Əməkdar müəllim Heydər Eyvazovun 100 illik yubileyinə sözardı

 

İyul ayının əvvəllərində Buzovna ictimaiyyəti görkəmli ədəbiyyatşünas, Əməkdar müəllim Heydər Eyvazovun 100 illik yubileyini qeyd etdi. Tədbir Buzovna Mədəniyyət evində keçirilirdi.

Tərbiyə təlim ilk növbədə tərbiyəçinin nüfuzuna əsaslanır. Çünki tərbiyənin təsirin gücü ancaq canlı mənbə olan insan şəxsiyyətindən qaynaqlanmağa qadirdir. Unikal tədris proqramları, treninqlər qədər effektiv düşünülsələr , müəllimin şəxsiyyətini əvəz edə bilməz. Heydər Eyvazovu Buzovnada "müəllimlərin müəllimi" adlandırırlar. Onun ölkəmizin təhsil sisteminə verdiyi töhfələr bu günümüzədək öz bəhrələrini verir. Heydər müəllimin yüzlərlə şagirdi fərqli sahələrdə, fərqli məkanlarda fəaliyyət göstərir.

Tələbələri üçün əfsanə, qəsəbə üçün tarix tükənməz fəxr mənbəyi (Buzavnanın mərkəzi küçələrdən biri onun adını daşıyır) olan Heydər müəllimin əsas fəaliyyət illəri Azərbaycanın Sovet dövrünə təsadüf edir. 1922-ci il mayın 19-da kəndli ailəsində dünyaya göz açan H.Eyvazov ilk təhsilini elə ailəsində, anası Ümleyla xanımdan almağa başlayıb. Milli ədəbiyyatın incəlikləri, Şərq dillərinin təhlili, müqəddəs kitabımızın oxunması təfsirləri Heydər müəllimin peşəkar təcrübəsində ömür boyu təməl çıxış müstəvisi olub. Məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Filologiya fakültəsinə daxil olur Universitetin unikal mühitində fərdi bilik xüsusiyyətləri ilə tez zamanda fərqlənməyə başlayır. Lakin 1941-ci ilin iyul ayında başlayan müharibə onu Vətənindən uzaqlara aparır.

Azərbaycana qayıdan Heydər Eyvazov təhsilini davam edir. Pedaqoji fəaliyyətə doğma 125 saylı məktəbində başlayır qırx ildən çox burada Azərbaycan dili ədəbiyyat fənnini tədris edir. 1939-cü ildə təsis olunan məktəb, ənənəvi olaraq, bütün Abşeron məktəbləri kimi, qəsəbənin mühüm təhsil tərbiyə ocağı ilə yanaşı, mədəniyyət, ünsiyyət, maariflənmə məkanı olub. Heydər müəllimin tədris metodikası bu mühit üçün ideal həll təklif edirdi. Bir tərəfdən - hər dərsin dəqiq təşkili, detalların, nüansların işlənməsi, digər tərəfdən isə - innovativ yanaşma, improvizasiya. Məhz bu yanaşma nəticəsində Heydər müəllimin dərsləri "pedaqoji əsər"dir. Burada oxu, linqvistik bilik bacarıqlar, ədəbi dil ilə yanaşı, mənəviyyat, vətəndaş pozisiyası, yaradıcılıq meylləri, sərbəst, səlist düşüncə formalaşırdı. Onun özü üçün isə dərs bir ümid adası idi, ən düzgün yol idi. Xasiyyətinin tündlüyü, daxili iradəsi, sərtliyi, gizli, görünməyən təbəssümü, qayğıkeşliyi, müdrikliyi təvazökarlığı ilə Heydər müəllim İntibah ruhlu Orta əsr ustadlarını xatırladırdı.

Pedaqoq alim kimi, Heydər Eyvazov daim yaradıcılıq axtarışlarında olmuşdur. Bir neçə şagird nəslinin istifadə etdiyi VIII sinif üçün "Ədəbiyyat" dərsliyinin müəllifidir (Akademik Həmid Araslı ilə həmmüəlliflikdə, 1968), Respublikada Azərbaycan dili Ədəbiyyat fənələri üzrə dərslik metodik vəsaitlərin redaksiya kollektivinin üzvü olub. 1978-ci ildə Əməkdar müəllim fəxri adına layıq görülüb.

"Uşaqları ələ almaq istəyirsən - birinci özün onlara təslim ol, ruhunu ver, zehnini ver, ən dəyərli bilikləri onlarla bölüş". Dahi Konfutsinin əbədilik düsturu yubileyin hər məqamında hiss olunurdu. Titullar, elmi adlar, inzibatı pozisiyalar heç səslənmədi. Hamısı Heydər Eyvazovun tələbəsi, dostu, davamçısı olaraq təqdim edilirdi. Səslənən xatirələrin təsviri təcəssümü Heydər müəllimin doğma məktəbinin tələbələri tərəfindən hazırlanan kiçik videoçarxlarla tamamlanırdı. Səhnədə yerləşdirilən iki portret Eyvazovun tələbələri, buzovnalı rəssamlar Rüvail Muradov Azərbaycanda nadir sahəyə, mozaikaya müraciət edən Bəxtiyar Hüseynov tərəfindən yaradılıb.

Hər ikisinin yaradıcılığında fərqli üslublar texnikalar cərəyan etsə , portretlər bənzərdir. Real obrazdan, fotolardan xatirələrindən qaynaqlanan rəssamlar müəllimlərini olduğu kimi, tanıdıqları kimi təsvir etməyə çalışıblar. Portetlərdən zalı sərt, lakin açıq müşahidəçi baxışı ilə izləyən şəxs Müəllimdir, dostdur, sirdaşdır.

 

Sevil Kərimova Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet .- 2022.- 16 iyul.- S.11.