Şuşada Vaqif Poeziya Günləri başlayıb
İyulun 14-də Şuşada Vaqif Poeziya Günlərinin açılışı olub. Dahi Azərbaycan
şairinin muzey-məqbərə
kompleksinin önündə
keçirilən tədbirdə
Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş
olunub.
525.az xəbər verir ki,Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
açılış nitqi
ilə çıxış
edərək qonaqları
salamlayıb. Qeyd edib ki, 30 il ərzində əsarət altına qalan Şuşa artıq azaddır.
O, Şuşa azad
ediləndən bəri
bu şəhərdə
keçirilən tədbirlər
barədə danışıb.
Həmçinin Xalq yazıçısı
Molla Pənah Vaqifin həyat və yaradıcılığına
nəzər salıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri dahi şair Vaqifin şeirlərini səsləndirib və xatirələrini bölüşüb.
Xalq yazıçı deyib: “Müzəffər Azərbaycan
Ordusuna, ata vəsiyyətini layiqincə
yerinə yetirən Prezident İlham Əliyevə, Şuşaya,
xalqımıza eşq
olsun!”.
Sonra çıxış
edən Xalq yazıçısı Çingiz
Abdullayev uşaqlığının
Şuşada keçdiyini
bildirib. Deyib ki, bütün
Azərbaycan xalqı uzun illər idi bu günü
səbirsizliklə gözləyirdi.
“44 günlük Vətən
müharibəsində şəhid
olanların çoxu Qarabağı görməmişdi. Onlar Azərbaycan Prezidentinə,
dövlətimizə inanaraq
bu yolda can qoydular. Məhz onların sayəsində
biz bu gün çox böyük bayrama toplaşmışıq",- deyə Çingiz
Abdullayev vurğulayıb.
Daha sonra tamaşaçılar Azərbaycan
muğamlarını dinləyiblər.
“İgidlərin sözü”
kompozisiyası zamanı
Vətən müharibəsi
iştirakçısı olmuş
şairlərin muğamın
müşayiəti ilə
çıxışları olub.
Sonda görkəmli
şairlərin “Odlar yurdum Azərbaycan” - vətənpərvərlik və
qəhrəmanlıq mövzusunda
şeirləri səsləndirilib.
Hazırda isə Cıdır düzündə konsert-tamaşa
təqdim edilir. “Əsrlərin
sədası” adlı
konsert-tamaşada Füzuli,
Xəqani, Xurşidbanu
Natəvan, İmadəddin
Nəsimi, Məhsəti
Gəncəvi, Mir Möhsün
Nəvvab, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi böyük şairlərimizin obrazları
canlandırılıb.
xxx
İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi
və Azərbaycan Yazıçılar Birliyinin
təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.
525.az xəbər verir ki, tədbirin
açılışını AYB sədri, Xalq yazıçısı Anar
edib. Ardınca, AYB-nin birinci
katibi, Xalq yazıçısı Çingiz
Abdullayev ürək sözlərini tədbir iştirakçıları ilə
bölüşüb.
Tədbir “İgidlərin sözü”
layihəsi ilə başlayıb. Bu layihədə
II Qarabağ Müharibəsində
iştirak etmiş qazi şairlərimiz öz şeirlərini səsləndirib. Vaqif Poeziya
Günləri musiqili proqramla davam edəcək.
15 iyul - tədbirin
ikinci günündə
poeziya festivalı musiqili proqramla davam edəcək və gənc şairlər öz şeirlərini səsləndirəcək.
Qeyd edək ki,
musiqi proqramları Cıdır
düzündə təqdim olunacaq.
525-ci qəzet 2022.- 16 iyul.- S.12.