxtəvər
Özü minmiş ulağa,
Belə
isti havada
Oğul gedir piyada.
Harda görülmüş, ata
Özü minsin ulağa,
Belə
isti havada
Oğul getsin piyada.
Endi ulaqdan qoca,
Oğul mindi eşşəyə.
Atası
arxasınca
Üz qoydular meşəyə.
İstiləşirdi hava,
Yorğalayırdı qoca.
Güldü yoldan keçənlər:
- Bax insafsız oğlana,
Qoca kişi tökür
tər,
Özü minmiş heyvana.
Belə
isti havada
Qoca gedir piyada.
Qoca dedi oğluna:
- Rahatlıq ver heyvana.
Oğlan endi eşşəkdən.
Ata-oğul yan-yana
Elə isti havada
Gedirdilər piyada.
Güldü yoldan keçənlər:
- Baxın qoca axmağa:
Oğlu,
özü tökür
tər,
Minməyirlər ulağa,
Belə
isti havada
Sürünürlər piyada.
Qoca mindi eşşəyə,
Dönüb dedi oğluna:
- Tez ol çataq
meşəyə
Gəl, sən
də min heyvana.
Atıldı mindi oğlan,
Yorğalayırdı heyvan.
Güldü yoldan keçənlər:
- Yollar bütün dağ-dərə,
Heyvan batıb
qan-tərə.
Baxın
iki axmağa,
Minib yazıq
ulağa.
Hava isti, yük ağır
Bax, heyvandan
tər yağır.
Qocaq dedi oğluna:
- Diqqət verməyək buna,
Hər deyilən düz olmaz
Yol söhbət-sözsüz
olmaz.
Həsən Lələ
Həsən Lələ Hüseynqulu oğlu təxminən
1820-ci ildə Şuşada
anadan olub. Heç bir
təhsil almasa da, bədahətən şeir deməkdə mahir imiş. Güzəranını şadlıq məclislərində
dəf çalmaq, bədahətən şeir
deməklə keçirərmiş.
Gözüm genə bir gözləri məstanə
düşübdür,
Məst
olmağının şöhrəti
dəstanə düşübdür
Zahidlərə bax, məscidü
mehrabə üz urmuş,
Mən rindi-xərabəm,
mənə meyxanə
düşübdür.
Mən aşiq idim, şövqü onun var idi məndə,
Öz aşiqinin
gərdənini saldı
kəməndə.
Ağ üzdə qara haşimi xalları görəndə,
Sərraf gözüm ləli-Bədəxşanə
düşübdür.
Qurbanın olum, saqi, məni salma nəzərdən,
Müşkildi doyam sən kimi rənay gözəldən.
Pərvanə oda yanmağı
adətdi əzəldən,
Pərvanə canım atəşi-hicranə
düşübdür.
Vəh-vəh, nə əcəb
zib veribdir bədəninə,
Əsla belə şux gəlmədi bu ruyi-zəminə.
Olmaz belə qamət, belə gərdən, belə sinə,
Guya ki, mələk rövzeyi-rizvanə
düşübdür.
Kərbəlayi Qulu Yusif
Kərbəlayi Qulu təxminən 1822-ci ildə Şuşada anadan olub və
1882-ci ildə orada da vəfat edib. Əsas məşğuliyyəti
dülgərlik olan Kərbəlayi Qulu şair kimi də "Xarrat Qulu" adı ilə müasirləri arasında şöhrət
qazanıb. Həcv deməkdə
xüsusi məharəti
olan Qulu şeirlərini "Yüsifi"
təxəllüsü ilə
yazıb.
Qəzəl
Hər nakəsə veribdi Xuda pul ağını,
Ancaq rəva
görübdü mənə
qəm qalağını.
Atlar təvilə içrə
qalıb ac, arpasız,
Bu sirri bilməzəm,
nə çox istər ulağını?
Hər kəs dəvabdır ələfiyyatı çox
görüb,
Çəksin təməh dişini və yumsun dodağını.
Qismət
mənə olubdu qəmim, həm də göz yaşım,
Fərman verib bu növ
ilə vermək səyaqını.
Hər kəs cahanda mal yığıban xərc qılmasa,
Layiqdi mənzil
eyləyə neyran bucağını.
Çünki görüb səlah Xudavəndi-zülcəlal.
Heyvani-bizəbanə bu dünya yatağını.
Yorğun edibdi
Yusifini kəsbkarlıq.
Hər
dəm çəkər bu çərx ona min növ
dağını
525-ci qəzet 2022.- 16 iyul.- S.23.